Müsəlmanlar
Quranı beldən aşağıda tutmaq olar?

Quranı beldən aşağıda tutmaq olar?

Sual: Məlumdur ki, Muhəmməd peyğəmbərin dövründə Quran ayələrini sümük, dəri və ya daşlara yazırdılar. Deməli, Quranın bədənin bel hissəsindən aşağıda tutanlar da olurdu. Bəs indi necə? Quranı beldən aşağıda tutmağın bir eybi var? Bununla əlaqədar bir Quran ayəsi və ya peyğəmbər hədisi varmı?

Cavab: Xeyr, bunu – Quranı beldən (göbək) aşağıda tutmaq və yerə qoymağı qadağan edən bir ayə və hədis yoxdur. Bununla belə, bizim dövrümüzdə Quran, çörək və oxşar şeyləri beldən aşağıda tutmaq, eləcə də, yerə qoymaq hörmət baxımından yaxşı qarşılanmır. Bu da təbii bir haldır; yəni, səhv deyil.

Qurana əsl hörmət isə onu oxumaq, başa düşmək və hökmlərini həyata keçirməkdir. Bunu etmədikdən sonra Quranın qarşısındakı öhdəliklərimizi yerinə yetirə bilmərik.

Quranla əlaqədar  ətraflı məlumat, o cümlədən çoxsaylı sual və cavabları ilə burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/tedqiqatlar/1423.html

http://www.muselmanlar.com/fitvalar/quran/3224.html

http://www.muselmanlar.com/fitvalar/quran

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.