Müsəlmanlar

Niyə “Allahu Əkbər” deyirik. Bu söz Quranda yoxdu axı?

Sual: Belə bir şey eşitmişəm ki, Allahdan başqa böyük yoxdu və mən nəyə görə: “Allahu Əkbər!” deməliyəm? Quranda Allahu Əkbər sözü yoxdu amma Allahu Kəbir sözü vardır. Namazda da Allahu Kəbir deyilməlidir. Buna necə münasibət bildirirsiz?

Cavab: “Allahu Əkbər!” sözünü əlbəttə Allah Özü yox, biz deyirik. Çünki bizə görə ən böyük Allahdır. Niyə görə bunu deyirik? Çünki həm başqa böyüklər də vardır həm də insanlar Allahdan başqa varlıqları da Allah qədər böyük görürlər. Məsələn, Qurani Kərimdə ən böyük şahidin Allah olduğunu bildirir: “De: “Şahidlik baxımından hansı daha böyükdür?” De ki: Mənimlə sizin aranızda Allah şahiddir…” (Ənam 19)

Məkkə müşriklərinin böyük gördüyü putla əlaqəli ayə belədir: “İbrahim dedi: “Xeyr, bunu onların bu böyük olanı etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!” (Ənbiya 63).

Allah həm kəbirdi həm də diğər kəbirlərdən böyük olduğu üçün Ona “Allahu Əkbər” yəni Allah ən böyükdür, deyirik. Buna bənzər digər misallar da verə bilərik: “Allah ən Rəhimli, ən yaxşı Bilən, ən yaxşı Görəndir” və s. Çünki bu sifət digər varlıqlarda da mövcuddur. Bir də ki, “Allahu Əkbər” sözü eyni zamanda “sıfatı müşəbbəhə”dir. Yəni bu sifət onda həmişə vardır “Mütləq, daim ən böyük” mənasında.

Elələri də var, -nəzərinizə çatdıraq ki, bunlar nə ərəbcə bilməz nə də ərəb dilinin qramatikasından, oxunuş qaydasından, təcviddən xəbərləri olmaz- Allah kəlməsinin baş hərfinin “Ə” olduğunu irəli sürərək; “Əllahu Əkbər” deyə oxunması lazım olduğunu iddia edərlər. Belə və buna bənzər –öz cəhalətinin, öyrəndiyi şeyin yarı-yarımçıq olduğunun fərqində olmayan- insanlar hər zaman olub və olacaq.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linklərə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/11813.html

https://www.muselmanlar.com/fitvalar/7860.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.