Müsəlmanlar

İnsan öz bədənini kadavr/tibdə istifadə etmək üzərə bağışlaya bilərmi?

Sual: Ölü insan bədənlərinin tibbi təlimdə kadavr olaraq istifadəsi caizdirmi? İnsan öz bədənini öldükdən sonra belə bir iş üçün hibə edə/bağışlaya bilərmi?

Cavab: İnsan öldükdən sonra ruh göylərə çıxar.[1] Yerdə qalan isə sadəcə ət və sümüklərdir ki, bunlar bir müddət sonra çürüyüb gedir. İnsanların qəbirsanlığa gedib ölənlərini ziyarət etməsi sadəcə onları və ölümü xatırlatmadan ibarətdir. Yoxsa onların orda nə cəsədləri nə də ruhları yoxdur.

İnsanı dəyərli edən onu digər canlılardan fərqləndirən ruhu və əməlləridir. Bilavasitə, dinimizdə bir insanın öz bədənini və ya orqanlarını bağışlamasını qadağan edən hər hansı bir hökm yoxdur.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/elanlar-xeberler/14811.html

https://www.muselmanlar.com/elanlar-xeberler/14344.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

 

[1] Bax: Əraf 7/40.