Müsəlmanlar

Günahkar ya da kafir birinin verdiyi pulu Məscidin tikintisinə qatmaq olarmı?

Sual: Məscid tikmək üçün pul yığırıq. Xeyirxah adamlardan əlavə bir də elə günahkar, pis adamlar pul verirlər ki, biz onların pullarını almaq istəmirik. Məsələn, bunların içində: “rüşvətxor, içki içən, haram yeyən, faiz verən, oğurluq edən və hətta adam öldürənlər belə var. İndi nə edək? Biz onların pullarını da Məscidin tikintisinə sərf edək yoxsa geri qaytaraq?

Cavab: Məscid tikmək üçün yığılan pulların özündə haramlıq olmaz. Yəni, pulun özü haram deyil. Haram, onu qeyri-qanuni yolla qazanana aiddir. Belə bir qazancı əldə etmə metodu birbaşa onu əlaqədar edər. Bizi yox. Hər insan etdiyi pis əməllərin, törətdiyi cinayətlərin cəzasını özü çəkəcək. Gördüyü xeyirxah işlərin mükafatını da özü əldə edəcək. O cümlədən, belə insanlar Məscid üçün pul verirlərsə, onların verdikləri pulda hər hansı bir problem yoxdur. Problem onların özündədir. Biz dua edək ki, onlar pis əməllərinə tövbə edib, müsəlman olsunlar və nə özlərinə nə də başqalarına zərər yetirməsinlər.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Dinimizdə nəyin halal və nəyin haram olduğu barədə əlavə məlumat əldə etmək üçün aşağıdakı linklərə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/900.html

https://www.muselmanlar.com/elanlar-xeberler/12714.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.