Müsəlmanlar

Vəhşət namazı nədir? Dinimizdə belə bir namaz varmı?

Cavab: Belə bir namaz Allahın kitabında yoxdur. Peyğəmbər və səhabəsi tərəfindən də qılınmamışdır. Lakin Şiə təriqətindən olan bəzi din xadimləri, imamlara nisbət etdikləri rəvayətlərdən belə bir namazı qılmağın müstəhəb olduğunu iddia edirlər.

Bu namazı, ölmüş bir insanın qəbrə qoyulduğu zaman dəhşətə düşməsinin qarşısını almaq üçün qılırlar. Adının “vəhşət namazı” olması bu səbəblədir. Bir başqa adı “hədiyyə namazı”dır.

Halbiki, Kitabımız Qurani Kərimdə Uca Allah açıq-aşkar, heç kimsə ölmüş bir şəxs naminə heç bir şey edə biməz, heç nə göndərə/hədiyyə edə bilməz, buyurur. Ayələrindən biri belədir: “İnsana ancaq öz çalışdığı/əməyi qalar.” (Nəcm, 53/39.)

Təəssüf ki, bəzi din xadimləri, peyğəmbər və imamlar adından bir çox uydurma rəvayətlər nəql edərək, belə bir namazın varlığını irəli sürərlər. Bu rəvayətlərdən biri belədir:

“Heç bir saat meyyitə (qəbirə qoyulduqdan sonra) birinci gecə kimi sıxıntılı gəlmir. Ona görə də ölülərinizə sədəqə (vermək) ilə rəhm edin. Belə ki, (bir şey) tapmasanız, biriniz iki rəkət namaz qılsın…” (Mirzə Hüseyn Nuri, Müstədrəkül-Vəsail).

Hətta, dəfn gecəsi qıldığı namaz üçün zəhməthaqqı almaq, yaxud qılması üçün başqasına zəhməthaqqı vermək də caizdir, demişlər. Yəni, bu kimi təriqət mənsubları, Allahın dininə belə rüşvəti gətirib, qəbrə qədər yeritdilər.

Qısacası; Bir insan istər yeni ölmüş istər illər əvvəl ölmüş yaxınları üçün namazda dua edər. Necə ki, biz hər namazın təhiyyatında/oturuşda bunu edirik. Lakin, ölən biri üçün xüsusi bir namaz dinimizdə yoxdur və bu bir bidət (dində əlavə) dir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/elanlar-xeberler/7342.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.