QURANDA HİCAB
ÖNSÖZ
Qadının hicablı yəni, başının örtülü olması təkcə Quranın deyil, əvvəlki kitabların da açıq–aydın hökmüdür. Müasir dövrümüzdə bir çox məsələlərdə olduğu kimi bu məsələdə də Allahın əmrini müxtəlif səbəb və bəhanələrlə yox saymağa, əhəmiyyətsiz görməyə çalışan insanlar və təşkilatlar, Qurandan və ərəb dili lüğətlərindən özlərinə məxsus bəzi dəlillər irəli sürərək, xüsusilə müasir gənc kütləni öz səflərinə qatmağa çalışmaqdadırlar. Ancaq onların bu dəlilləri, başörtüsünün olmadığını deyil, olmazsa olmaz olduğunu açıq-aydın ortaya qoymaqdadır.
Bu araşdırmamızda hicab məsələsi üzərində edilən təhrif və təsəvvür metodlarının ən məşhur olanlarından nümunələr verərək, Quranın həqiqətdə nə dediyini öyrənmək istəyən və beləliklə təkcə Allaha həqiqi olmaq istəyən səmimi mömin qardaşlarımızı məlumatlandırmağı uyğun gördük. Beləliklə, hicab/başörtüsü məsələsində ortaya atılan süni mübahisələrin ağıl, məntiq və elmi yöndən yoxsulluğu görülə biləcək və Allahın hicab əmrinin şübhəsizliyi, Quranın örtünməklə əlaqəli digər hökmlərinin detallarına girmədən öz-özlüyündən ortaya çıxacaqdır.
Quranda və Əvvəlki Kitablarda Hicab/Başörtüsü
Qadının hicabı/başörtüsü mənasına gələn “ximar = خمار” kəlməsi, Nur surəsinin 31-ci ayəsində cəm şəkliylə “xumur خمر ” deyə, keçməkdədir. Kəlmənin əmələ gəldiyi xamara خمر feli örtmək mənasına gəlir və bu kökdən gələn digər bir kəlimə olan “xamr خمر ” kəlməsi, ağlı örtdüyü üçün içki mənasında 6 ayədə qarşımız çıxmaqdadır. Kəlmənin Quranda bunlar xaricində bir istifadə şəkli yoxdur. Hicab/başörtüsündən bəhs edən Nur surəsi 31-ci ayə belədir:
وَقُل لِّلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوْ آبَائِهِنَّ أَوْ آبَاء بُعُولَتِهِنَّ أَوْ أَبْنَائِهِنَّ أَوْ أَبْنَاء بُعُولَتِهِنَّ أَوْ إِخْوَانِهِنَّ أَوْ بَنِي إِخْوَانِهِنَّ أَوْ بَنِي أَخَوَاتِهِنَّ أَوْ نِسَائِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُنَّ أَوِ التَّابِعِينَ غَيْرِ أُوْلِي الْإِرْبَةِ مِنَ الرِّجَالِ أَوِ الطِّفْلِ الَّذِينَ لَمْ يَظْهَرُوا عَلَى عَوْرَاتِ النِّسَاء وَلَا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِن زِينَتِهِنَّ وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَا الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ
Mömin qadınlara da de ki, baxışlarında həddi aşmasınlar[39] və ədəb yerlərini/namuslarını qorusunlar.[40] Öz-özlüyündən görünən qisimlər xaric olmaqla,[41] zinətlərini/vücudlarını açmasınlar.[42] Baş örtüklərinin[43] bir qismini də yaxalarının üstünə çəksinlər. Ərləri,[44] ataları, atalarının ataları, oğulları, ərlərinin oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, güvəndikləri qadınlar,[45] hakimiyyətləri altında olan əsirlər,[46] qadınlara cinsi ehtiyac duymayan xidmətçi kişilər və qadınların məhrəm yerlərinin fərqində olmayan uşaqlar xaric, heç kimə zinətlərini/vücudlarını açmasınlar.[47] Zinətlərindən/vücudlarından gizlətdikləri qisim bilinsin deyə, ayaqlarını yerə vurmasınlar/bədənlərini oynatmasınlar.[48] Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız.
