Müsəlmanlar

Bir insanın Allahın elçisi olduğunu hardan biləcəyik?

Sual: Son Allahın elçisi Muhəmməd əleyhissəlamdan sonra özünü elçi, peyğəmbər ya da Mehdi olaraq təqdim edən minlərlə insan gəldi keçdi. Amma onların hamısı müəyyən dövr sonra unudulub getdi. Lakin aldatdığı insanların sayı-hesabı yoxdu. Günümüzdə də belələri az peyda olmadı. İnsanlar, bu kimi saxtakarların yalancı olduqlarını bilməsi və yenidən aldanmaması üçün nə etməlidir?

Cavab: Bu kimi saxtakarlara aldanmamaları üçün insanlar ilk əvvəl öz dinlərini doğru/düzgün öyrənməlidirlər. Bunun üçün də Allahın kitabından xəbərləri olmalıdır. Əgər Allahın kitabını kifayət görməyib, öz məzhəblərinə, orada özlərinə təqdim olunan uydurma rəvayətlərə, hədislərə və fırıldaqçı din xadimlərinə, mollara müraciət edərlərsə, həm Allahın dinindən məhrum qalacaqlar həm də dünya və axirətlərində peşmanlıqla üzləşəcəklər. Bütün bu aldanmaların təməlində bu yatır: Allahın kitabından xəbərsiz olmaq. İstər dini məsələlər olsun istər olmasın.

Ələlxüsus, əgər bir insan özünü Allahın elçisi və ya Mehdi olaraq təqdim edirsə, deməli o bunu iddia edir: “Məni Allah göndərdi.” Əgər iddiasında haqlı isə əlində Allahın verdiyi bir sənəd olmalıdır. Çünki Allah, bütün elçilərini bir sənədlə yəni kitabıyla birlikdə göndərmişdir.[1]

Bizdən əvvəlki bütün ümmətlər, özlərinə gələn elçilərin həqiqətən Allahın elçisi olub-olmadıqlarını ancaq Allahın kitabıyla öyrənə bildilər. Belə ki, məsələn; Əbu Bəkr, Əli, Ömər, Xədicə və bir çox səhabə, Muhəmməd əleyhissəlamın “Mən sizə Allah tərəfindən göndərilmiş elçisiyəm!” deməsiylə deyil, ona gələn Quranın Allahdan gələn bir vəhy olduğunu və bu sözlərin bir insan sözü olmadığını başa düşdülər.

Bilavasitə biz də əgər hər hansı biri bizə özünü Allahın elçisi ya da Mehdi kimi qələmə verirsə, biz ondan bu barədə əlində Allahdan bir sənədinin/kitabının olub-olmadığını soruşmalıyıq. Əgər var deyirsə, baxıb oxuduqdan sonra onun kim olduğu bizə aşkar olacaqdır. Quranda bu haqda belə bildirilir:

“Biz onları (elçiliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar dəlillər və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!” (Nəhl 44)

Bir başqa ayədə: Şübhəsiz ki, Biz elçilərimizi açıq-aydın dəlillərlə göndərdik. Onlarla birlikdə kitab və mizanı (ölçü) nazil etdik ki, insanlar ədalətə riayət etsinlər.” (Hədid 25)

Xülasə olaraq, Quranı oxuyan sağlam düşüncəli insanlar, bu kitabın son kitab olduğunu və Muhəmməd əleyhissəlamın da Allahın son elçisi olduğunu asanlıqla başa düşərlər. Hər hansı bir cəmiyyətdə Haqq və batılı, doğru və əyrini ayırd etməyin yolu Allahın kitabıyla mümkündür. Onu ölçü almayan hər insan və cəmiyyət aldanır və həlak olur.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linklərə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/11813.html

https://www.youtube.com/watch?v=S2E3WS1YUpo&t=21s&ab_channel=KuranlaAyd%C4%B1nlanmak

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Ənam 83-89.