Müsəlmanlar

Bir kitabın Allahın kitabı olduğunu necə biləcəyik?

Cavab: Bir kitabın Allahın kitabı olduğunu bilmək üçün onu oxumaq və idrak etmək lazımdır. Necə ki, torpağın, suyun, göyün yaradılışı üzərində düşünən bir insan, bütün bunların təsadüf nəticəsində deyil, bir yaradıcı qüvvənin əsəri olduğunu idrak edirsə, Quranı da ayələr arasındaki bağı kəsmədən oxuyarsa, Allahdan gəldiyini idrak edər.

Bir insan, ona bu dünyanı Allah yaratdı və bu kitabı Allah göndərdi dedilər deyə, inanmışsa, onun bu inancı həqiqi və şüurlu bir inanç deyildir. Allah, bir insanda həqiqi və şüurlu bir inancın olub-olmadığını yoxlamaq üçün insanı imtahan edər.

Bir kitabın Allahın kitabı olub-olmadığnın ən böyük dəlili, kitabın özüdür. Rəbbimiz, idrak sahiblərinə bunu belə sübut edir:

“Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.” (Nisə, 4/82)

Biz Quranın Allahın kitabı olduğunu onu ancaq oxuyub idrak etməklə bilə bilərik. Bir şeyin nə olub olmadığının ən böyük sübutu da onun özü olduğunu Quran belə açıqlayır:

“Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: “Allahı bizə açıq-aşkar göstər!”– demişdilər…”(Nisə, 4/153)

“Fəqət Allah sənə nazil etdiyinə şahiddir. O, (Quranı) Öz elmi ilə nazil etmişdir. Mələklər də (buna) şahiddirlər. Şahid olaraq Allah kifayətdir.” (Nisə, 4/166)

Sualınız: “Süleymaniyə Elmi-Araşdırma Vəqfi” heyəti tərəfindən cavablanmışdır.

Buna bənzər sual cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6491.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.