Müsəlmanlar

Məscidin içində bayramlaşmağın hökmü nədir?

Sual: Bayramlarda məscidlərin içində hamının bir-biri ilə qucaqlaşıb bayramlaşmasında bir qəbahət varmı? Yoxsa bu bir bidətmi? Cümə namazında olduğu kimi, bayram namazında da imam salam verdikdən sonra dağılmalı deyilikmi?

Cavab: Bayram namazı da Quranın bir hökmüdür. Bəqərə surəsinin 185-cı ayəsində:

“…Sizi doğru yola yönəltməsinə görə Allahı uca tutun/təkbir gətirin!…”

Təkbir gətirməyin də Allahı zikr etmək olduğunu Ta-ha surəsinin 14-cü ayəsi göstərməkdədir: “…Ona görə də Mənə ibadət et və Məni zikr etmək üçün namaz qıl!” Bu hökmün eynisi Həcc surəsinin 37-ayəsində də vardır ki bu da Qurban bayramı namazıdır.

Bayram namazlarını qılandan sonra əlbəttə dağıla bilərsiz. Bu sizin təbii haqqınızdır. Dağılma haqqınız olduğu kimi məsciddə qalıb oradaki insanlarla bayramlaşma haqqınız da vardır. Ancaq bunları bir məcburiyyət olaraq təqdim etmək doğru deyildir.

Bunu da əlavə edək ki, bayram namazına gəlməyin və bayramlaşmağın ən gözəli, ailə ilə birlikdə məscidə gəlməkdir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavablara baxmaq üçün aşağıdakı linklərə tuşlayın:

https://www.muselmanlar.com/elanlar-xeberler/13030.html

https://www.muselmanlar.com/fitvalar/7801.html

Yeni suallarınızıhttp://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.