Müsəlmanlar

Məryəm surəsi

 Məryəm surəsi 98 ayədən ibarətdir. Surədə, Hz. Məryəmdən və oğlu İsa əleyhissəlamı necə dünyaya gətirməyindən bəhs edildiyi üçün ona bu ad verilmişdir.

 

بسم الله الرحمن الرحيم

Mərhəmətli, Rəhmli Allahın adıyla!

كهيعص

  1. Kəf – Hə – Yə – Ayn – Sad![1]

 

ذِكْرُ رَحْمَةِ رَبِّكَ عَبْدَهُ زَكَرِيَّا

  1. Bu, Rəbbinin bəndəsi Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır.[2]

 

إِذْ نَادَى رَبَّهُ نِدَاء خَفِيًّا

  1. O, bir gün Rəbbinə xəfif bir nidayla yalvarmışdı.[3]

 

قَالَ رَبِّ إِنِّي وَهَنَ الْعَظْمُ مِنِّي وَاشْتَعَلَ الرَّأْسُ شَيْبًا وَلَمْ أَكُن بِدُعَائِكَ رَبِّ شَقِيًّا

  1. Demişdi ki, “Rəbbim! Artıq sümüklərim çox zəiflədi, saçım-başım ağardı.[4] Rəbbim! Sənə etdiyim dualar sayəsində heç ümidsiz qalmadım.

 

وَإِنِّي خِفْتُ الْمَوَالِيَ مِن وَرَائِي وَكَانَتِ امْرَأَتِي عَاقِرًا فَهَبْ لِي مِن لَّدُنكَ وَلِيًّا

  1. Ancaq mənim arxamdan gələcək olan yaxınlarım barədə narahatam. Arvadım da qısırdır. Mənə Öz dərgahından bir vəli/himayədar ehsan eylə![5]

 

يَرِثُنِي وَيَرِثُ مِنْ آلِ يَعْقُوبَ وَاجْعَلْهُ رَبِّ رَضِيًّا

  1. O, həm mənə həm də Yəqub xanədanına mirasçı olsun.[6] Rəbbim! Onu rizana layiq eylə!”

 

يَا زَكَرِيَّا إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ اسْمُهُ يَحْيَى لَمْ نَجْعَل لَّهُ مِن قَبْلُ سَمِيًّا

  1. (Mələklər ona belə səsləndi)[7] “Ey Zəkəriyya! Sənə, adı Yəhya olan bir oğul müjdələyirik. Bundan əvvəl bu adı heç kimə vermədik.”[8]

 

قَالَ رَبِّ أَنَّى يَكُونُ لِي غُلَامٌ وَكَانَتِ امْرَأَتِي عَاقِرًا وَقَدْ بَلَغْتُ مِنَ الْكِبَرِ عِتِيًّا

  1. Zəkəriyya dedi ki: “Rəbbim! Mənim necə oğlum ola bilər ki?! Arvadım qısır, mən də qocalığın son həddinə gəlib çatmışam.”[9]

 

قَالَ كَذَلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٌ وَقَدْ خَلَقْتُكَ مِن قَبْلُ وَلَمْ تَكُ شَيْئًا

  1. (Mələklərdən biri) “Bəli, elədir!” – dedi. “Amma Rəbbin dedi ki: “O, Mənim üçün asandır. Daha əvvəl sən də heç bir şey deyilkən, səni yaratdım!”[10]

 

قَالَ رَبِّ اجْعَل لِّي آيَةً قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَ لَيَالٍ سَوِيًّا

  1. Zəkəriyya dedi ki: “Rəbbim! Mənə bir əlamət göstər!” (Allah) buyurdu: “Sənin üçün əlamət, sağlam olduğun halda üç gecə[11] insanlarla danışa bilməyəcəksən!”[12]

 

فَخَرَجَ عَلَى قَوْمِهِ مِنَ الْمِحْرَابِ فَأَوْحَى إِلَيْهِمْ أَن سَبِّحُوا بُكْرَةً وَعَشِيًّا

  1. Sonra mehrabdan[13] öz xalqının qarşısına çıxıb onlara işarə ilə: “Səhər-axşam təsbih/Allahın şəninə təriflər deyin!” – dedi.[14]

 

يَا يَحْيَى خُذِ الْكِتَابَ بِقُوَّةٍ وَآتَيْنَاهُ الْحُكْمَ صَبِيًّا

  1. “Ey Yəhya! Bu kitabı al və ona möhkəm yapış![15] O hələ uşaq ikən biz ona hikmət/doğru qərar vermə qabiliyyəti verdik.

 

وَحَنَانًا مِّن لَّدُنَّا وَزَكَاةً وَكَانَ تَقِيًّا

  1. Ona qatımızdan bir şəfqət duyğusu və paklıq bəxş etdik. O, pisliklərdən qorunan biri idi.[16]

 

وَبَرًّا بِوَالِدَيْهِ وَلَمْ يَكُن جَبَّارًا عَصِيًّا

  1. Valideynlərinə xoş davranan biri idi. O nə qəddar nə də asi olmadı.[17]

 

وَسَلَامٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَيَوْمَ يَمُوتُ وَيَوْمَ يُبْعَثُ حَيًّا

  1. Doğulduğu gün, öldüyü gün və yenidən dirildiləcəyi gün ona salam olsun![18]

 

وَاذْكُرْ فِي الْكِتَابِ مَرْيَمَ إِذِ انتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًا شَرْقِيًّا

  1. Bu kitabda Məryəmi də yad et![19] Bir gün ailəsindən ayrılıb şərq tərəfində bir yerə çəkilmişdi.

 

فَاتَّخَذَتْ مِن دُونِهِمْ حِجَابًا فَأَرْسَلْنَا إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا

  1. Beləcə, onlarla öz arasına bir pərdə çəkmişdi. Biz də Öz ruhumuzu (Cəbrayılı)[20] onun yanına göndərdik. O da ona tam bir insan surətində göründü.

