Müsəlmanlar

Səllim/başıboş və vəhşi küçə itlərini öldürmək olarmı?

Sual: Hardasa hər gün xəbərlərdə köpəklərin insanlara zərər verdiyi, qorxutduğu, yaraladığı və öldürdüyü bildirilir. Bu köpəkləri “Heyvan haqları təşkilatı” müdafiə etdiyi üçün onlara qarşı heç nə edə bilmirik. Bəs bunun qarşısını necə almalıyıq?

Cavab: Bir kərə bunu bilməlisiz ki, itin təbiəti hürmək, qorxutmaq və saldırmaqdır. Hər köpək, əhliləşmiş deyil və hətta əhliləşmiş köpəklər belə qarnı ac olarsa, təhlükə ərz edər.

Bəzi köpəklərdən əlbəttə müxtəlif işlər, ehtiyaclar üçün istifadə edilir ki, bunu peyğəmbərimiz əleyhissəlam da bildirmişdir: “Çoban köpəyi, ov üçün saxlanılan və qaravul/gözətçi köpək xaricində köpək saxlanılmaz”. Bunların xaricində olan yırtıcı küçə itlərinin (müəyyən bir dövrdə) öldürülməsini buyurmuşdur. (Buxari, “Bədiul Haqq” 16; Müslim “Həcc” 9).

Əlbəttə hər canlı dəyərlidir. Amma insanlara zərər verdiyi təqdirdə, hər şey kimi -əgər axtalamaq yolu ilə qarşısı alınmırsa- o da fəda edilir. Bu da öz növbəsində acımasızlıq və günah sayılmaz.

Dövrümüzdə, heyvan haqlarını istismar edən bəzi təşkilatlar, insan haqlarını diqqətə almadan küçə itlərinin hər şəraitdə və hər yerdə sərbəst başıboş gəzmələrini, toxunulmazlığını müdafiə edirlər. Elə bu səbəbdən bu kimi xoşagəlməz hadisələr baş verməkdədir.

Oxşar sual-cavab üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/3178.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.