Müsəlmanlar
Dağ kəndində bir neçə nəfər birlikdə Cümə namazı qıla bilər?

Dağ kəndində bir neçə nəfər birlikdə Cümə namazı qıla bilər?

Sual: Mən bir dağ kəndində müəllim işləyirəm. Məktəb kənddən qıraqda yerləşir. Qış vaxtı kənddəki məscidə gedə bilmirəm. Belə hallarda nə edə bilərəm? Biz öz aramızda (3 müəllim) Cümə namazı qıla bilərik?

Cavab: Kəndlərdə Cümə namazı qılınmır. Kəndlərdə də Cümə namazı qılmaq adəti 19-cu əsrdən sonra yaranıb. Peyğəmbərimizin (s. a. v.) dövründə Mədinə şəhərində təkcə bir məsciddə, yəni, peyğəmbər məscidində Cümə namazı qılınırdı.

Siz də bilirsiniz ki, Allah Quranın Cümə surəsində belə deyir:

“Ey iman gətirənlər! Cümə günü namaz üçün çağırış edildiyi vaxt Allahı zikr etməyə tələsin və al-veri buraxın.”

Qeyd edim ki, ayədəki “al-veri buraxın” ifadəsinin xüsusi bir mənası var: Deməli, Cümə namazının qılındığı yer mərkəzi bir yer – bazarı olan bir yerdir. Elə isə bu yer üçün bir bazarın da olmağı lazımdır. Bazarın təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik qüvvələri də olur. Beləcə, cəm halda namaz qılanların təhlükəsizliyi də təmin olunur. Bütün bunlar göstərir ki, Cümə namazı qılınmağı üçün müəyyən şərtlər var. Peyğəmbərimizin dövründə Cümə namazını qılmaq üçün əkin-biçin yerlərində işləyən və mərkəzi məscidə gedənlər növbə ilə gedirdilər. Ətrafdakı kəndlərin heç birində Cümə namazı qılınmırdı. Odur ki, kəndlərdə cümə namazı qılınmağı da düzgün bir şey deyil. Siz də öz yaşadığınız yerdə Cümə namazının günorta (zöhr) namazını qılmalısınız. Əvvəl də dediyim kimi, kəndlərdə cümə namazı qılmaq ənənəsi çox sonradan meydana gəlib.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.