 

قَالَتْ إِنِّي أَعُوذُ بِالرَّحْمَن مِنكَ إِن كُنتَ تَقِيًّا

  1. Məryəm dedi ki: “Səndən Rəhmana sığınıram! Əgər pisliklərdən qorunan biri isən (mənə toxunma!).”

 

قَالَ إِنَّمَا أَنَا رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَامًا زَكِيًّا

  1. (Cəbrayıl) dedi ki: “Mən sənin Rəbbinin elçisiyəm.[21] O məni, sənə pak bir oğlan uşağı bəxş etmək üçün göndərdi.[22]

 

قَالَتْ أَنَّى يَكُونُ لِي غُلَامٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ وَلَمْ أَكُ بَغِيًّا

  1. Məryəm dedi ki: “Mənim necə oğlum ola bilər ki?! Mənə heç bir kişi əli dəymədi və mən pozğun biri də deyiləm!”[23]

 

قَالَ كَذَلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٌ وَلِنَجْعَلَهُ آيَةً لِلنَّاسِ وَرَحْمَةً مِّنَّا وَكَانَ أَمْرًا مَّقْضِيًّا

  1. (Cəbrayıl) “Bəli, elədir!” – dedi. Amma Rəbbin dedi ki; “O Mənə asandır, onu insanlar üçün bir ayə/əlamət[24] və qatımızdan bir mərhəmət olaraq (bəxş edəcəyik). Bu, qərara bağlanmış bir işdir.”[25]

 

فَحَمَلَتْهُ فَانتَبَذَتْ بِهِ مَكَانًا قَصِيًّا

  1. Beləcə, Məryəm uşağa hamilə qaldı[26] və onunla uzaq bir yerə çəkildi.

 

فَأَجَاءهَا الْمَخَاضُ إِلَى جِذْعِ النَّخْلَةِ قَالَتْ يَا لَيْتَنِي مِتُّ قَبْلَ هَذَا وَكُنتُ نَسْيًا مَّنسِيًّا

  1. Sonra doğum sancıları onu bir xurma dalının altına gətirdi. “Ah kaşki mən bundan əvvəl ölüb tamamilə unudulsaydım!” – dedi.

 

فَنَادَاهَا مِن تَحْتِهَا أَلَّا تَحْزَنِي قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِيًّا

  1. (Cəbrayıl[27] Məryəmin) olduğu yerin aşağı tərəfindən ona belə səsləndi: “Üzülmə! Rəbbin sənin olduğun yerin aşağısında, bir çeşmə/qaynama[28] meydana gətirdi.

 

وَهُزِّي إِلَيْكِ بِجِذْعِ النَّخْلَةِ تُسَاقِطْ عَلَيْكِ رُطَبًا جَنِيًّا

  1. Xurma dalını özünə doğru salla ki, o sənin üzərinə təzə və dəymiş xurma töksün.[29]

 

فَكُلِي وَاشْرَبِي وَقَرِّي عَيْنًا فَإِمَّا تَرَيِنَّ مِنَ الْبَشَرِ أَحَدًا فَقُولِي إِنِّي نَذَرْتُ لِلرَّحْمَنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ الْيَوْمَ إِنسِيًّا

  1. İndi ye, iç! Gözün aydın olsun! Əgər insanlardan kimisə görsən belə de: “Mən Rəhmana susma orucu nəzir eləmişəm. Ona görə bu gün əsla heç kimlə danışmayacağam!”[30]

 

فَأَتَتْ بِهِ قَوْمَهَا تَحْمِلُهُ قَالُوا يَا مَرْيَمُ لَقَدْ جِئْتِ شَيْئًا فَرِيًّا

  1. Sonra isə uşağı qucağına alıb, xalqının yanına gətirdi. Onlar dedilər ki: “Ey Məryəm! Sən həqiqətən heç səndən gözləmədiyimiz bir şeylə qarşımıza çıxdın![31]

 

يَا أُخْتَ هَارُونَ مَا كَانَ أَبُوكِ امْرَأَ سَوْءٍ وَمَا كَانَتْ أُمُّكِ بَغِيًّا

  1. Ey Harunun bacısı![32] Sənin atan pis bir adam olmadığı kimi, anan da pozğun biri deyildi.

 

فَأَشَارَتْ إِلَيْهِ قَالُوا كَيْفَ نُكَلِّمُ مَن كَانَ فِي الْمَهْدِ صَبِيًّا

  1. Bunun üzərinə Məryəm körpəni işarə etdi. Dedilər ki: “Biz beşikdəki körpə ilə necə danışaq?”[33]

 

قَالَ إِنِّي عَبْدُ اللَّهِ آتَانِيَ الْكِتَابَ وَجَعَلَنِي نَبِيًّا

  1. Köpə belə dedi: “Mən Allahın bəndəsi/quluyam. O, mənə Kitabı verdi[34] və məni nəbi/peyğəmbər etdi.[35]

 

وَجَعَلَنِي مُبَارَكًا أَيْنَ مَا كُنتُ وَأَوْصَانِي بِالصَّلَاةِ وَالزَّكَاةِ مَا دُمْتُ حَيًّا

  1. O, məni olduğum hər yerdə mübarək etdi/çox faydalı bir adam etdi. Yaşadığım müddətcə mənə namaz və zəkat vəzifəsi yüklədi.[36]

 

وَبَرًّا بِوَالِدَتِي وَلَمْ يَجْعَلْنِي جَبَّارًا شَقِيًّا

  1. Anama xoş davranan biri etdi. Məni qəddar və xeyirsiz biri etmədi.[37]

 

وَالسَّلَامُ عَلَيَّ يَوْمَ وُلِدتُّ وَيَوْمَ أَمُوتُ وَيَوْمَ أُبْعَثُ حَيًّا

  1. Doğulduğum gün, öləcəyim gün və yenidən dirildiləcəyim gün, sülh və əminamanlıq içində olum![38]

 

ذَلِكَ عِيسَى ابْنُ مَرْيَمَ قَوْلَ الْحَقِّ الَّذِي فِيهِ يَمْتَرُونَ

  1. Bax bu Məryəm oğlu İsa! Haqqında mübahisə etdiyiniz mövzuda doğrunu söyləyirəm.[39]

 

مَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٍ سُبْحَانَهُ إِذَا قَضَى أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ

  1. Allahın övlad götürməsi olacaq şey deyil! Bu Ona yaraşmaz! O, bir işə qərar verdiyi zaman onun üçün sadəcə “Ol” deyər, o da olur.[40]

 

وَإِنَّ اللَّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ

  1. (İsa belə davan etdi) “Allah mənim də Rəbbimdir, sizin də Rəbbinizdir! Elə isə, yalnız Ona qulluq edin! Doğru yol budur!”[41]

 

فَاخْتَلَفَ الْأَحْزَابُ مِن بَيْنِهِمْ فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا مِن مَّشْهَدِ يَوْمٍ عَظِيمٍ

  1. Aralarından bəzi qruplar ixtilafa düşdü.[42] O əzəmətli günü görəcək olan kafirlərin vay halına!”[43]

 

أَسْمِعْ بِهِمْ وَأَبْصِرْ يَوْمَ يَأْتُونَنَا لَكِنِ الظَّالِمُونَ الْيَوْمَ فِي ضَلَالٍ مُّبِين

  1. Bizim huzurumuza gələcəkləri gün, elə yaxşı eşidəcək, elə yaxşı gərəcəklər ki![44] Lakin zalımlar bu gün açıq-aşkar bir zəlalət içindədirlər.

