Müsəlmanlar
Atalıq haqqı, atanın borcları, kredit və faiz

Atalıq haqqı, atanın borcları, kredit və faiz

Sual: Mənim atam məndən tələb edir ki, onun borclarını qaytarmaq üçün bankdan kredit götürüm. Amma mən bunu etmək istəmirəm. Çünki onun özünün borclarını ödəmək üçün imkanı var. Misal üçün, evlərindən birini sata bilər. Lakin o, belə etmək istəmir. Deyir ki, sən bankdan kredit götürüb mənə ver, mən sənə həmin pulu mütləq qaytaracağam. Mən də atama dedim ki, yox, kredit götürmək istəmirəm. Bunu deyən kimi mənə öz atalıq haqqını halal etməyəcəyini bildirdi. Belə olan halda, mən nə cür hərəkət etməliyəm? Həqiqətən də, atalıq haqqı halal olmaz? Bu vəziyyətdə nə etməliyəm? Xahiş edirəm, bu barədə mənə köməklik edəsiniz.

Cavab: Allaha üsyan olan bir məsələdə bəndələrə itaət etmək olmaz. Belə ki, siz bankdan kredit götürməklə, bəlkə də, öz atanızı razı sala bilərsiniz, amma bir tərəfdən də Allaha üsyan etmiş olarsınız! Bunu ona başa salmağa çalışın. İmkanınız varsa, siz özünüz ona borc pul verin ki, öz ehtiyacını ödəsin. Siz bankdan faizli kredit götürmədiyinizə görə onun öz haqqını sizə halal etməməyi mühüm deyil. Çünki ata-anaya itaət etmək Allahın qoyduğu sərhədlər daxilində olur. Bunun xaricində – Allaha üsyan olan məsələlərdə onlara itaət etməyiniz vacib deyil. Lakin yuxarıda da qeyd etdiyimiz kimi ona halal yollardan kömək edə bilsəniz, çox gözəl bir iş görərsiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.