Müsəlmanlar
İş yerində namaz barədə sual-cavab

İş yerində namaz barədə sual-cavab

Sual: Mənim iş yerimdə namaz qılmağım mümkün deyil. Çünki buna icazə verilmir. Olduğumuz otaqdan ayrı bir yer yoxdur. Dəstəmaz almağa da yer yoxdur. Axşam evə gedəndə gecə namazımı qıldıqdan sonra gündəlik namazlarımın qəzasını qılıram. Görəsən, mənim namazlarımın savabı azalır? Ya da mən bu məsələdə başqa nə edə bilərəm? Mənə elə gəlir ki, bu, namazı heç qılmamaqdan yaxşıdır.

Cavab: Bir müsəlmanın namaz qılmamağı mümkün deyil. Namazı qəzaya saxlamaq da olmaz. Günorta namazı ilə ikindi namazını günorta (nahar vaxtı) fasiləsində 4 + 4 rükət olmaqla 8 rükət qıla bilərsiniz. Bu, sizin uzaq başı 10 dəqiqə vaxtınızı alar. Axşam namazını da gecə namazı ilə birləşdirərək evdə qıla bilərsiniz.

Dəstəmaz aldığınız vaxt corablarınıza məsh edə bilərsiniz. Başınıza örtüyün üstündən də məsh çəkə bilərsiniz. Bütün bunlar sizin dəstəmaz alıb namaz qılmağınızı asanlaşdırar. Siz əgər çox çətin vəziyyətdə qalsanız, Bəqərə surəsinin 239-cu ayəsində deyildiyi kimi yeriyə-yeriyə və yaxud oturaraq belə namaz qıla bilərsiniz. Amma heç bir halda namazlarınızı qəzaya saxlamamalısınız.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.