Müsəlmanlar
Oğlan uşağına Bədirxan adı qoymaq olar?

Oğlan uşağına Bədirxan adı qoymaq olar?

Sual: Mənim bir oğlum dünyaya gəldi. Adını Bədirxan qoydum. Qonum-qonşu deyir ki, bu ad münasib deyil. Görəsən, bunun mənası nədir? Oğlumun adını mütləq dəyişdirməliyəm?

Cavab: Bədirxan (Bədrxan) sözü iki ayrı sözdən yaranıb. Bədirxan. Bədr kəlməsi Ərəb dilində ay deməkdir. Xan sözü isə Azərbaycan sözü olub mənası hamıya məlumdur. Bir çox lüğətdə bildirilir ki, Bədirxan sözünün mənası ay kimi, ay parçası kimi gözəl-göyçək hökmdar deməkdir.

Muhəmməd peyğəmbər (s. a. v.) müsəlmanlardan ancaq mənası dinə zidd olan adların dəyişidilməyini tələb edib. Digər adlara toxunmayıb.

Bədirxan adında İslam dininə zidd olan hər hansı bir cəhət yoxdur. Ona görə də uşağa belə ad qoymaq olar. Dəyişdirmək də lazım deyil.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.