Sual: Atam vəfat etdi. Evin tək oğluyam. Anam və 2 bacım var. Miras bölgüsünü vaxt keçirmədən paylamalıyıqmı yoxsa anamız həyatda ikən bunu etməsək də olarmı?
Cavab: Miras bölgüsünü Allah müsəlmanlara həvalə etmişdir. Bu barədə Qurani Kərimdə belə buyurulmaqdadır:
“Birinizə ölüm gəlsə, arxada mal-dövlət buraxarsa, o malı; anası, atası və ən yaxınları arasında bu kitabda bildirilən hissələrə uyğun olaraq bölüşdürmək sizə vacib edildi. Bu, Allahdan çəkinənlər üzərinə bir haqqdır.” (Bəqərə 2/180).
Ayədən görüldüyü kimi, əgər ailə miras bölgüsündən çəkinirsə, onların müsəlman əqrabaları qalan mirası onlar üçün bölmələrinə köməklik göstərməlidir. Əgər miras vaxtında bölüşdürülməzsə, ailə içində problem, haqsızlıq və bütün miras axırda evdə qalan insana verilmiş olur.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:
https://www.muselmanlar.com/fitvalar/12925.html
https://www.muselmanlar.com/fitvalar/13539.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.