Müsəlmanlar

Hər yerdə müsəlmanlara zülm edilir. Nə edək?

Sual: Hal-hazırda bütün dünyada, xüsusilə Fələstin, İraq və Əfqanıstanda müsəlmanların qanı axıdılır. Biz ayrı-ayrı fərdlər olaraq səsimizi bir yerə eşitdirə bilmirik. Hər yerdə müsəlmanlara zülm edilir. Beynəlxalq ictimaiyyət də buna bir növ tamaşa edir. Belə olan halda, biz nə edə bilərik?

Cavab: Səsinizi eşitdirə bilərsiniz. Allaha! Ona sidq-ürəkdən yalvarıb yaxara bilərsiniz. Əlinizdən gəldiyi qədər səy göstərə bilərsiniz.

Allah Təala buyurur ki, “Allah bir nəfsə gücünün çatdığından artıq bir şey yükləmir” (Bəqərə, 2/286). Bu həm də o deməkdir ki, Allah heç kəsi o şəxsin gücünün çatmadığı şeylərə görə cavabdeh hesab etmir.

Peyğəmbərimiz Muhəmməd (s. a. v.) Məkkədən Mədinəyə hicrət etdiyi vaxt Məkkədə pis vəziyyətdə qalmış müsəlmanlar da var idi. Amma Allah Təala hicrət etməyənlərin onların üzərində bir məsuliyyəti olmadıqlarını bildirən ayə nazil etdi.

Deməli, əsas məsələ gücü çatdığı halda, etmək və ya etməmək, yəni, bir işi görmək və ya görməməkdir. Əgər sizin bir işi görməyə gücünüz çatırsa və belə ola-ola bundan boyun qaçırırsınızsa, o vaxt cavabdehlik daşıyırsınız.

Beynəlxalq ictimaiyyətə gəldikdə, hamının fikri sizin fikirlərinizlə üst-üstə düşməyə bilər. Yəni,bu, İslamın və müsəlmanların mövqeyini əks etdirmir; belə bir şey gözləməyin. Sizi heç kəs gəlib müdafiə edəsi deyil. Siz öz əlinizdən gələni yerinə yetirin. Qalanı boş şeydir.

Aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3263.html

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.