Cavab: Namaz qıldığımız əsnada əgər birinin ciddi rahatsızlıq keçirdiyini və ya təhlükə ərz edəcək bir işolduğunu görsəniz, o anda namazdan çıxa bilərsiniz. Əlbəttə, rahatsızlıq keçirənə köməklik göstərmək və ya təhlükə ərz edəcək bir şey olarsa onu bərtəraf etmək lazımdır. Lazım olan köməkliyi göstərdikdən sonra namazınıza ya camaatla qaldığınız yerdən ya da yenidən qıla bilərsiz.
Qurani Kərimdə göstərildiyi üzərə, bizim gücümüz və ağlımız yerində olduğu müddətcə namazımıza mane olacaq ya da onu qəzaya buraxdıracaq heç bir şey olmamalıdır.[1]
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:
https://www.muselmanlar.com/elanlar-xeberler/7302.html
https://www.muselmanlar.com/fitvalar/7018.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Bax: Bəqərə 2/239.