Sual: Mehir təkcə müsəlman qadınlara verilir yoxsa qeyri-müsəlman qadınlara da verilə bilərmi? Məsələn, birinin arvadı qeyri-müsəlmandı, ona da mehir verilməz?
Cavab: Evliliklə əlaqəli ayələrdə, məsələn, Nisa surəsinin 23-24-cü ayələrində evlənəcək olan insanın (qadın-kişi) dinindən bəhs edilməz.
Maidə surəsinin 5-ci ayəsində: “… İffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmiş olanlardan iffətli olan qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq şərtilə, mehrlərini də verdiyiniz təqdirdə halaldır…”
Ayədən də aççıq-aşkar gördüyünüz kimi evlilikdə əsas olan; iffətli olmaq və qadının inancıdan asılı olmadan mehrinin verilməsidir.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Evliliklə əlaqəli bütün sual-cavabları aşağıdakı linkdə görə bilərsiz:
https://www.muselmanlar.com/?s=evli
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.