 

وَأَنذِرْهُمْ يَوْمَ الْحَسْرَةِ إِذْ قُضِيَ الْأَمْرُ وَهُمْ فِي غَفْلَةٍ وَهُمْ لَا يُؤْمِنُونَ

  1. Həsrətlə baxıb peşmançılıq çəkəcəkləri günə dair onları xəbərdar et! Çünki, qəflətdə/heç gözləmədikləri bir anda işləri bitiriləcək/ölüm gələcəkdir. İndi onlar buna inanmırlar.[45]

 

إِنَّا نَحْنُ نَرِثُ الْأَرْضَ وَمَنْ عَلَيْهَا وَإِلَيْنَا يُرْجَعُونَ

  1. Yerə və üzərindəki hər kəsə bir varis olacağıq.[46] Hamısı Bizim huzurumuza çıxarılacaqlar.[47]

 

وَاذْكُرْ فِي الْكِتَابِ إِبْرَاهِيمَ إِنَّهُ كَانَ صِدِّيقًا نَّبِيًّا

  1. Bu kitabda İbrahimi də yada sal! O, həqiqətən çox sadiq/dürüst biri həm də nəbi/peyğəmbər idi.[48]

 

إِذْ قَالَ لِأَبِيهِ يَا أَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِي عَنكَ شَيْئًا

  1. Bir gün atasına dedi ki: “Atacan! Eşitməyən, görməyən və heç bir işinə yaramayan şeyə nə üçün qulluq edirsən?[49]

 

يَا أَبَتِ إِنِّي قَدْ جَاءنِي مِنَ الْعِلْمِ مَا لَمْ يَأْتِكَ فَاتَّبِعْنِي أَهْدِكَ صِرَاطًا سَوِيًّا

  1. Atacan! Mənə, sənə gəlməyən bir elm gəlmişdir.[50] Bundan belə mənə tabe ol ki, mən də səni düzgün bir yola yönəldim.

 

يَا أَبَتِ لَا تَعْبُدِ الشَّيْطَانَ إِنَّ الشَّيْطَانَ كَانَ لِلرَّحْمَنِ عَصِيًّا

  1. Atacan! Şeytana qulluq etmə![51] Çünki şeytan, Rəhmana qarşı üsyan etmişdir.

 

يَا أَبَتِ إِنِّي أَخَافُ أَن يَمَسَّكَ عَذَابٌ مِّنَ الرَّحْمَن فَتَكُونَ لِلشَّيْطَانِ وَلِيًّا

  1. Atacan! Rəhmandan sənə bir əzab toxunmasından, beləcə şeytana yoldaş olmağından qorxuram.[52]

 

قَالَ أَرَاغِبٌ أَنتَ عَنْ آلِهَتِي يَا إِبْراهِيمُ لَئِن لَّمْ تَنتَهِ لَأَرْجُمَنَّكَ وَاهْجُرْنِي مَلِيًّا

  1. Atası dedi ki: “İbrahim! Sən mənim ilahlarımdan üz çevirirsən? Əgər bu işdən əl çəkməzsən, mütləq səni daşqalaq edərəm![53] Uzun bir müddət məndən uzaqlaş!”

 

قَالَ سَلَامٌ عَلَيْكَ سَأَسْتَغْفِرُ لَكَ رَبِّي إِنَّهُ كَانَ بِي حَفِيًّا

  1. İbrahim belə dedi: “Salamat qal! Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm.[54] O, mənə həmişə xoş davranır.

 

وَأَعْتَزِلُكُمْ وَمَا تَدْعُونَ مِن دُونِ اللَّهِ وَأَدْعُو رَبِّي عَسَى أَلَّا أَكُونَ بِدُعَاء رَبِّي شَقِيًّا

  1. Mən sizdən də Allah ilə aranıza qoyub yalvardıqlarınızdan da uzaq dururam.[55] Mən Rəbbimə dua edirəm. Rəbbimə etdiyim dualar sayəsində ümidsiz olmayacağam.”

 

فَلَمَّا اعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ اللَّهِ وَهَبْنَا لَهُ إِسْحَقَ وَيَعْقُوبَ وَكُلًّا جَعَلْنَا نَبِيًّا

  1. Onlardan və Allah ilə aralarına qoyduqlarından uzaqlaşanda ona İshəqi və (İshəqin oğlu) Yəqubu bəxş etdik. Onların hər birini Nəbi etdik.[56]

 

وَوَهَبْنَا لَهُم مِّن رَّحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّا

  1. Onlara mərhəmətimizdən (çox şeyi) pay verdik. Onları doğruluqları səbəbilə dillərə dastan etdik.[57]

 

وَاذْكُرْ فِي الْكِتَابِ مُوسَى إِنَّهُ كَانَ مُخْلَصًا وَكَانَ رَسُولًا نَّبِيًّا

  1. Bu kitabda Musanı da yada sal! O, səmimiyyəti təsdiq olunmuş biri idi[58] və nəbi olan bir rəsul/elçi idi.[59]

 

وَنَادَيْنَاهُ مِن جَانِبِ الطُّورِ الْأَيْمَنِ وَقَرَّبْنَاهُ نَجِيًّا

  1. Ona Turun/Sina dağının sağ tərəfindən səsləndik və onu (qorxularından) xilas olmuş olaraq (Özümüzə) yaxınlaşdırdıq.[60]

 

وَوَهَبْنَا لَهُ مِن رَّحْمَتِنَا أَخَاهُ هَارُونَ نَبِيًّا

  1. Mərhəmətimiz sayəsində ona, qardaşı Harunu da nəbi olarq bəxş etdik.[61]

 

وَاذْكُرْ فِي الْكِتَابِ إِسْمَاعِيلَ إِنَّهُ كَانَ صَادِقَ الْوَعْدِ وَكَانَ رَسُولًا نَّبِيًّا

  1. Bu kitabda İsmayılı da yada sal![62] O, sözündə duran biri idi[63] və nəbi olan bir rəsul/elçi idi.[64]

 

