Müsəlmanlar

Nəzir deyilmiş qurbanı Qurban bayramı günü kəsmək doğrudurmu?

Sual: Nəzir deyilmiş qurbanı Qurban bayramı günü kəsmək doğrudurmu? Bu qurbanı başqa vaxta saxlamaq olarmı?

Cavab: Nəzir/sədəqə dediyiniz heyvanı istədiyiniz zaman kəsə bilərsiz. O cümlədən qurban bayramı günü də kəsib paylaya bilərsiz.

Amma bu nəzir/sədəqə dediyiniz heyvanı “mən qurban bayramında qurban olaraq kəsirəm” deyib, kəsərsəniz, bu kəsdiyiniz ancaq qurban olur. Nəzir yerinə keçməz. Yəni nəziri imkan tapan kimi ya başqa vaxtı ya qurban bayramı günü ya da istədiyiniz hər hansı bir günü kəsə bilərsiz.

Allah qəbul etsin!

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Qurban və nəzirlə əlaqəli oxşar sual-cavablara baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/?s=qurban+n%C9%99zir

Yeni suallarınızıhttp://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.