Müsəlmanlar

Evdə it saxlamaq günahdır?

Sual: Mən uşaqlıq vaxtlarımdan bəri heyvanları çox sevirəm. Evdə balaca bir it saxlamaq istəyirəm. Valideynlərim deyirlər ki, günahdır, evdə it saxlamazlar. Biz bina evində yaşayırıq, balkonda saxlasislamda heyvanlara münasibət am, olar?

Cavab: Evin içində it saxlamaq olmaz. Amma balkonda ayrı bir küncdə ola bilər. Bu da çox çətindir. Heyvana da əziyyətdir, insanlara da.

İt evin içində gəzməməlidir, bu halda evi biabır hala sala bilər.

Mənbələrdə belə bir əhvalat rəvayət olunur:

Bir gün Cəbrail əleyhissəlam həzrəti Muhəmməd (s. a. v.) evdə oturduğu halda, otağa girmir. Peyğəmbərimiz ondan nə üçün girmədiyini soruşur. O da deyir ki, içəridə bir küçük var. Baxıb görürlər ki, həqiqətən də, otaqda bir küçük var. Onu bayıra çıxardırlar. Bundan sonra Cəbrail əleyhissəlam otağa daxil olur. (Baxın: Müslim, Libas, 81 (2104).)

Bu kimi hədislərə görə evdə it saxlamaq müsəlman dünyasında yaxşı qarşılanmır, yəni, caiz hesab olunmur.

Ov etmək  (tazı, tula) və mühafizə məqsədi ilə – çoban iti, xüsusi təlim keçmiş polis itləri, sərhəd-keçid məntəqələrində aparılan yoxlamalar üçün və oxşar məqsədlərlə it saxlamaq isə başqa bir məsələdir. Bunlara icazə var.

Heyvansevər bir insan it saxlamaq yerinə, pişik saxlaya bilər. Heyvan saxlamağın da bir sıra şərtləri var. Heyvan saxlamaq insan üçün əyləncəyə, heyvan üçün də işgəncəyə çevrilməməlidir.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.