Müsəlmanlar

İt dəyəndə dəstəmaz pozulurmu?

Sual: Bir kişiyə qadın və ya it dəyəndə dəstəmazın pozulduğunu deyirlər. Hətta bu barədə peyğəmbərimizin adından rəvayətlər nəql edirlər. Bu deyilənlər və nəql edilən rəvayətlər nə dərəcədə doğrudur?

Cavab: Məzhəb alimlərindən bir qismi, qadın və kişi bir birinə toxunarsa, dəstəmazın pozulduğunu iddia etmişlər. Bunu iddia edənlərin başında İmam Şafei və onun məzhəbinə uyanlar gəlirlər.

İtin toxunmasına gəlincə; İt toxunmaqla dəstəmaz pozulmaz. Şafei məzhəbi, itin özünün deyil, tüpürcəyinin toxunması ilə həmin paltarın təmizlənməsi və ya dəyişməsi lazım olduğunu irəli sürürlər.  Çünki onlar itin tüpürcəyini nəcis/pis sayırlar. Əslində onları bu qənaətə sövq edən səbəblərin başında it haqqında peyğəmbərimizə nisbət edilən uydurma rəvayətlərdir.[1] O cümlədən Zərdüştlükdə mövcud olan heyvanların müqəddəsliyi inancını, xüsusilə onların itə olan sevgilərini yox etmək cəhdindən də qaynaqlandığını söyləyə bilərik.

Bilavasitə, bütün bu hükümlərin Quranda heç bir qarşılığı yoxdur. İstər qadın və kişinin bir-birinə toxunması ilə, istərsə bir insana itin toxunması ilə həmin insan murdar olmaz. İtin dəydiyi paltarı yuması vacib olmadığı kimi dəstəmazı da pozulmaz.

 Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/5495.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] “Rəsulullah bizə itləri öldürməyi əmr etdi…” Nesai, əs-Sayd vez-Zebaih, bab(9), VII, 184; Bütün qara köpəkləri öldürün. Çünki onlar şeytandır. İbn Hənbəl, 5/54.