Müsəlmanlar

Hicablı qadınlar pasport üçün fotoşəkli necə çəkdirməlidirlər?

Sual: Ölkəmizdə pasport, vəsiqə almaq üçün başı açıq şəkil tələb edirlər. Hicabla çəkilmiş fotoşəkil qəbul edilmir. Bu halda biz nə etməliyik?

Cavab: Belə bir qanun demokratik ölkələrdə olmur; bu cür qanunlar qüvvəyə minmir. Vətəndaş əvvəlcə o ölkədə belə bir qanun maddəsinin olub-olmadığını öyrənməlidir. Səlahiyyətli orqan da bu qanun maddəsinin qüvvədə olduğunu bu cür problemlə qarşılaşan hicablı vətəndaşına bildirməli, ya da göstərməlidir. Çünki bəzi ölkələrdə belə bir qanunun qüvvədə olmamasına baxmayaraq bir çox məmurlar sırf şəxsi mövqelərindən çıxış edərək həm ölkə daxilində həm də sərhəddən keçmək istəyən vətəndaşlara çətinlik törədir, eləcə də onların inanclarına və haqlarına hörmətsizlik edirlər.

Əgər belə bir qanun hər hansı bir ölkədə icra edilirsə, onda o ölkənin tələb etdiyi qaydalara məcbur riayət etməliyik. Çıxış yolu olaraq şəkil çəkildiyi vaxt həmin yerin səlahiyyətli orqanı ilə razılığa gəlib hər hansı bir qadın işçisinə, qadının özünə məhrəm olanlarından birinə deməli və o şəklini çəkdirməlidir. Bir başqa yol isə, parik taxaraq şəkil çəkdirməkdir.

Bütün bunlar məcburiyyətdən irəli gəlir. Məcburiyyətlər qarşısında  şəxs üzrlü sayılır. Fiqhdə belə bir qayda vardır: “Məcburiyyətlər qadağaları ortadan qaldırır.”

Hicabla əlaqədar digər yazımıza bu linkdə baxa bilərsiniz:

Hicabı tərk etmək nə dərəcədə düzgündür?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.