Müsəlmanlar
Qız tələbə kişi müəllimin evində ondan dərs öyrənə bilər?

Qız tələbə kişi müəllimin evində ondan dərs öyrənə bilər?

Cavab: Allah Təala qadınlarla əlaqədar olaraq belə buyurub:

“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar.” (Nur, 24/31)

Buna əsasən bir qadın yalnız yuxarıda qeyd edilən kişlərin yanında otura bilər. Bunlardan başqa qohumları olsa da, onlara yad hesab olunur və bir qadın o kişilərin yanında məhrəm yerlərini aça bilməz. Onlarla qətiyyən qapalı bir yerdə baş-başa qala bilməz. Ancaq açıq yerlərdə danışmağı, salamlaşmağı qadağan deyil. Bu adamların yanına təsəttürlü paltarlarla da çıxa bilər.

Peyğəmbərdən rəvayət edilən bir hədis belədir:

“Heç bir kişi tək başına olan bir qadının yanına girməsin, yanında bir-iki nəfər olsa, girə bilər.” ((Müslim, Salam, 8, (2173).))

Müsəlmanlar haramdan uzaq durmalı olduqları kimi,  harama aparan yollardan da uzaq durmalıdırlar. Allah Təala xüsusilə böyük günahları haram edərkən: “onlara yaxınlaşmayın, onlardan uzaq durun”, – deyə, buyurub.

Allah zina ilə əlaqədar belə buyurub:

“Zinaya yaxınlaşmayın. Çünkü o, çox çirkin bir iş və pis bir yoldur.” (İsra, 17/32)

Bunun üçün də dərs əsnasında yanınızda mütləq müəllimin həyat yoldaşı və ya uşaqları olmalıdır. Əks halda yalnız müəllimin olduğu bir otaqda dərs almağınız düzgün deyil, məqbul hesab olunmur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.