وَكَانَ يَأْمُرُ أَهْلَهُ بِالصَّلَاةِ وَالزَّكَاةِ وَكَانَ عِندَ رَبِّهِ مَرْضِيًّا

  1. O, ailəsinə namazı və zəkatı əmr edərdi.[65] Rəbbinin rizasına nail olan biri idi.[66]

 

وَاذْكُرْ فِي الْكِتَابِ إِدْرِيسَ إِنَّهُ كَانَ صِدِّيقًا نَّبِيًّا

  1. Bu kitabda İdrisi də yada sal![67] O da doğru sözlü biri idi, həmçinin bir nəbi idi.

 

وَرَفَعْنَاهُ مَكَانًا عَلِيًّا

  1. Onu uca bir məkana yüksəltmişdik.[68]

 

أُوْلَئِكَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِم مِّنَ النَّبِيِّينَ مِن ذُرِّيَّةِ آدَمَ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوحٍ وَمِن ذُرِّيَّةِ إِبْرَاهِيمَ وَإِسْرَائِيلَ وَمِمَّنْ هَدَيْنَا وَاجْتَبَيْنَا إِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُ الرَّحْمَن خَرُّوا سُجَّدًا وَبُكِيًّا

  1. Bunlar Allahın nemət verdiyi nəbilərdəndir. Adəmin və Nuh ilə bərabər (gəmidə) daşıdıqlarımızın nəslindən, İbrahimin və İsrailin/Yəqubun[69] nəslindən seçib, doğru yolu göstərdiyimiz kəslərdəndir.[70] Onlar, Rəhmanın ayələri özlərinə bağlanıtları ilə birlikdə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.

 

فَخَلَفَ مِن بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا الصَّلَاةَ وَاتَّبَعُوا الشَّهَوَاتِ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا

  1. Onların ardından isə namazı hədər edən və şəhvətinin/çəkici şeylərin arxasına düşən bir nəsil gəldi.[71] Onlar yaxında, bu xislətləri ucbatından böyük bir əzabla qarşılaşacaqlar.

 

إِلَّا مَن تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا فَأُوْلَئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ شَيْئًا

  1. Ancaq tövbə edən/dönən, inanıb güvənən və xeyirxah işlər görənlər istisnadır.[72] Onlar, cənnətə daxil olacaqlar və heç bir haqsızlığa məruz qalmayacaqlar.[73]

 

جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدَ الرَّحْمَنُ عِبَادَهُ بِالْغَيْبِ إِنَّهُ كَانَ وَعْدُهُ مَأْتِيًّا

  1. Rəhman, Öz bəndələrinə onların hələ görmədikləri Adn cənnətlərini vəd etmişdir.[74] Onun vədi mütləq yerinə yetəcəkdir.[75]

 

لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا إِلَّا سَلَامًا وَلَهُمْ رِزْقُهُمْ فِيهَا بُكْرَةً وَعَشِيًّا

  1. Orada boş mənasız sözlər deyil, sadəcə salam/sülh və əminamanlıq ifadə edən sözlər eşidəcəklər.[76] Orada onların səhər-axşam ruziləri vardır.

 

تِلْكَ الْجَنَّةُ الَّتِي نُورِثُ مِنْ عِبَادِنَا مَن كَانَ تَقِيًّا

  1. Bəndələrimizdən pisliklərdən çəkinənləri varis edəcəyimiz cənnət bax budur![77]

 

وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمْرِ رَبِّكَ لَهُ مَا بَيْنَ أَيْدِينَا وَمَا خَلْفَنَا وَمَا بَيْنَ ذَلِكَ وَمَا كَانَ رَبُّكَ نَسِيًّا

  1. (Mələklər belə deyərlər) “Biz, Rəbbinin əmri olmadan enmərik![78] Qarşıda edəcəyimiz, keçmişdə etdiklərimiz və ikisinin arasında/hazırda olan hər şey Ona məxsus/O əmr etdiyi üçündür. Sənin Rəbbin unudan deyildir.”[79]

 

رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا فَاعْبُدْهُ وَاصْطَبِرْ لِعِبَادَتِهِ هَلْ تَعْلَمُ لَهُ سَمِيًّا

  1. O, göylərin, yerin və ikisi arasında olan hər şeyin Rəbbidir/Sahibidir. Elə isə sən Ona qulluq et və Ona qulluqda səbat göstər![80] Heç ona oxşar[81] başqa birini bilirsən?![82]

 

وَيَقُولُ الْإِنسَانُ أَئِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا

  1. İnsan deyir ki, “Mən öləndən sonra həqiqətən diri olaraq (torpaqdan) çıxarılacağammı?”[83]

 

أَوَلَا يَذْكُرُ الْإِنسَانُ أَنَّا خَلَقْنَاهُ مِن قَبْلُ وَلَمْ يَكُ شَيْئًا

  1. Bəs o insan, daha əvvəl heç bir şey ikən onu yaratdığımızı ağlına gətirməzmi?[84]

 

فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَالشَّيَاطِينَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِيًّا

  1. Rəbbinə and olsun ki, onları mütləq şeytanları ilə[85] birlikdə toplayacaq, sonra hamısını cəhənnəmin ətrafında diz üstə çökmüş halda hazır yerləşdirəcəyik.

 

ثُمَّ لَنَنزِعَنَّ مِن كُلِّ شِيعَةٍ أَيُّهُمْ أَشَدُّ عَلَى الرَّحْمَنِ عِتِيًّا

  1. Sonra müəyyən biriləri ətrafında toplanan hər qrupdan[86] Rəhmana qarşı ən çox üsyankar olanları çəkip çıxardacağıq.

 

ثُمَّ لَنَحْنُ أَعْلَمُ بِالَّذِينَ هُمْ أَوْلَى بِهَا صِلِيًّا

  1. Nəhayət, oraya girib qalmağa ən çox layiq olanları əlbəttə Biz yaxşı bilirik.

 

وَإِن مِّنكُمْ إِلَّا وَارِدُهَا كَانَ عَلَى رَبِّكَ حَتْمًا مَّقْضِيًّا

  1. Sizdən/günaha dalanlardan (cəhənnəmin ətrafına) gəlməyəcək heç bir kimsə yoxdur. Bu, Rəbbin tərəfindən qərara bağlanmış qəti bir qərardır.[87]

 

