Müsəlmanlar

Uşağımız olmadığı üçün süni mayalanma yoluna baş vura bilərik?

Sual: Süni mayalanma dedikdə sperma bankasına muraciət edib suni mayalanma etməyi nəzərdə tutmuram. Bizim öz yumurtalarımızı dölləndirib, təkrar bətnimə yerləşdirməklərini nəzərdə tuturam.

Cavab: Əgər bu işin əhli olan doktorlar evli cütlərin normal yoldan hamilə qalacaqlarının mümkün olmadığını deyirlərsə, o zaman əlacsız qaldığınız üçün son çarə olaraq bu dediyiniz yola baş vura bilərsiz. Belə bir yola baş vurmağınız təktərəfli olaraq deyil, hər ikinizin razılıq verməsi ilə olmalıdır. Artıq bundan sonra (olsa da olmasa da) Allahdan hər ikiniz üçün xeyirlisi nə isə, onun olmasına dua edin. Əsas olan, bizim nə istəyib-istəmədiyimiz deyil, haqqımızda nəyin xeyirli olub-olmamasıdır. Biz bunu istəməliyik.

Uca Rəbbimiz kitabında belə buyurur:

Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. O, istədiyini yaradar. O, istədiyinə qız, istədiyinə də oğlan uşağı verər. Yaxud onlara oğlan və qız uşağı olmaqla hər ikisindən verər. İstədiyini də sonsuz edər. Şübhəsiz ki, O, hər şeyi biləndir, hər şeyə qadirdir. (Şura, 49-50).

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/1749.html

Yeni suallarınızıhttp://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.