Müsəlmanlar
Möhtəkirlərlə necə mübarizə aparmaq lazımdır?

Möhtəkirlərlə necə mübarizə aparmaq lazımdır?

Sual: Bəzi adamlar möhtəkirlik edirlər: Müəyyən malları anbara yığıb bazar qiymətlərini qaldırırlar. Belə adamlara qarşı nə cür bir tədbir görülməlidir?

Cavab: Burada 2 məsələ var: 1) Malları anbara yığıb saxlamaq; 2) Malları anbara yığıb qiymətlərin qalxmağına səbəb olmaq (bunu bu məqsədlə etmək).

Əgər bazara kənardan müdaxilə yoxdursa, yəni, insanlar bazara rahatlıqla mal gətirib sata bilirlərsə, başqalarının müəyyən malları anbara yığıb saxlamağının bir eybi yoxdur. Bunu bir misalla izah edək:

Filan rayonda buğda yetişdirilir. Buğda yetişdirənlər hamısı malı bazara çıxartdıqları vaxt bolluq yaranır və qiymət istər-istəməz düşür. Bir nəfər isə həmin buğda yüklərini bazardan alır, aparıb anbarda saxlayır. Bir müddət gözləyir və buğdanı bazara tutalım ki, yaz vaxtı çıxardır. Bu şəxs buğdanı saxlayarkən əslində riskə girir; əlavə olaraq, buğdanı düzgün saxlamağın da xərci var. Bu halda onun bu işdən pul qazanmağı təbii bir haldır. Qısa desək, bir malı anbarda saxlamaq və sonra bazara çıxartmaq qadağan deyil.

Lakin bazarda aclıq – məhsul qıtlığı olduğu halda belə etmək olmaz. Əgər belə bir vəziyyətdə kimsə bir məhsulu sırf qiyməti qalxsın və o özü daha çox pul qazansın deyə, alıb anbara yığsa, səlahiyyətli orqan ona müdaxilə etməlidir. Bu halda dövlət orqanı həmin malı o şəxsdən ala bilər. Lakin o da bazar qiymətindən aşağı sata bilməz. Bunun səbəbi o şəxsə müdaxilə etməkdən çox ac qalan və bazarda ehtiyacları olan malları tapa bilməyən insanları himayə etməkdir.

Bazar azad olmalıdır. İndiki dövrdə heyf ki, azad bazar yoxdur.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidlərə də baxın:

http://www.muselmanlar.com/fitvalar/732.html

http://www.muselmanlar.com/fitvalar/4349.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.