Müsəlmanlar

Haram bir iş görüləcək məkanın layihəsini çəkmək də haramdırmı?

Sual: Mən memaram. İçərisində haram işlənəcəyini bildiyim bir proyekti (bank, otel, hovuz, kafe/bar) çəkməyim haramdırmı? Yəni, ruzimi haram yolla qazanmış olurammı?

Cavab: Haram iki cürdür: Li-aynihi/bizzat haram və Li-ğayrihi/bilavasitə haram.

Li-aynihi/bizzat haram özündə olan bir pislik və ziyana görə qadağan olunmuş şeyə deyilir. Məsələn; içki içmək, qumar oynamaq, zina etmək, oğurluq etmək kimi bizzat əməllərin özlərinin haram olması.

Li-ğayrihi/bilavasitə haram özündə haramlıq olmayan, lakin başqa bir səbəbə görə haram olan şeyə deyilir. Məsələn, başqasının malını satmaq və Cümə namazı vaxtı azan oxunanda alver etmək kimi. Əslində nə mal satmaq nə də alver etmək haram deyil. Lakin, buradaki haramlıq başqa bir səbəbə görə; mal başqasının və al-ver də Cümə namazı vaxtı edildiyi üçün haramdır.

Bu haramların heç biri sizin çəkdiyiniz layihəyə daxil deyildir. Siz əslində haram olmayan bir şeyin proyektini çəkirsiz. Artıq onların bu çəkdiyiniz proyektin içində nə edəcəklərinin sizə dəxlicağı yoxdur. Lakin, çəkdiyiniz layihənin istər bank, istər otel sahibləri bu ikinci kategoriyaya yəni li-ğayrihi/bilavasitə harama  girərlər. Bank, otel, hovuz və kafe/bar kimi yerlərin layihəsini çəkmək hətta bu kimi yerləri açmaq haram deyil, çünki bunları halal məqsədlərlə də işlətmək olar. Amma bunları haram məqsədlərlə işlədən yəni içərisinə faiz, içki, zina və norkotik kimi maddələri dolduran, satan və onlara bunları gətirən şəxslər və müştəriləri haram işləyər.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/7575.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.