Müsəlmanlar
Başqa bir nəfərə kredit götürməyin hökmü nədir?

Başqa bir nəfərə kredit götürməyin hökmü nədir?

Sual: Mənim 39 yaşım var və bir şirkətdə işləyirəm. Ailə üzvlərimlə məsləhətləşmədən bir dostum üçün bankdan kredit götürdüm. Aldığı pulu özü ödəyir, bəzən çətinliyə düşür. O vaxt mən də kömək edirəm. Atam bu məsələni öyrənib mənə hirsləndi. Dedi ki, bir də belə eləmə, başqası üçün özünü günaha salma. Mən bütün bunları insanlıq üçün etdim. Görəsən, mənim bu hərəkətim dini cəhətdən nə dərəcədə düzgündür?

Cavab: Siz başqasının adına olsa belə, kredit götürüb faiz günahına şərik olmusunuz. Ona görə də tövbə edin, Allahdan bağışlanma diləyin və bir də belə bir hərəkətə yol verməyin. Belə etdiyiniz təqdirdə Allah günahlarınızı bağışlayar. İbadətlərinizi yerinə yetirdikcə də günahlarınız savaba çevrilər.

Allah Quranda belə deyir:

“Rəhmanın qulları… Allah ilə bərabər başqa bir tanrını yardıma çağırmazlar. (Allahın) Haqlı (hesab etdiyi) bir səbəb yoxdursa, Allahın toxunulmaz qıldığı canı öldürməzlər, zina etməzlər. Kim bunları edərsə, günaha batar.

Qiyamət günü onun əzabı qatlanır və orada alçaldılmış olaraq daimi qalır.

Ancaq tövbə edən, inanan və yaxşı iş görən başqa. Allah onların pisliklərini yaxşılığa çevirir. Allah bağışlayar, ikram edər.

Kim tövbə edib yaxşı rəftar etsə, şübhəsiz ki, o, tövbəsi qəbul edilmiş halda Allaha qayıdar”. (Furqan, 25/68-71)

Bu hərəkətiniz ata-ananıza qarşı bir hərəkət deyil. Odur ki, ona görə ayrı bir günahdan söhbət gedə bilməz.

Sualınızla əlaqədar olaraq aşağıdakı qısa yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/1092.html

http://www.muselmanlar.com/fitvalar/1773.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.