Kəlmənin ayədəki ifadəsinə baxılanda, xımarın təkcə qadına məxsus bir başörtüsü olduğu başa düşülməkdədir. Çünki bu ifadə ayədə “əl-xumur” (başörtülər) şəklində deyil, xumurihinnə (onların başörtüləri) şəklində, yəni, qadın cinsiylə ifadə edilmişdir. Burada eyni zamanda “xumurihinnə = خمرهن” ifadəsi ümumi örtülər üçün işlədilən bir ifadə olmadığı, təkcə qadınlara məxsus bir örtü olduğu ortaya çıxmaqdadır. Belə bir ifadə şəkli sayəsində qadının örtüsü olaraq bilinən bir başörtüsünün qadının başında olmasının vacibliyi də vurğulanmaqdadır. Əgər kəlimədə bu xüsusi əvəzlik olmasaydı biz, belə bir nəticəni bu qədər rahat çıxara bilməzdik.
Əlavə olaraq, ximar kəlməsinin cəmi olan “xumur” kəliməsi “bi (ب)” ədatı ilə “bi xumuruhunnə şəklində ifadə edilmişdir. Bu ədat (hərfi cər) normal hallarda “ilə” mənasına gələn “بخمرهن =bir ədatdır. Ancaq Ərəb dilində və Quranda bəzi hallarda təbiziyyə=تبعیضیة üçün də işlədilir. Bəziyyət olaraq da adlandırılan bu hallarda ədat, kəlimənin bir qismindən bəhs edildiyini müəyyən edər. Bu ədat işlədilməsəydi yəni, ifadə ب ”vəlyadribnə bixumuruhunnə ولیضربن خمرهن deyil, ولیضربن خمرهن vəlyadribnə xumuruhinnə” şəklində olsaydı, o zaman xımar deyilən örtünün tamamilə yaxa üzərinə örtülməsi lazım olduğu nəticəsi çıxardı. Belə bir halda “vurmaq” mənasına gələn “darabə=ضرب” felinin işlədilməsi də mənasız olardı və örtmək mənasına gələn bir fel işlədilməsi kifayət edərdi. Elə xımarın başda olması və onun bir qismi ilə də yaxanın üstü örtülməsi qəsd edildiyi üçün bi (ب) ədatı/hərfi cərri işlədilmişdir. Quranda bi (ب) ədatının bu fünksiyasına bir çox nümunələr verilə bilər. Məsələn, dəstəmaz ayəsi olan Maidə 6-cı ayədə başın müəyyən bir qisminin məsh edilməsini vurğulamaq üçün də eyni metoda baş vurulmuşdur: برءوسكموامسحوا vəmsəhu bi-ruusikum = başınızın bir qismini məsh edin. Əgər bi (ب) ədatı/hərfi cərri işlədilmədən وامسحوا رءوسكم vəmsəhu ruusikum” deyilsəydi başın tamamilə məsh edilməsi vacib olardı.
Qadının başörtüsünün insanlıq tarixi qədər qədim bir əmr olduğunu işarə edən ən gözəl göstərici, örtmə mənasına gələn bir felin işlədilməməsidir. Onun yerinə “vurmaq” mənasına gələn “darabə ضرب” felinin işlədilməsi yəni, “başörtülərinin bir qismini yaxalarının üstünə vursunlar” ifadəsi, xımarın var olduğunu ancaq onun geyinmə üsulunun doğru olmadığını göstərməkdədir. Necə ki, başörtüsü təkcə Quranın əmrilə ortaya çıxmış bir tətbiqat deyildir. Əvvəlki kitablarda və hətta bütün mədəniyyətlərdə mövcud olan ümumbəşər bir tətbiqatdır. Başörtüsü ilə əlaqəli yazılı qanunlar, Musa əleyhissəlamdan 400 il əvvələ, M.Ö. 16-cı əsrə təkabül edər və Asurlulara qədər uzanmaqadadır.
