Müsəlmanlar

Siz cihadla əlaqədar nəsə bir iş görürsünüz?

Sual: İndiki dövrdə bütün dünyada fitnə-fəsad baş alıb gedir. Müsəlmanlar zalım kafirlər tərəfindən pis vəziyyətə salınıblar. Cihad müsəlmanlar üçün mütləq lazımdır. Siz cihad məsələsində Quran və Sünnə bütövlüyü çərçivəsində nəsə bir iş görürsünüz?

Cavab: Bizim gördüyümüz bu işlər cihadın ən böyüyüdür. Cihad deyildikdə bizim bəzi dostlarımız bunun qital (savaş, döyüş) olduğunu fikirləşirlər. Qital ayrıdır, cihad ayrı. Cihad sözünün kökü cəhd sözüdür. Bu sözü biz də öz dilimizdə işlədirik. Yəni, bir şeyə cəhd etmək, cəhdin içində olmaq. Cihadda qarşılıqlı (qabaq-qabağa) cəhd var. Belə ki, sizin qabağınızda sizi susdurmaq üçün çalışanlar var. Siz də buna qarşı mübarizə aparırsınız. Yəni, hər şeyə baxmayaraq düzgün olan şeyləri deməyə davam edirsiniz. Əsas da budur: İnsanlara həqiqətləri çatdırmaq.

Bəs müharibə nə vaxt vacib olur? Allah Təala bunu izah edir:

“Allah yolunda sizinlə döyüşənlərlə döyüşün. Döyüşərkən həddi aşmayın. Şübhəsiz ki, Allah həddi aşanları sevməz”. (Bəqərə, 2/190)

Deməli, müharibədə də həddi aşmaq, təcavüzkar olmaq olmaz. Hər şeyin bir ölçüsü var axı.

Bir sözlə, bizim vəzifəmiz döyüşmək deyil. Əlbəttə ki, müharibə ilə üzləşdiyimiz vaxt qaçmaq mümkün deyil. Əlbəttə ki, döyüşməliyik. Amma əsl vəzifəmiz Allahın buyuruqlarını insanlara çatdırmaqdır. Qısacası, əgər bizim bu işlərimizə cihad deyilmirsə, onda cihad nədir? Cihad nəyə deyilir? Biz burada nə iş görürük? Məgər insanlar hər şeydən əvvəl Quranı anlamalı deyillər? İnsanlar hər şeydən əvvəl Quran ətrafında bir araya cəm olmalıdırlar. Qalan şeylər asandır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).

Sualınızla əlaqədar olaraq aşağıdakı yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3269.html

http://www.muselmanlar.com/fitvalar/3263.html

http://www.muselmanlar.com/fitvalar/3245.html

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.