ثُمَّ نُنَجِّي الَّذِينَ اتَّقَوا وَّنَذَرُ الظَّالِمِينَ فِيهَا جِثِيًّا

  1. Sonra Biz pislikdən (şirkdən) çəkinənləri[88] xilas edəcəyik. Zalımları isə orada diz üstə çökmüş bir vəziyyətdə saxlayacağıq.[89]

 

وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَيُّ الْفَرِيقَيْنِ خَيْرٌ مَّقَامًا وَأَحْسَنُ نَدِيًّا

  1. Ayələrimiz onlara açıq-aşkar bağlantıları ilə birlikdə oxunduğu zaman[90] kafirlik edənlər/görməzlikdən gələnlər inanıb güvənənlərə belə dedilər: “Bu iki firqənin hansının məqamı daha xeyirli və çevrəsi daha gözəldir?[91]

 

 وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هُمْ أَحْسَنُ أَثَاثًا وَرِئْيًا

  1. Halbuki onlardan əvvəl neçə-neçə nəsilləri həlak etdik, onların mal-mülkü və görünüşləri daha gözəldi.[92]

 

قُلْ مَن كَانَ فِي الضَّلَالَةِ فَلْيَمْدُدْ لَهُ الرَّحْمَنُ مَدًّا حَتَّى إِذَا رَأَوْا مَا يُوعَدُونَ إِمَّا الْعَذَابَ وَإِمَّا السَّاعَةَ فَسَيَعْلَمُونَ مَنْ هُوَ شَرٌّ مَّكَانًا وَأَضْعَفُ جُندًا

  1. De ki: “Kim zəlalət içindədirsə Rəhman ona nə qədər fürsət verir versin (əlinə bir şey keçməz)![93] Nəhayət vəd olunduqları əzabı və ya yenidən dirilib qalxma saatını gördükləri zaman, kimin yeri daha pis və çevrəsinin daha zəif olduğunu öyrənəcəklər.[94]

 

وَيَزِيدُ اللَّهُ الَّذِينَ اهْتَدَوْا هُدًى وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ مَّرَدًّا

  1. Allah, doğru yola girənlərin hidayətini/doğruluğunu artırar.[95] Qalıcı xeyirxahlıq, Rəbbinin qatında qarşılıq yönündən daha xeyirli, gediləcək yer etibarı ilə də daha xeyirlidir.[96]

 

أَفَرَأَيْتَ الَّذِي كَفَرَ بِآيَاتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالًا وَوَلَدًا

  1. Ayələrimiz qarşısında kafirlik edəni/görməzdən gələni və “Əlbəttə, mənə mal-mülk və övlad veriləcəkdir!” – deyən adamı gördünmü?[97]

 

أَاطَّلَعَ الْغَيْبَ أَمِ اتَّخَذَ عِندَ الرَّحْمَنِ عَهْدًا

  1. Qeybə/gizli məlumatla vaqifmi oldu, yoxsa Rəhmanın qatından bir əhdmi aldı?[98]

 

كَلَّا سَنَكْتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُ مِنَ الْعَذَابِ مَدًّا

  1. Əsla! Biz onun bütün sözlərini yazacağıq[99], əzabını da uzatdıqca uzadacağıq![100]

 

وَنَرِثُهُ مَا يَقُولُ وَيَأْتِينَا فَرْدًا

  1. Onun dediyi şeylər (mal-mülk, övladı) Bizə qalacaq,[101] özü də qarşımıza tək başına gələcəkdir.[102]

 

وَاتَّخَذُوا مِن دُونِ اللَّهِ آلِهَةً لِّيَكُونُوا لَهُمْ عِزًّا

  1. Özlərinə dəstək (kömək) olsun deyə,[103] Allah ilə aralarına ilahlar qoydular.[104]

 

كَلَّا سَيَكْفُرُونَ بِعِبَادَتِهِمْ وَيَكُونُونَ عَلَيْهِمْ ضِدًّا

  1. Əsla! (İlahlaşdırdıqları) Onların qulluqlarını görməzlikdən gələcək və onlara qarşı gələcəklər.[105]

 

أَلَمْ تَرَ أَنَّا أَرْسَلْنَا الشَّيَاطِينَ عَلَى الْكَافِرِينَ تَؤُزُّهُمْ أَزًّا

  1. Bəyəm şeytanları o kafirlərin üstünə göndərdiyimizi, onları qızışdırıb günaha sövq etdiklərini görmürsənmi?[106]

 

فَلَا تَعْجَلْ عَلَيْهِمْ إِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّا

  1. Elə isə onlar haqqında tələsmə(anında cəzalandırılımalarını istəmə)![107] Onsuzda Biz onların etdiklərini bir bir sayırıq.[108]

 

يَوْمَ نَحْشُرُ الْمُتَّقِينَ إِلَى الرَّحْمَنِ وَفْدًا

  1. Müttəqiləri/Pis işlərdən çəkinənləri, Rəhmanın hüzurunda hörmətli heyətlər halında toplayacağımız gün,[109]

 

وَنَسُوقُ الْمُجْرِمِينَ إِلَى جَهَنَّمَ وِرْدًا

  1. Günahkarları da susamış halda cəhənnəmə sürükləyəcəyimiz gün,[110]

 

لَا يَمْلِكُونَ الشَّفَاعَةَ إِلَّا مَنِ اتَّخَذَ عِندَ الرَّحْمَنِ عَهْدًا

  1. Rəhmanın qatından söz almış olanlar xaricində heç kimsə şəfaətə nail ola bilməyəcəklər.[111]

 

وَقَالُوا اتَّخَذَ الرَّحْمَنُ وَلَدًا

  1. Dedilər ki: “Rəhman (Allah) özünə övlad götürüb!”[112]

 

لَقَدْ جِئْتُمْ شَيْئًا إِدًّا

  1. Həqiqətən, çox çirkin bir şey iddia etdiniz![113]

 

تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنشَقُّ الْأَرْضُ وَتَخِرُّ الْجِبَالُ هَدًّا

  1. Buna görə az qalsın göylər yarılacaq, yer parçalanacaq və dağlar yerlə bir olacaq![114]

 

أَن دَعَوْا لِلرَّحْمَنِ وَلَدًا

  1. Rəhmana övlad isnad etdiklərinə görə![115]

 

وَمَا يَنبَغِي لِلرَّحْمَنِ أَن يَتَّخِذَ وَلَدًا

  1. Halbuki övlad götürmək Rəhmana yaraşmaz![116]

 

إِن كُلُّ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِلَّا آتِي الرَّحْمَنِ عَبْدًا