Hicab/Başörtüsü məsələsində Yəhudi məzhəblərin qatı qaydalara (günümüz məzhəblərində olduğu kimi) sahib olduğu görülməkdədir. Qədim Əhiddə də zina edən qadının and mərasimi zamanı saçı açılır:
“Qadın, Rəbbin qarşısında durandan sonra onun saçını açacaq, yəni qısqanclıq təqdimini əlini verəcək. Özü də lənət gətirən acı suyu əlində tutacaq.” (Sayılar, 5/18)
Xristianlıqda da vəziyyət bundan çox fərqli deyildir. Yeni Əhiddə aşağıdaki ifadələr yer almaqdadır:
“Qadın, başını açarsa, saçını kəsdirsin. Amma qadının saçını kəsdirməsi ya da ülgücləməsi ayıb isə, başını örtsün.” (Korintlilər, 11/6)
Adətən insanlığın genlərinə kodlanmış ilahi və bilavasitə fitri bir hökm olan başörtüsü bu köklü keçmişindən bu yana 19-cu asrə qədər mübahisə mövzusu edilməmişdir. Bu dövrdən sonra müsəlmanların avropa ölkələri qarşısındakı zəifliyi, ictimai-sosial, elm və tərəqqi yönündən onlardan asılı hala gəlməsi, bir çox məsələdə onlara rəğbəti artırdığı kimi xüsusiylə başörtüsü məsələsində də yeni görüşlərə, mübahisələrə yol açmışdır. Nəticə etibarilə, insanlardan bir çoxu başörtüsünü, müasirləşmənin önündəki maneələrdən biri olaraq görmüşdür.
Müasir Dövrümüzdə Hicabı Gizlətmə Fəaliyyətləri
Yuxarıda da qeyd etdiyimiz kimi, başörtüsü məsələsi istər dini, istər elmi və istərsə də dil yönündən mübahisə edilməyəcək qədər açıq və sərhədləri təyin edilmiş bir məsələdir. Fəqət, avropa ictimaiyyəti qarşısında bir çox sahələrdə məğlub olan müsəlmanların bir qismi, öz cəhalətlərinin bədəlini dinin bir çox təməl dəyərlərinə kəsmiş, bu təməl dəyərlərin müasirləşmənin qarşısındakı maneələr olaraq mənimsəməyə başlamışlar. Başörtüsü mübahisələri beləcə başlamış və mövzu Quranda başörtüsünün olmadığını iddia etmə nöqtəsinə gətirilərək Allahın ayələri təhrif edilmiş, əmrlərinə göz yumulmuşdur.
Müasir dövrlərə qədər insanlığın gündəliyində başörtüsü deyə bir mübahisənin olmadığına dair İslam Ansiklopediyasında verilən bu məlumatlara nəzər salın:
“Osmanlı dövlətinin son dövrlərindən günümüzə qədər təsəttür mübahisələri” Müasir dövrə qədər qadının başının örtməsinin dinin bir əmri olduğunda hər hansı bir tərəddüd ortaya çıxmamış, qadının örtünməsi müasir dövrümüzdə bir problem halına gəlmişdir. XIX- cu əsrdən etibarən başörtüsünün İslam cəmiyyətlərində mübahisəyə başlanmasını dinin bu yöndə bir əmrinin olub- olmadığından daha çox ictimai-siyasi, ideoloji səbəblərlə izah etmək doğru olur. İslam dünyasının bu əsrin ortalarından Avropa incəsənətinin təsirinə məruz qalmaqla yanaşı, ümumiyyətlə qadının yeri, azadlığı, örtünməsi/açılması yönündə özüylə yeni problemləri İslam cəmiyyətinə gətirməyə başlamış və bu problem günümüzə qədər sürən çox miqyaslı bir mübahisənin mərkəzi halına gəlmişdir.”1
