Müsəlmanlar

Quran yoruma açıq bir kitabdırmı?

Cavab: Bizim yaradılan ayələrə baxış tərzimiz necə isə nazil edilən ayələrə baxış tərzimiz də o ölçüdə olmalıdır. Yəni, bir insana və ya bir əşyaya baxış tərzimiz öz keyfimizə, istəyimizə bağlı birtərəfli şəkildə olması doğru olmadığı kimi Qurandakı hər hansı bir ayənin də öz arzumuz, istəyimiz ölçüsündə olmaması lazımdır. Əksi təqdirdə, bir insanın ya da əşyanın haqqı, həqiqi vəsfi ortaya qoyulmadığı kimi, ayənin də həqiqi mənası, hökmü ortaya çıxmaz. Belə ki, Qurandakı hər bir ayənin doğru başa düşülməsi üçün Allah, ilahi prinsipləri bizə bildirmiş və hər hansı bir məsələdə tək bir ayəyə baxıb ümumi nəticəyə gəlməməyi, bilavasitə mövzuyla əlaqəli ayələri birlikdə oxuyaraq həllini tapmağımızın yollarını göstərmişdir.[1]

Bu səbəblə heç kim hətta Nəbimiz belə, Quranın hər hansı bir ayəsi ilə əlaqəli verilən fikri və ya hökmü bir kənara qoyub, ayəylə bağlı şəxsi fikrini irəli sürə bilməz.

Fəqət tarix boyu bir çox alimlər və din xadimləri, yaradılan və nazil olan ayələri bənzəriklərdən yola çıxaraq, yanlış dəyərləndinməyə, yanlış nəticələr əldə etməyə və beləliklə onları təhrif edib insanlar arasında fitnə fəsad çıxarmağı bacarmışlar.[2] Məsələn, nazil olan ayələr üzərində təhrif aparan din xadimlərini Quran belə ifşa edər:

“Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mütəşabih/bənzərliyi olan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mütəşabihə/bənzərliklərdən yola çıxarlar. Onun təvilini (arasındaki bağı) isə ancaq Allah bilir. (Kitabdaki) elmi qavramış olanlar isə deyərlər: “Biz hamısına iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq sağlam idrak sahibləri dərk edərlər.” (Əli-İmran, 3/7)

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavab üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/7603.html

http://www.muselmanlar.com/fitvalar/7338.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Nisə, 4/105; Hud, 11/1-2.

[2]  Təkamül nəzəriyyəsini irəli sürən Darvin, bənzərliklərdən yola çıxaraq; insanın meymundan əmələ gəldiyini iddia etməsi kimi.