  1. Göylərdə və yerdə kim varsa, hamısı sadəcə Rəhmanın huzuruna bir qul olaraq gələcəkdir.[117]

 

لَقَدْ أَحْصَاهُمْ وَعَدَّهُمْ عَدًّا

  1. (Allah) onları qeydə almış[118] və bir-bir saymışdır.[119]

 

وَكُلُّهُمْ آتِيهِ يَوْمَ الْقِيَامَةِ فَرْدًا

  1. Onların hər biri qiyamət/məzardan qalxma günü Onun hüzuruna tək-tənha gələcəkdir.[120]

 

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَنُ وُدًّا

  1. İnanıb güvənən və xeyirxah işlər görənlər ki var, Rəhman onlara qarşı xüsusi bir sevgi ortaya qoyacaqdır.[121]

 

فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ الْمُتَّقِينَ وَتُنذِرَ بِهِ قَوْمًا لُّدًّا

  1. Quranı sənin dilində (nazil edərək) rahat başa düşüləcək hala gətirdik ki, pis işlərdən çəkinənləri onunla müjdələyəsən və inadkar bir xalqa da xəbərdarlıq edəsən.[122]

 

وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هَلْ تُحِسُّ مِنْهُم مِّنْ أَحَدٍ أَوْ تَسْمَعُ لَهُمْ رِكْزًا

  1. Onlardan qabaq da necə nəsilləri həlak etdik. İndi onlardan hər hansı birinin varlığını hiss edə bilirsənmi və ya onlardan bir səs-səmir eşidirsənmi?[123]

 

[1] Bunlara “hurufu muqatta”, yəni tək-tək oxunan hərflər deyilir. Bunların Nəbimizdən soruşulmaması, onların bilinən bir mənası olduğunu göstərir. Yoxsa müşriklər bunu dillərinə dolayar, Nəbimizi hər zaman rahatsız edərdilər. Bu hərflərlə əlaqəli suallar, İslamın Ərəbistan yarımadası xaricinə yayılmasından sonra başlamışdır. Türkcədə belə bir ifadə tərzi yoxdur.

[2] Zəkəriyya əleyhissəlam, özünə kitab, hikmət və nəbilik verilən dəyərli şəxsiyyətlərdən biridir (Ənam, 6/85-89).

[3] Ənbiya 21/89.

[4] Məryəm 19/8.

[5] Ali İmran 3/38.

[6] Zəkəriyya əleyhissəlam, uşağı olmadığı üçün özünə və Yəqub ailəsinə mirasçı olaraq özü kimi eyni vəzifəni daşıyan birini arzulayır (Ənbiya 21/89).

[7] Ali İmran 3/39.

[8] Ənbiya 21/90.

[9] Ali İmran 3/40.

[10] Oxşar ifadə: Məryəm 19/67.

[11] Ali İmran 3/41-ci ayədə “üç gün” ifadəsi keçdiyi üçün, ikisini birlikdə dəyərləndirdiyimiz zaman üç gün üç gecə olur.

[12] “Danışa bilməmə” şəklində məal verilməsi, İncildə də eyni ifadə yer aldığı üçündür (Luka 1/20-22.

[13] Mehrab, “otaq, insanların oturduğu və toplandığı yer mənalarına gəlir (Lisanul Ərəb).

[14] Burada vəhy etdi ifadəsini işarə etmə anlamında məallandırdıq. Bunun səbəbi Ali İmran 41-ci ayədə verilən Zəkəriyya və Yəhya əleyhissəlamla əlaqəli məlumatlar və o cümlədən İncildə də oxşar ifadələrdir (Luka 1/5-25).

[15] Yəhya əleyhissəlam da özünə kitab, hikmət və nəbilik verilən dəyərli şəxsiyyətlərdən biridir (Ənam, 6/85-89).

[16] Ali İmran 3/39.

[17] Ənbiya 21/90.

[18] Buradakı ayələr, İncilin təhrif edilmiş pasajlarında Yəhya və İsa əleyhissəlamın öldürüldüyü iddialarının doğru olmadığını göstərir. Ayədə doğulduğu gün, öldüyü gün və yenidən dirildiləcəyi gün səlamət içində olacağını bildirməsi, onların öldürülmədiyinə dəlildir (Matta 14/3-12; Matta 28/16–20).

[19] Ali İmran 3/35-37,  42, Maidə 5/75.

[20] Bu ruh, ruhul Qüds, yəni Cəbrayıl əleyhissəlamdır. Allah, İsa əleyhissəlamı həmişə onunla dəstəkləmişdir (Bəqərə 2/87, 253, Maidə 5/110; Şuəra 26/193-194).

[21] Şura 42/51.

[22] Ali İmran 3/45.

[23] Təhrim 66/12.

[24] Ənbiya 21/91, Möminun 23/50.

[25] Ali İmran 3/45, 59.

[26] Ənbiya 21/91, Təhrim 66/12.

[27] Bəzi təfsir və məallarda, burada danışanın İsa əleyhissəlam olduğu iddia edilir. Ayələr onun, doğulduqdan sonra beşikdə olduğu halda danışacağını bildirdiyi üçün bu iddia səhvdir (Ali İmran 3/47; Maidə 5/110).

[28] Burada nehir “axar su” mənasında deyil, sery kəlməsindən ötrü “çeşmə/qaynama deyə məal verdik.

[29] Bu ayəyə görə İsa əleyhissəlamın doğumu, xurmaların hasat zamanındadır. Fələstində xurma hasadı Avqust-Sentyabr aylarındadır. Belə çıxır ki, İsa əleyhissəlam, Xristianların iddia etdikləri kimi 25 Dekabrda anadan olmamışdır.

[30] Susma orucu anlamı verdiyimiz kəlmə “savm (صوم)”dır. Yemə-içmə, danışma və hərəkət etmə kimi şeylərdən özünü tutmaq mənalarına gəlir (Müfrədat). Savm kəlməsi Quranda susma orucu anlamında və yalnız burda keçər. Eyni kökdən “siyam (صيام)”, yemək-içmək və cinsi əlaqədən uzaq qalma anlamında isə Quranda bir çox yerdə keçməkdədir (Bəqərə 2/183, 187, 196, Nisa 4/92, Maidə 5/89, 95, Mücadələ 58/4).

[31] Nisa 4/156.

[32] Məryəm, rahiblər sinfini təşkil edən Musa (ə.s.) qardaşı Harunun nəslindən gəldiyi üçün, ona “Harunun bacısı” deyilmişdi.