Çox təəssüf ki, avropapərəst və özlərini müasir insanlar kimi tanıtmaya çalışanlar və özlərinə tərəfdar yığma düşüncəsiylə ayələri təhrif edərək başörtüsünün olmadığını iddia edənlər, yeni bir din meydana gətirməyə, bunu da Qurana və İslama bağlama fəaliyyəti içərisində olduqlarını görməkdəyik. Cəmiyyət arasında özlərini “Quran üzərində çalışan” “Quran elmləri mütəxəssisi” kimi tanıtdıran bir çox şəxs və qruplar, nə Ərəb dilinin nə də Allahın təyin etdiyi metodun heç bir qaydasına rəayət etməmələri və hər məsələdə axıra kimi işlətdikləri ağıllarını, özlərinə sərf eləməyən məsələlərdə bir kənara atmaları səbəbilə Quranın başörtüsüylə əlaqəli hər hansı bir hökmünün olmadığı qənaətinə gələ bilmişlər. Əslində bunların fəaliyyətlərinin əsassızlığına və qayda tanımamazlığına baxaraq, gəlmək istədikləri nöqtəni və vermək istədikləri hökmü müəyyən etmək çətin deyildir. Yəni, istədikləri (zehnlərində olan) hökmü əvvəlcədən özləri müəyyən edib Qurana istinad etmək fəaliyyəti içərisində olduqlarını rahatlıqla görə bilərik.
Müəlliflərinin öz adlarını kitabın qapağına yazmağa cəsarət edə bilmədikləri bir kitab, günümüzdə öndə olan (internet) yayınlarından birini təşkil etməkdədir.
Hicab/Başörtüsünün Quranın bir hökmü olmadığına dair ən təsirli iz buraxanlardan və xüsusilə gənclər arasında məşhur olduğundan bəhs edilən şəxslərdən biri Edib Yüksəldir. Yüksəl, hazırladığı videoda tezini ibn Mənzurun Ərəb dili lüğəti olan Lisanul Ərəbin əlaqədar maddəsinə əsaslandırmaqdadır.
Bunun xaricində hardasa eyni şeyləri deyib təkrarlayan və başörtüsünü ortadan qaldırmağa çalışan bir çox məal müəllifi, sözdə ilahiyyatçılar da vardır. Ancaq hamısının ortaya atdığı əsas argümentlər eynidir.
Quranda başörtüsünün olmadığını iddia edənlərin əsas argümentləri aşağıdaki şəkildə sıralana bilər:
- Xımar kəliməsinin mənası örtüdür. Başörtüsü olması üçün baş mənasına gələn “res” kəliməsi ilə birlikdə işlədilməsi lazımdır.
- Nur surəsinin 31-ci ayəsində verilən əmr başın deyil, yaxasının örtülməsidir. Bilavasitə, başın örtülməsi
- Xamara kəliməsi lüğətdə örtmək mənasına gəlir. Nəticədə xımar da örtü deməkdir. Lüğətlər bu mənanını dəstəkləyir.
- Hədis rəvayətlərində başörtüsündən heç xəbəri olmayan qadınlardan bəhs edilir, deməli başı örtmək fərz
- İslam, fitrət dinidir. Qadının saçı qarşı cinsi təhrik edən bir ünsür deyildir. Bilavasitə başörtüsü fitrətə tərsdir.
- Başörtüsü varsa belə, o günün ərəblərinə məxsusdur. Başqa insanları əlaqədar edən bir əmr ola bilməz.
