Müsəlmanlar
Hazırkı dövrdə səfəri olmağın şərtləri nədir?

Hazırkı dövrdə səfəri olmağın şərtləri nədir?

Sual: İndiki dövr üçün səfəriliyin şərtləri nədir? Bir nəfər neçə kilometr yol getsə, səfəri hesab olunur?

Cavab: Səfəriliklə əlaqədar məsafə məsələsi nə Quranda, nə də Sünnədə var. İnsanlar bir yerdən başqa yerə getdikləri vaxt özlərini səfərdə hesab edirlərsə, bu, səfəri olmaq deməkdir. Başqa sözlə desək, yaşadığınız həyatın şərtləri bir şeyi sizə səfər hesab etdirirsə, deməli, səfərdəsiniz.

Fiqh kitblarında bu məsələ ilə əlaqədar müxtəlif fikirlər var. Misal üçün, Hənəfilər deyirlər ki, 3 gün, 3 gecə yol gedən şəxs səfəri hesab olunur. Nə üçün? Onlar buna belə cavab verirlər: “Peyğəmbərimiz deyib ki, səfər üstündə olan şəxs məstlərinə 3 gün, 3 gecə məsh edə bilər.” Halbuki, peyğəmbərimiz bu vəziyyətdə olan bir insanın səfəri olduğuna dair bir şey deməyib. Hənəfilər bu fikrə belə bir şey də əlavə edirlər: Bir insan piyada və ya dəvə ilə gündə 30 km məsafə qət edə bilər. Elə isə 3 gündə 90 km yol gedə bilər. Deməli, bir insan 90 km yol getsə, səfəri hesab olunur (Hənəfilərin fikri).

Şafei məzhəbindən olanlar bunu bir az azaldıblar. Onlar belə bir fikir irəli sürürlər ki, bir insan gündə 6 saat yol gedə bilər. Bu da 3 gündə 18 saat edir. Elə isə 18 saatlıq bir yola çıxan səfəridir.

Bütün bunlar məzhəblərin öz şərhləridir. Yəni, nə bir ayəyə, nə də hədisə əsaslanırlar.

Mən isə belə hesab edirəm ki, bu məsələdə ən münasib fikir Zahirilərə aiddir. Onlar deyirlər ki, bir insan bir yerə getdiyi vaxt adət-ənənə baxımından səfəri hesab olunursa, yəni, onun yola çıxmağı səfər kimi qəbul edilirsə, deməli, bu, səfərdir və o şəxs səfərilik hökmlərindən istifadə edə bilər.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.