Müsəlmanlar

Ağıl nədir? İnsan nə qədər ağıllı olmalıdır?

Sual: Ağıl nədir? İslam dini baxımından məsul hesab olunmaq üçün nə qədər ağıllı olmaq lazımdır?

Cavab: Bir hüquq termini kimi yaxşını pisdən, xeyir (gəlir, mənfəət) və zərəri (ziyan) bir-birindən ayırd etməyə yarayan zehni qüvvələr baxımından kafi olan şəxsləri bildirən məfhum aqil və yaxud əql sahibi məfhumlarıdır.

Ağıl (əql) və ayırdetmə qabiliyyətində pozulma baş verdiyi vaxt insanın dini məsuliyyəti aradan qalxır. Qurani Kərimdə Rəbbimiz:

“…Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir.” (Əhzab, 5)

Burada bu məsələyə xüsusi fikir vermək lazımdır: İnsan bir şeyi etdiyi vaxt onun yaxşını pisdən ayırd edəbilmə qabiliyyəti olub, yoxsa yox? Çünki bəzi psixi xəstəliklər ayırdetmə gücünü həmişəlik olaraq aradan qaldırır, bəzi xəstəliklər isə özünü arasıra büruzə verir. Xəstə insan ağlı başında olduğu vaxt gördüyü işlərə görə cavabdeh hesab olunur. Misal üçün, epilepsiya xəstələrinin ağlı iki tutma (приступ) arasındakı müddət ərzində başlarında olur. Yaxud da yuxuda gəzən insanlar digər vaxtlarda ayırdetmə qabiliyyətinə malik olurlar. ((Mənbə: Hamdi Döndüren, Diyanet Vakfı və Şamil İslam Ensiklopediyalarındakı “Akıl” və “Akıl Hastalığı” məqalələri (Türk dilində).))

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/905.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.