Bu argümentləri müxtəlif yönlərdən dəyərləndirərək, Qurandan başörtüsünün çıxmayacağına dair ortaya atılan iddiaların nə qədər rahat çürüdülə biləcəyini birlikdə görməyə çalışaq:
Ağıl-Məntiq və Dil Yönündən Dəyərləndirmə
Uydurulan Din və Qurandakı Din adlı kitabın 255-ci səhfəsində “Quranda saçları örtmək keçmir” başlığı altında Nur surəsinin 31-ci ayəsinin məalı verildikdən sonra bu ifadələr işlədilməkdədir:
“Qadınları özlərinin zehnindən keçən şəklə gətirməyə çalışanların təhrif etdiyi ayələrin başında bu ayə gəlir. Bu ayədəki “xımar” kəliməsinin kök anlamı “örtü” olub, sözlüklərdə “örtü” və “başörtüsü” mənaları verilmişdir. Mühüm olan xüsus, ayədə örtüləcək yerin açıq-aydın “yaxa açığı” olmasıdır. Ayənin örtməklə əlaqədar diqqət çəkdiyi yer saçlar deyil, yaxa açığı qismidir.”
Kitabda “xımar” kəliməsinin mənası üzərinə edilən təhriflərə bir başqa ayəni də dəlil gətirərək:
“Dəstəmaz almaqla əlaqəli ayədə başın məsh edilməsi bildirilərkən, Ərəb dilindəki baş kəliməsi olan “rəs” işlədilir. Bu ayədə örtüləcək qisimlə əlaqəli belə bir kəlimə yəni “baş” və ya “saç” ifadələri yer almır. Yəni, “xımar”ın saçları örtməsi deyil, “yaxa üstü”nün örtülməsi istənilir. Nəticə etibarilə, “Nur surəsinin 31-ci ayəsində başın deyil, açıq olan yaxanın örtülməsi əmr edilməkdədir”, deyərlər.
Halbuki, Ərəb dili lüğətlərində örtü mənasına gələn kəlimə “xımar” deyil, “xamr” kəliməsidir. “Xımar” kəliməsi bir isimdir və bu kəlimənin lüğətlərdə verilən anlamı təkcə “qadının başörtüsüdür”. Hətta irəlidə görəcəyimiz kimi, Rağıb əl-İsfəhaninin məşhur Quran sözlüyü “Müfrədat”ında xımar, Ərəb ənənəsində “qadının başörtüsü” olduğu ifadə edilir.
Ərəblər tərəfindən təkcə “qadının başörtüsü” mənasında işlətdiyi bir kəliməni, Quranın alıb başqa bir mənada işlətməsi düşünülə bilməz. Burada ərəb ənənəsinin vurğulanması da çox mühümdür. Beləliklə xımar kəliməsinin ərəblərin zehnində bilinən bir qavram olduğu vurğulanmışdır. Yəni ayədəki xımar ifadəsini eşidən bir ərəb, qadının hicabı/başörtüsündən başqa bir şey başa düşməyəcəkdir. Çünki, ayədəki “xımarlarının bir qismini yaxalarının üstünə vursunlar” ifadəsi eynilə, “şalvarlarının balaqlarını ayaqqablarının üstünə salsınlar” ifadəsi kimidir. Necə ki, bu cümlədən ancaq ayaqqabılarının örtülməsinin əmr edildiyi, şalvar giymənin şərt olmadığını başa düşmək sadəlövlük isə, ayədəki ifadədən də təkcə yaxa üstünün örtülməsi əmr edildiyini, başın örtülü olmadığını başa düşmək o qədər sadəlövlükdür. Yenə, ayədəki xımar kəliməsinin hicab/başörtüsü mənasına gəlməsi üçün “baş xımarı” olması lazım olduğunu deməyimiz üçün, eynilə yuxarıda ifadə etdiyimiz şalvarın, balaqları örtən bir geyim mənasına gələn “balaq şalvarı” deyə bir deyim uydurmamız lazımdır. Ələlxüsus, necə ki, şalvar insanın qıçına geyilən geyimin xüsusi adıdır və başqa bir mənada işlədilməz isə xımar da qadının başına geyilən örtünün xüsusi adıdır və başqa mənada işlədilməz.
