Müsəlmanlar

İslamda dövlət başçısı necə və hansı yolla seçilməlidir?

Cavab: İslam, dövlət başçısı seçimlərini də tək qaydaya bağlamamışdır. Yəni, dövlət başçısı istər atadan oğula[1], istər seçim yoluyla[2], istər vəsiyyət yoluyla[3], istərsə də şura yoluyla[4] seçilə bilər.

Nəticədə, idarəyə seçilən biri aşağıdakı iki xüsusiyyəti daşımalıdır:

  1. İşin əhli olması.[5]
  2. Mömin olması.[6]

Əgər hər hansı bir işdə, vəzifədə (dövlət başçısı, əmir xaric) seçiləcək idarəçilərdən biri işin əhli, digəri mömin olarsa, yuxarıda verilən əmr ecabı işin əhli seçilir. Çünki, istər mömin istər kafir olsun, işi bunlardan əhli olmayan birinə verdiyiniz zaman ədalət yerinə gəlməz.[7]

Dövlətin əsası ədalət, vəzifəsi də bu ədaləti qorumağa yönəlik olmalıdır. Ədalət isə, təkcə möminlərə və şəriətlə idarə edilən dövlətlərə məxsus bir xüsusiyyət deyildir. Bu xüsusiyyəti hərhansı bir kafir və hər hansı cahiliyyə cəmiyyəti də daşıya  bilər.[8]

Daha ətraflı məlumat üçün aşağıdakı linkə tuşlayın:

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

Müsəlman Olmağın Şərti (Tövhid və Tağut)

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Nəml, 27/16.

[2] Əli (r.a.)-ı Xalqın seçdiyi kimi.

[3] Əbu Bəkrin Öməri vəsiyyət etdiyi kimi.

[4] Bax: Şura, 42/38; Ömər (r.a.)-ın özündən sonra xəlifə seçmələri üçün təyin etdiyi 8 nəfərlik Şura heyəti.

[5] Bax: Nisə, 4/58.

[6] Bax: Nisə, 4/59.

[7] İşin əhli demək, o işdə Allahın qoyduğu qadağaları ən yaxşı bilən və həyata keçirən deməkdir.

[8] Misal olaraq: Məkkə müşriklərinin, yerli və əcnəbi insanların haqsızlığa məruz qaldıqları təqdirdə başvura biləcəkləri (Peyğəmbərimizin də gənc yaşlarında qatıldığı) “Hilful-Fudul” adında bir məhkəmə heyəti təsis etdikləri məlumdur.