Müsəlmanlar

Peyğəmbərimiz oxumağı və yazmağı bacarırdı, yoxsa, yox?

Cavab: Uca Allah, Qurani Kərimdə Məkkə müşriklərinin peyğəmbərimiz əleyhissəlam barədə belə dediklərini bizə çatdırır:

“Kafirlik edənlər: “Bu (Quran), sadəcə onun (Muhəmmədin) uydurduğu bir qurğu/düzməcədir. Ona bu işdə başqa bir tayfa köməklik göstərmişdir.”– dedilər. Beləcə onlar haqsızlığa və yalana qol qoydular.

Həmçinin dedilər ki: “(Bunlar) əvvəlkilərin cızma-qaraları! Muhəmməd onları qələmə alır. Bunlar ona səhər-axşam oxudulur” (Furqan 25/4-5).

Bu ayə bizə açıq-aşkar, Muhəmməd əleyhissəlamın ən azından peyğəmbərlik verildikdən sonra oxuma-yazması olduğunu göstərir. Belə çıxır ki, Peyğəmbərimizin hər hansı bir kitabı oxumadığını, yazmadığını bildirən ayə, onun peyğəmbərlikdən əvvəlki halını izah edir (Ənkəbud 29/47-48).

Peyğəmbərimizə “Ümmi” deyilməsi isə, tamamilə başqa bir məsələdir. Ümmi kəlməsinin Quranda əsasən iki fərqli anlama gəldiyini görməkdəyik: Birincisi “özlərinə ilahi kitablar verilməmiş olan və bu kitabdakı məlumatlardan xəbəri olmayan” (Bəqərə 2/78; Ali İmran 3/20), ikincisi isə: Məkkənin ümmül qura (şəhərlərin anası) olaraq adlandırılması səbəbiylə- “Məkkəli olan” anlamındadır (Ali İmran 3/75; Cüma 62/2).

Quranda Muhəmməd əleyhissəlama ümmi deyilməsinin səbəbi də məhz, Məkkəli olmasıdır (Əraf 7/157-158).

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabları aşağıdakı linkdə görə bilərsiz:

https://www.muselmanlar.com/elanlar-xeberler/15070.html

https://www.muselmanlar.com/elanlar-xeberler/14082.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.