Nur surəsinin 31-ci ayəsinin əlaqədar qismi belədir:
“Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; başörtüklərini yaxalarının üstünə salsınlar…” (Nur, 24/31)
Ayədəki hicabları/başörtüləri mənasına gələn “xımarları خمرهن ” ifadəsinin ayrıca “baş örtüləri kimi bir ifadə ilə axtarmaq, yəni, “rəs=baş” kəliməsinin işlədilməsini istəmək nə ərəb dili nə türk dili yönündən heç bir məntiqə, təmələ oturmayan bir arzu olacaqdır.
Biz öz dilimizdə bu baş örtüsünə “yaylıq, şal, kəlağayı” deyirik və bunu dediyimiz zaman hər hansı bir azərbaycanlı yaylıq deyəndə nəyi qəsd edirsiz, deyə soruşurmu? Ya da bir kitaba bir yerə yazanda bizə, niyə “baş yaylığı”, “baş kəlağayı” deyə yazmadınız deyə bir etirazı ola bilərmi? Biz belə bir etirazı olan adama necə baxarıq?
Adı keçən kitabda: “Ayənin örtməklə əlaqəli vurğuladığı yer saçlar deyil, yaxa açığı qismidir” cümləsi də düşüncəsi yerində olan biri tərəfindən qurulmuş ola bilməz. Çünki belə bir anlayışa sahib olanlar; “şalvarlarının bacaqlarını ayaqqabılarının üstünə salsınlar” cümləsindən şalvar geyinmənin şərt olmadığını, təkcə ayaqqabıların üstünü örtmənin şərt olduğunu anlayanlar kimidir. Ayədəki “xımarlarının bir qismini yaxalarının üstünə örtsünlər” ifadəsində xımar kəliməsinin işlədilməsilə başın onsuz da örtülü olduğunu dərk etmək, hər başı yerində olan insanın başa düşəcəyi şeydir.
Bütün bunları göz-ardı edərək, tutaq ki, iddia etdikləri kimi xımar kəliməsinin hicab/başörtüsü deyil, təkcə örtü mənasına gəldiyini fərz edək. Yenə də başın örtülməsi lazım olduğu nəticəsinə gəlməyimiz qaçınılmazdır. Belə bir halda cümlə bu cür olmalıdır: “örtülərinin bir qismini yaxalarının üstünə vursunlar”. Bircə “örtüləri” ifadəsi belə, mövcud xüsusi bir örtünün var olduğunu açıq-aydın bildirməkdədir.
Ayrıca əgər ayədə xımar başörtüsü deyil də hərhansı bir örtü mənasında olsaydı, ayənin əmr ecabı yaxanı başqa bir qaydada örtmək, məsələn köynəklə ya da yaxalı bir geyimlə örtmək belə kifayət
etməzdi. Əlavə bir örtüdən bəhs etdiyi üçün mütləq istər xımar olsun istər başqa bir şey onunla örtmək şərt olur və əksi təqdirdə əmr yerinə yetirilməmiş olmazdı.
Ərəb Dili Yönündən Dəyərləndirmə
Xımar kəliməsinin təkcə qadınların istifadə etdiyi hicab/başörtüsü mənasında olduğu məşhur Ərəb dili lüğətlərində qeyd olunmaqdadır. Bunlardan ən məşhurları olan Müfrədat və Lisanul Ərəbdə aşağıdaki ifadələr yer almaqdadır:
الخمرالمرأة به تغطّي لما اسما التعارف في صار الخمار لكن خِمَ ار، : به یستر لما ویقال الشيء، ستر : الخمر أصرأسها
(əl-xamr)ın kök anlamı bir şeyi örtməkdir. Onu örtən şeyə də xımar deyilmişdir. Lakin xımar, Ərəb ənənəsində qadının başını örtdüyü örtüyə isim olmuşdur.
