Müsəlmanlar
Zorla Quran oxutmaq olar?

Zorla Quran oxutmaq olar?

Sual: Məlumdur ki, indiki dövrdə çoxlu dini icma var. Bunların bəzilərinin rəhbərliyi o icmaya daxil olan insanlara hər gün 1 səhifə Quran oxutdururlar. Bunu məcburi hala gətiriblər. Ancaq insanlar bunu yerinə yetirmirlər. Belə olan halda, həmin insanlara hansısa bir cəza tətbiq oluna bilər? Ümumiyyətlə, kimi isə məcbur edib Quran oxutdurmaq dini cəhətdən nə dərəcədə düzgündür?

Cavab: Quran oxumaq gözəl bir işdir. Bu, ibadətdir. İbadət isə niyyətsiz ola bilməz. Niyyət ürəkdə olur. Ürəyə heç kim təzyiq göstərə bilməz. Odur ki, heç kimə zorla Quran oxutdurmaq olmaz. Dində məcburiyyət yoxdur. Heç kimin bu səbəbdən kimə isə cəza verməyə də ixtiyarı yoxdur. Bu kimi işlər könüllü olaraq görülməlidir.

İnsanlara Allahın ayələrini təbliğ etmək olar. Bunu edərkən də düzgün metoddan istifadə olunmalıdır. Bundan başqa görülməli olan bir iş yoxdur. Bir sözlə, heç kəsi dini məsələlərdə məcbur etmək olmaz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.