Müsəlmanlar

Oğlan və qız bir-birinə sosial şəbəkədə dostluq göndərə bilərmi?

Sual: Qadınla kişi arasında dostluq qurulmayacağını deyirsiz. Bəs bizə hər hansı tanıdığımız və ya tanımadığımız  qadın ya da kişi,  sosial şəbəkələrlə dostluq təklifi yollayır. O zaman biz bunları qarşı cinsdəndir deyib, rədd edəcəyik?

Cavab: Sosyal şəbəkələrdə göndərilən dostluqlar həqiqi dostluq deyil, tanışlıqdır. Xüsusilə fərqli cinsdən qəbul edilən bu kimi dostluqlar, öz növbəsində nə məqsədlə göndərildiyinə və nə məqsədlə qəbul edildiyinə baxılır. İstər qadın istər kişi xeylağı, ünsiyyət qurduğu və məlumat aldığı şeyin əsasən yerinə və ya cinsinə deyil, doğruluğuna və əyrilinə diqqət yetirməlidir.

Nəticə olaraq, hər kəs öz niyyətinə və arzusuna görə axtardığını sosial şəbəkədə tapır. Dürüst və faydalı insanlar, bu kimi vasitələrdən istifadə edərək savab qazanır, yalancı və şər insanlar da bu kimi vasitələrdən istifadə edərək özünə günah qazanır. Rəbbimizin bildirdiyi kimi:

“Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq və bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah dərgahında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.” (Hucurat, 13)

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

Qızla oğlan dostluğuna necə baxırsız?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.