Sual: Nisa surəsinin 15-ci ayəsində zina edən qadınların ölənə qədər evə həps olunmaları əmr edilmişdir. Niyə zina edən kişi deyil, qadın ölənə qədər evə həps edilir?
Cavab: Qurandan əvvəl nazil olan Tövrat və İncildə zina edən qadın və kişilərin cəzası “rəcm/daşlanaraq öldürülmə” idi. Qurani-Kərim, dinimizdə bəzi hökmləri yüngülləşdirdi və o cümlədən zina cəzasını da ilk əvvəl “qadın üçün ev həpsi və sözlə incitmək”,[1] kişi üçün isə “sözlə incitməyə” daha sonra isə hər ikisinə “cəldə/yüz qamçı” vurmağa endirdi.[2]
Kişi, ailəsini keçindirməklə mükəlləf olduğu üçün onu ev həpsində tutmaq, hər iki tərəfi öldürmək deməkdir. Bir də qadın qorunmaya möhtac varlıqdır və zina etdiyi məlum olduqdan sonra evdə tutulması onun güvənliyi yönündən daha da xeyrinədir. Çünki zina etdikdən sonra adı çıxan qadının çöldə dolaşması, onun üçün çox təhlükəli olar. Hər görən ondan murad almaya ya da hər cür təhqirə, təcavüzə qalxa bilər.
Hər ağlı başında olan insan Quranı oxuduğu zaman görər ki, orada qadın haqlarına xüsusi dəyər verilir. Bunu yaxşı bilin ki, yer üzündə Quran qədər qadın haqlarını qoruyan başqa bir kitab yoxdur və yazılmamışdır. Ancaq təəssüf ki, sonradan meydana gələn məzhəblər, Quranın onlara verdiyi bütün haq-hüquqlarını, hürriyyətlərini əllərindən almış və onları qul-kölə halına salmışdır. Nəticədə; təəssüflə qeyd edək ki, məzhəb din xadimlərinin yazdığı kitab qədər qadınların haq-hüquqlarını pozan başqa bir kitaba da rast gəlmədik.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:
https://www.muselmanlar.com/fitvalar/6599.html
https://www.muselmanlar.com/elanlar-xeberler/7749.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Bax: Nisa 4/15. Ayənin sonunda, “Allah onlar üçün bir yol açana qədər evlərində saxlayın”, deyir. Ondan sonra Nur surəsi 2-ci ayə nazil olur və zina cəzası ev həpsindən 100 qamçıya düşmüş olur.
[2] Bax: Nur 24/2.




