Müsəlmanlar

Misyar nikahı qıymaq olarmı?

Sual: Son dövrlərdə başda bəzi ərəb din xadimləri olmaqla “misyar nikahı” adında bir nikaha fətva veriblər. Bu cür nikah növünün dinimizdə yeri varmı?

Cavab: Misyar sözü, “getmək və ya səyahat etmək/səfərdə olmaq” mənasına gələn “seyr” kəlməsindən əmələ gəlmişdir.

Şiə din xadimləri “mütə nikahı” adı altında zina etməyə fətva verdikləri kimi, Sünni din xadimlərindən bəziləri də “Misyar nikahı” adı altında zinaya fətva vermişlər.

Bu nikahın görünüşdə bütün şərtləri yerinə yetirilir. Ancaq nikahın məqsəd (hər nə qədər qadın buna razılıq versə də) və ruhuna zidd olan bu nikah növü, cinsi arzuları təmin etmək və qadının imkansızlığından faydalanmaqdan ibarətdir. Üstəlik, qadın öz evində qalır, kişi yolu düşəndə avradına baş çəkir və onun nəfəqəsini/keçimini qarşılamır. Bir növ məşüqəsi kimi…

Misyar, eyni zamanda Quranın məqsəd bildiyi evlilik prinsiplərinin heç birini özündə daşımır. Uca Allah evliliyi üç əsas prinsip və qayə üzərində qurulması lazım olduğunu bildirməkdədir. Aşağıdakı ayədə göstərilən bu üç prinsip, birlikdə yaşamadan əldə edilməsi və qorunub saxlanılması, demək olar ki, mümkün deyildir:

“Onlarla hüzur tapasınız deyə sizə, öz cinsinizdən zövcələr yaratması Allahın ayələrindəndir. Aranıza sevgi və mərhəmət də qoymuşdur. Düşünən bir cəmiyyət üçün bunda dəlillər vardır.” (Rum 30/21.)

Misyarda isə əsas prinsip sadəcə cinsi arzularını tətmin etməkdən ibarətdir.

Qısacası; dinimizdə, kitabımızda tək bir nikah növü və onun özünün şərtləri, prinsipləri vardır ki, buna rəayət edən, hüzur, sevgi və mərhəmət tapır və həqiqi ailəyə sahib olur.

Quranda nikah və şərtləri barədə məlumat əldə etmək istəyənlər aşağıdakı linklərə tuşlaya bilərlər:

https://www.muselmanlar.com/elanlar-xeberler/7898.html

https://www.muselmanlar.com/elanlar-xeberler/7356.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.