[33] Ali İmran 3/46, Maidə 5/110.

[34] Uca Allah, nazil etdiyi kitabları “Öz işi olan ruh” deyə, adlandırır (Nəhl 16/2). İsa əleyhissəlama da bu səbəblə Özündən olan bir ruh demişdir (Nisa 4/171) və bu ruhu ona anasının rəhmində ikən üflədiyini söyləmişdir (Ənbiya 21/91; Təhrim 66/12).

[35] Bu ayə, Allah tərəfindən nəbi olaraq vəzifələndirilənlərin hamısına kitab verildiyini göstərir (Bəqərə  2/136,  213, Ali İmran 3/81, 84, Ənam 6/8290).

[36] Şura 42/13.

[37] Oxşar sözlər Yəhya əleyhissəlam üçün də deyilmişdir (Məryəm 19/14).

[38] İsa əleyhissəlama, öldüyü gün sülh və səlamət içində olacağını söyləyən Allahdır. Düşmənlərinin onu öldürmə planlarını boşa çıxarmışdır (Ali İmran 3/54-55, Nisa 4/157).

[39] Ali İmran 3/59-60.

[40] Bəqərə  2/116-117, Nisa 4/171, Tövbə 9/30, Məryəm 19/88-93, Cin 72/3, İxlas 112/3.

[41] Ali İmran 3/51, Maidə 5/117, Zuxruf 43/64. Bu məsələ İncildə belə keçər: İsa (din xadimlərinə) belə qarşılıq verdi: Ən mühüm əmr budur “Dinlə ey İsrail! Tanrınız Rəbb tək Rəbbdir. Tanrın Rəbbi bütün qəlbinlə, canınla, bütün ağlınla və bütün gücünlə sevəcəksən!” (Markos 12/29).

[42] Ali İmran 3/55, Nisa 4/157.

[43] Zuxruf 43/65, Zariyat 51/60.

[44] Hərkəsin yanında əməllərini yazmaqla vəzifəli iki mələk vardır. Yenidən dirilmə günü onlardan biri insanın əməl dəftərini daşıyır, digəri isə hesab vermə vaxtına qədər rəhbərlik edər (Kaf 50/20-21). Dünyada ikən həqiqətlərə qarşı korluq edənlərin gözləri, hesab verəcəkləri yerə qədər kor olur (İsra 17/72; Tə-ha 20/124-125) Oraya çatanda hər şeyi açıq-aydın görməyə və eşitməyə başlayır (Kəhf 18/49; Kaf 50/22). Yanlarındakı iki mələklə birlikdə növbəsini gözləyir (Nəbə 78/38).

[45] Hesab bitdikdən sonra o mələklər, cəhənnəmə gedəcək olanları cəhənnəmə atar (Kaf 50/23-26), cənnətə gedəcək olanları da cənnətə götürür (İbrahim 14/44, Möminun 23/99-100, Səcdə 32/12 -14, Mömin 40/18, Münafiqun 63/10-11).

[46] Hicr 15/23, Rəhman 55/26-27.

[47] Ənkəbud 29/57.

[48] Nəhl 16/120, Saffat 37/83-84.

[49] Ənam 6/74, Şuəra 26/70, Saffat 37/85, Zuxruf 43/26.

[50] Ənbiya 21/51.

[51] Fatır 35/6, Yasin 36/60, Zuxruf 43/62.

[52] İbrahim 14/22.

[53] Əraf 7/8889, İbrahim 14/13, Kəhf 18/20.

[54] Tövbə 9/114, Şuəra 26/86, Mümtəhinə 60/4.

[55] Ənbiya 21/71, Ənkəbud 29/26, Saffat 37/99, Zuxruf 43/27, Mümtahinə 60/4-7.

[56] Bu ifadə, İbrahim əleyhissəlamın, nəvəsi Yəqubu gördüyünü göstərir. Hud 11/71, Ənbiya 21/72, Sad 35/45-48, Saffat 37/101-113.

[57] Şuəra 26/84, Saffat 37/110.

[58] “Müxləs/şirkdən arındırılmış” anlamı verdiyimiz “müxləs” kəlməsinin məsdəri ixlasdır. İxlas, lüğətdə bir şeyi kirlilikdən, bulanıqlıqdan təmizləyib arındırmaq, saflaşdırmaq, arı və duru hala gətirməkdir. Bu kəlmə Quranda dini Allaha xas edən yəni, Allahın dininə bir şey qatmayıb qulluğu təkcə ona edən, riyakarlıqdan və şirkdən uzaq olan səmimi insanların ortaq vəsfini ifadə etmək üçün işlədilir. Bu vəsfə sahib olana “müxlis”, bu vəsfi Allah tərəfindən təsdiqlənmiş olana da “muxləs” deyilir. İblis, bu vəsfə sahib olanları yoldan çıxara bilməz (Həcc 15/40; İsra 17/65; Sad 38/83).

[59] Nəbi, özünə kitab və hikmət verilən insandır (Ali İmran 3/81-82, Ənam 6/83-90). Rəsul göndərilən elçi, Rəsulullah isə Allahın göndərdiyi elçidir.

[60] Nisa 4/164, Tə-ha 20/9-10, Nəml 27/7-9, Qəsas 28/29-32, Naziat 79/15-19.

[61] Tə-ha 20/2934, Furqan 25/35, Şuəra 26/1213, Qəsas 28/34-35, Saffat 37/114-121.

[62] Ənbiya 21/85, Sad 38/48.

[63] İsmayıl əleyhissəlamın tutduğu sözlərdən biri, atası İbrahimə verdiyi sözdür (Saffat 37/100-109). Bu ayə eyni zamanda qurban edilməklə əmr olunan oğlu İsmayıl əleyhissəlam olduğunu göstərir.

[64] Allah, bütün nəbilərə kitab vermişdir  (Bəqərə 2/136, 213; Ali İmran 3/84). Onlara, o kitabları insanlara təbliğ etmə vəzifəsi yükləndiyi üçün hər nəbi eyni zamanda rəsuldur (Ənkəbud 29/18). Bu səbəblə ayədə İsmayıl əleyhissəlam üçün “nəbi olan rəsul idi” ifadəsi işlədilmişdir.

[65] Dinin ayrılmaz bir parçası olan namaz və zəkat hər ümmətə əmr edilmişdir (Bəqərə 2/125, İbrahim 14/37, Ənbiya 21/73, Həcc 22/26, Bəyyinə 98/5).

[66] Ənam 6/86.

[67] Ənbiya 21/85.