الخمار خاص بالنساء وهو غطاء للرأس. ما تغطي به المرأة رأسها لا يُسمى خمارًا. الجامي هو “أخميرا، خمر، خمر، خمير
Xımar, qadına aiddir və başörtüsüdür (nasıf). Qadının başını örtdüyü şeyə xımar deyilmişdir. Cəmi “əxmira, xumr, xumur, ximir”dir.3
Görüldüyü kimi hər iki ərəb dili sözlüyündə də kəlimənin mənası qadının hicabı/başörtüsüdür. Belə ki, bu kəlimə təkcə qadına məxsus olan başörtüsünə isim olmuş, kişinin hərhansı bir örtüsü üçün bu kəlimə işlədilməz. Xımar kimi eynilə ərəb dilində qadının başını örtmədə işlədilən örtülərə isim olmuş başqa kəlimələr də vardır: Niqab, nasif, mikna, miqab, ğıfarə, burka kimi kəlimələrin hamısı təkcə qadına məxsus olan başörtüsü üçün işlədilir və heç biri üçün ayrılıqda “baş=rəs” kəliməsi işlədilməz.
Belə hallar digər dillərdə olduğu kimi Türkcəmizdə də yayğındır. Dilimizdə qadının başına örtdüyü örtüyə isim olmuş kəlimələr belə sıralana bilir: Yaşmaq, tülbənd, fərasə, yaylıq, kəlağay, şal, eşarp.4 Bunların heç biri üçün ayrılıqda baş kəliməsi işlədilməz və başa örtülmələri əlavə olaraq zikr edilməz. Hətta içində baş kəliməsi işlədilməsinə baxmayaraq “başörtüsü” kəliməsi xüsusi bir örtünün adı olmuşdur. Bu səbəblə birləşik yazılır və kişi üçün işlədilməz.
Lisanul Ərəb müəllifi ibn Mənzur, xımar kəliməsinin mənasının qadının başörtüsü olduğunu qeyd etdikdən sonra bir hədis rəvayətinə yer verməkdədir. Bu rəvayətdə xımar kəliməsi nəbimizin başındakı örtü üçün işlədilir kimi görülməkdədir. Buradan yola çıxaraq, xımarın təkcə qadına məxsus bir başörtüsü olmadığı düşünülə bilər. Ancaq eyni müəllif, rəvayəti nəql etdikdən sonra belə bir anlayışa icazə verməyəcək şəkildə aşağıdaki izahatı verir:
“Ümmü Sələmə, bir hədisdə Nəbimizin ayaqqablarına və xımarına məsh etdiyini rəvayət edir. Ümmü Sələmə, xımar ilə əmaməyi qəsd etmişdir. Çünki qadın başını xımarla örtdüyü kimi, kişi də başını əmamə ilə örtər.”5
Görüldüyü kimi ibn Mənzur, hədisi rəvayət edən Ümmü Sələmənin xımar kəliməsini qadın olduğu üçün işlətdiyini, əslində demək istədiyi şey, kişinin başına örtdüyü əmamə olduğuna diqqət çəkmişdir.
Hər şeydən əvvəl, ərəb coğrafiyasında kişi olsun qadın olsun başörtüsündən xəbərsiz olduqları düşünülə bilməz. Belə ki, başını örtmədən çöldə gəzmək, hərarətli istilərin hakim olduğu o bölgə üçün sağlamlıq yönündən təhlükə yaradır. Nur surəsi 31-ci ayə nazil olduqda heç kim “görəsən xımar nə olan şeydi, hara örtülür” deyə soruşmamışlar.
Görüldüyü kimi mötəbər Ərəb dili lüğətlərinə görə də xımar, hər hansı bir örtü olmadığı kimi hər hansı bir başörtüsü də deyil, təkcə qadınların istifadə etdiyi bir başörtüsüdür.
