Müsəlmanlar
Bir kişi ölən arvadının meyyitini yuya bilər?

Bir kişi ölən arvadının meyyitini yuya bilər?

Cavab: Bəzi məzhəblərdə (misal üçün, Hənəfilərdə) belə bir fikir var: Ər-arvadlıq ölümlə başa çatır. Yəni, kişinin öz arvadı ilə əlaqəsi qurtarır. Qadının isə davam edir. Bu halda, qadın ərinin meyyitini yuya bilər amma kişi arvadının ölüsünü yuya bilməz.

Ancaq düzgün olan budur ki, ölümlə ər-arvadlıq münasibəti sona yetmir. Çünki bu, Cənnətdə də davam edəcək.

Həzrəti Fatimə anamız vəfat etdiyi vaxt həzrəti Əli (r. a.) onu öz əlləri ilə yuyub. Bu da o deməkdir ki, arvadı ölən bir kişi onun cəsədini yuya bilər. Bunda bir problem yoxdur.

Əlavə olaraq peyğəmbərimiz həzrəti Muhəmməd həzrəti Aişəyə deyib ki, əgər sən məndən qabaq ölsən, səni mən özüm yuyub kəfənləyərəm. (İbn Macə, Cənaiz, 9)

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.