Müsəlmanlar
Allahı mütləq mənada dərk etmək mümkündür?

Allahı mütləq mənada dərk etmək mümkündür?

Sual: Mən müəlliməm. Şagirdlərə insan, cəmiyyət, ailə və dinlə bağlı dərslər keçirəm. Bəzi uşaqlar məndən Allahın nədən yaradıldığını soruşurlar. Onlara müvafiq cavabı verirəm. Bununla belə, bu məsələyə sizin münasibətinizi də öyrənmək istəyirəm. Məsləhətiniz nədir?

Cavab: Yaradılan (məxluq), yaradanı (xaliq) tamamilə dərk edə bilməz. Misal üçün, bir kompyuter nə qədər güclü olsa da, onu istehsal edən insan haqqında bir qənaətə malik ola bilməz. Biz insanlar da Allah haqda ancaq və ancaq bizə verilən qədər bilə bilərik. Bu səbəbdən Allah belə buyurur:

“Allah… Ondan başqa ilah yoxdur. O, diridir, varlığı Özündəndir. Onu nə mürgüləmə tutar, nə də yuxu. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Onun dərgahında kimisə öz yanına götürən (şəfaət edən) kimdir ki?! Onun icazəsi olarsa, istisnadır. O, onların qabaqlarında olanı da bilir, arxalarındakını da. Onlar Onun elmindən Özünün imkan verdiyi qədərindən başqa bir şey dərk edə bilməzlər. Allahın hakimiyyəti göyləri də əhatə edir, yeri də. Bunları mühafizə etmək Ona ağır gəlmir. O, Uludur, Böyükdür.” (Bəqərə, 2/255)

“Gözlər onu dərk edə bilməz. Amma O, gözləri dərk edir. O, lütf sahibidir, hər şeyi bilir.” (Ənam, 6/103)

“Əvvəl də Odur, axır da. Açıq olan da Odur, gizli olan da. O, hər şeyi biləndir.” (Hədid, 57/3)

Sizə məsləhətimiz budur: Şagirdlərə məlumat verdiyiniz vaxt bu məsələ ilə əlaqədar elmi-pedaqoji və dini ədəbiyyatdan çox istifadə edin.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.