Müsəlmanlar

Qadın ərə gedəndə ərinin familyasını almağa məcburdur?

Cavab: Dinimizdə qadının öz familyasını buraxıb ərinin familyasını almaq məcburiyyəti yoxdur. Peyğəmbərimiz əleyhissəlamın dövründə də belə bir məcburiyyət olmayıb.

Qadının ərinin familyasını alma məcburiyyəti Roma hüququnda vardır. Bizə də bu, son bir əsrdə Roma hüququndan keçmiş və bunu örf-adət olaraq davam etdiririk. Roma hüququnda qadının öz adı belə yox idi. Ərə gedənə qədər atasının adı ilə (məsələn: Əlinin qızı, İvanın qızı deyə çağrılır), ərdə olduqda isə ərinin adı ilə çağırardılar.

Nəticə etibarı ilə İslamda belə bir məcburiyyət yoxdu. Qadın öz adı, nəsli ya da familyası ilə, kişi də öz adı və familyası ilə çağırılması daha yaxşıdır.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Qadınlarla əlaqəli sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/?s=qad%C4%B1n+

Yeni suallarınızıhttp://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.