Müsəlmanlar

Cinlər insanlarla hər hansı bir əlaqəyə girə bilərmi?

Sual: İnsanların bir çoxu hər hansı birinə cin girməsindən, çıxmasından və hətta cinlərin insanlarla cinsi əlaqəsindən bəhs edərlər. Belə bir şey mümkündürmü? Quran, insanla cinin bir-biri ilə bu cür əlaqələrinin olub-olmadığından bəhs edirmi?

Cavab: Cinlərin insanlara təsiri fiziki yolla deyil, vəsvəsə ilə olur. Hər hansı fikri insana sadəcə təlqin edər. İnsan da nəticədə öz seçimini edər. İstərsə cinlərin, şeytanların təlqinlərini həyata keçirir, istərsə də rədd edər. İnsan üzərində Allahın verdiyi əmr və tövsiyələri də bu şəkildədir. Yəni, cinin hər hansı fiziki təsirindən, ona girməsindən, çıxmasından və onunla cinsi əlaqəsindən söhbət gedə bilməz. Məsələn, cinlərdən olan şeytanın insanlar üzərindəki təsiri haqda İbrahim surəsinin 22-ci ayəsində belə bəhs edilir:

(Axirətdə) iş bitdiyi zaman şeytan deyəcək: “Həqiqətən, Allah sizə haqq olanı vəd etmişdi. Mən də sizə vəd vermişdim, ancaq vədimə xilaf çıxdım. Onsuzda mənim sizə qarşı bir gücüm yoxdu. Mən sadəcə olaraq sizi (küfrə) dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Ona görə də məni qınamayın, özünüzü qınayın! Nə mən sizi xilas edə bilərəm, nə də siz məni xilas edə bilərsiniz. Şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı inkar etmişdim”. Həqiqətən, zalımlar üçün acı bir əzab vardır.”

Ayədə də ifadə edildiyi kimi onlar sizi sadəcə Allahdan uzaqlaşdıracaq pis  yollara; cinsi vasitələrə,  yəni zinaya və hər cür pozğunçuluğa dəvət edərlər. Siz də ya qəbul edər ya da rədd edib, Allahın göstərdiyi şəkildə bir müsəlman kimi hərəkət edərsiniz. Bu səbəblə cinlərin insanlara fiziki təmasından söhbət gedə bilməz.

Qısacası; İnsan, yalnız mənəvi görülməyən varlıqların təsiri ilə maddi varlıqlar üzərində fiziki təsirini göstərə bilir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/elanlar-xeberler/11929.html

Yeni suallarınızıhttp://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.