[68] Ənənəvi din anlayışında İdris əleyhissəlamın ölmədiyi iddia edilr. Uca Allah hər canlı ölümü dadacaq buyurur (Ənkəbud 29/57). İdris əleyhissəlam, İsa əleyhissəlam və digər Allah yolunda öldürülənlər kimi Allah qatına yüksəldilib, ruziləndirilir. (Bəqərə 2/154; Məryəm 19/56-57; Ənbiya 21/85-86). Məhşər günü ölmüş bədənlər yenidən yaradılanda hər ruh öz bədəninə yerləşdiriləcəkdir (Təkvir 81/7).

[69] İsrail, Yəqub əleyhissəlamın ləqəbidir (Tövrat/Yaradılış, 32/22-28). Bu səbəblə onun nəslindən gələnlərə İsrail oğulları deyilir.

[70] Nisa 4/69, Ənam 6/83-89, İsra 17/3, Ənkəbud 29/27, Hədid 57/26.

[71] Bəqərə 2/253, Ənkəbud 29/45, Müddəssir 74/42-47.

[72] Qəsas 28/67.

[73] Nisa 4/124.

[74] Məryəm 19/63, Sad 38/49-50.

[75] Tövbə 9/72.

[76]  İbrahim 14/23, Furqan 25/75, Vaqiə 56/26, Nəbə 78/35.

[77] Ərraf 7/43, Məryəm 19/61, Zuxruf 43/72.

[78] Hicr 15/8, Qadir 97/4.

[79] Tə-ha 20/52.

[80] Qulluqda səbat, hər şərtdə və ölənə qədər qulluğu sürdürməyi ifadə edər (Hicr 15/99).

[81] İsim ərəb dilində beri şeyi tanıdan, nəyə yaradığını göstərən bir sözdür (Müfrədat). “Oxşar” deyə məal verməyimiz də bundandır.

[82] Şura  42/11.

[83] Möminun 23/35, Nəml 27/67.

[84] Yasin 36/78-79, Qiyamət  75/3-4, İnsan 76/1.

[85] Şeytanlar, özləri doğru yoldan çıxandan sonra başqalarını da çıxarmaq üçün doğru yolun üstündə oturan insanlar və cinlərdən ibarətdir (Ənam 6/71, 112; Əraf 7/30, Şuəra 26/221223, Nas 114/16).

[86] “Müəyyən biriləri ətrafında toplanan hər qrup” – deyə, məal verdiyimiz kəlmə “şia (شيعة)”dır. Şia “qrup, firqə, tərəfdar” mənalarına gəlir (Ənam 6/65, 196; Hicr 15/10, Qəsas 28/4,15, Rum 30/32, Saffat 37/83).

[87] Möminlərdən bir qrup cəhənnəmin səsini belə eşitmədən birbaşa cənnətə gedəcəklər. Burada bəhs edilənlər, o qruupun xaricində qalanlardır (Ənbiya 21/101-103).

[88] Bəqərə 2/22; Əraf 7/44-49; Məryəm 19/86-87; Tur 52/21).

[89] Nisa 4/115-116.

[90] Kəhf 18/27, Həcc 22/72.

[91] Kafirlərin, möminləri aşağılaması və lağa qoyması ilə əlaqəli ayələr üçün: (Bəqərə 2/212, Ənam 6/53, Möminun 23/109-110, Əhqaf 46/11, Mutaffifin 83/29-32.)

[92] Ənam 6/6, 135; Rum 30/9, Kaf 50/36.

[93] Yoldan çıxanlara verilən möhlətin onlara bir faydası olmaz (Ali İmran 3/178, Əraf 7/182-183).

[94] Cin 72/24.

[95] Ənkəbud 29/69, Muhamməd 47/17.

[96] Kəhf 18/46.

[97] Bunun bir nümunəsi bax: Kəhf 18/32-36.

[98] Nəcm 53/33-35.

[99] Qəmər 54/52-53.

[100] Hud 11/19-20.

[101] Məryəm 19/40.

[102] Ənam 6/94, Kəhf 18/48, Məryəm 19/95.

[103] Güc və qüdrət tamamilə Allaha aiddir. Ondan layiq gördüklərinə pay verir. (Ali İmran 3/26, Nisa 4/139, Yunus 10/65, Fatır 35/10, Saffat 37/180, Münafikun 63/8).

[104] Yasin 36/74-75.

[105] Bəqərə 2/166-167, Yunus 10/28-29, Ənkəbud 29/25, Səbə 34/40-41, Fatır 35/14 , Əhqaf 46/6.

[106] Əraf 7/202, Şuəra 26/221-223, Zuxruf 43/36-39.

[107] Əhqaf 46/35, Tarık 86/17.

[108] Hud 11/104, Nahl 16/61, Ankebut 29/53.

[109] Qiyamət günü hər xalq öz öndərləri ilə birlikdə çağrılacaq (İsra 17/71).

[110] Hud 11/98, Ənbiya 21/98.

[111] Şəfaət başqasının müşayiət etməsini istəmək, yoldaşlıq etmək və ya dayaq durmaqdır (əl-Ayn, Mufrədat). Dünyada insanlar bir-birinə şəfaət edə bilər (Nisə 4/85). Amma məhşər günü heç kim bir başqasına şəfaət edə bilməz (Zümer 39/43-44). Şəfaətlə əlaqəli ətraflı məlumat üçün bax: https://www.muselmanlar.com/dusunce-sahesi/6397.html

[112] Yəhudilər Üzeyri, Xristianlar İsanı, Məkkə müşrikləri də mələkləri Allahın övladları sayardı (Bəqərə 2/116, Ənam 6/100102, Tövbə 9/30, Yunus 10/68, Nəhl 16/57).

[113] Səffat 37/151-152.

[114] Əşyanın dili haqqında ətraflı məlumat üçün bax: Bəqərə 2/74-cü ayə və dipnotu.

[115] Məryəm 19/88.

[116] Məryəm 19/35.

[117] Məryəm 19/80.

[118] Mücadilə 58/6.

[119] Kəhf 18/47.

[120] Ənam 6/94, Kəhf 18/48 Məryəm 19/80.

[121] Ali İmran 3/103, Əraf 7/43, Ənfal 8/63.

[122] Ənam 6/51, Nəhl 16/103, Şuəra 26/192-195, Duxan 44/58, Əhqaf 46/12, Kaf 50/45, Qəmər 54/17, 22, 32, 40.

[123] Hud 11/100, Məryəm 19/74, Yasin 36/31.