Xımar kəliməsinin təkcə örtü mənasına gəldiyini, başörtüsü olaraq başa düşülməsi üçün “baş” kəliməsi ilə birlikdə keçməsi lazım olduğunu iddia edən və xüsusilə gənclər arasında məşhur olan bir digər mənbə də Ədib Yüksələ aid videolardır. Yüksəl, özünə aid olan çalışmasında ayəyə belə məal vermişdir: “Örtülərini sinələrinin üstünə örtsünlər.”6
Yüksəl, bəhs etdiyimiz videoda Lisanul Ərəb adlı lüğətində “xamara خمر ” kəliməsinin örtü mənasına gəldiyinin nümunələrini göstərməkdə və ərəbcə bilməyənlər üzərində bu kimi yarım izahatlarla öz təsirini buraxa bilməkdədir. Nümunə verdiyi izahatlardan biri belədir:
Xamara bir şeyi örtü ilə örtməkdir. Hədisdə (belə keçər): Bir mömini bu üç yer xaricində görə bilməzsən; tikdiyi məsciddə, özünü örtdüyü evdə və ya çalışdığı iş yerində.
Burada “örtdüyü ev” ifadəsindən yola çıxaraq, xamara felini misal gətirməkdədir. Əlbəttə ki, xamara feli örtmək mənasına gəlir. Bəs problem nədədir? Biz bu yarım izahatı tamamlamağa və qəsdli təhrifin nəyə əsaslandığını bildirmək istəyirik:
Məsələ burasındadır ki, biz xamara felindən deyil, bu kəlimənin kökündən törədilmiş bir isimdən və Quranda da keçən “xımar الخمار” kəliməsindən bəhs edirik. Əslində kök mənası xamara örtmək olmayan bir sözdən “qadının başörtüsü” anlamına gələn bir kəlimə törədilməzdi. Əlbəttə ki bu ismin kök anlamı örtmək olacaq. Ərəb dilində bütün kəlimələr kök hərflərindən törədilirlər.
İsim və felin arasını ayırd etməyənlər, kəlimələri bu cür təhrif edərək, bu işin əsasını və ərəb dilini bilməyən gənclərə təsir edə bilirlər. Ədib Yüksəl və onun kimi bir çoxu özlərini alim, Quran əhli olaraq tanıdaraq, xamara felini xımarla qarışdıraraq saf niyyətli gənclərimizi din adına qandırmağa çalışırlar.
Bu təhrifin əsasını Türkcəmizdən bir nümunə vermək surətilə daha da aydınlaşdıra bilərik. Məsələn: Silmək bir fel, silgi isə o feldən törədilmiş müəyyən bir əşyanın ismidir. Silgi deyəndə heç kim görəsən nəyi silən bir əşya deyə düşünməz. Bunun üçün də kimsə “yazı silgisi” demək ehtiyacı hiss etməz. Çünki, ayna silən, kağız silən, yerləri silən şeylər üçün silgi kəliməsi işlədilməz.
Qısacası, Ədib Yüksəlin verdiyi nümunə xımar kəliməsinin deyil, xamara felinin nümunəsidir. Bizə isə xımar kəliməsinin qadının başörtüsü mənasına gəlmədiyini isbat etməsi lazımdır.
Başörtüsü məsələsində edilən təhrif və təxribatların təsirində qalanlar, başörtüsünün insan fitrətinə tərs bir əmr olduğunu iddia etməkdə və “Allahın əmri, yaxa və ya sinənin örtülməsidir. Qadının saçı və ya başı fitrəti yönündən təhrik edici deyildir. İslam fitrət dinidir. Bilavasitə saçın və ya başın örtülməsi lazım deyil” məalında görüşlər irəli sürməkdədir. Əlbəttə İslam fitrət dinidir. Lakin özlərindən edilən fikirlərin heç bir əsası yoxdur. Fitrəti müəyyən edən Allahdır. Bu haqda ayə belədir:
“Sən üzünü doğru-dürüst bu dinə – Allahın fitrətinə tərəf tut. Allah insanları bu fitrətlə xəlq edib. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur. Lakin insanların əksəriyyəti bunu bilmir.” (Rum, 30/30)
Ayədən görüldüyü kimi Allah, insanın təbiətinə uyğun bir din yaratmışdır. Elə Nur surəsinin 31-ci ayəsinə görə qadının başörtüsünün qadının fitrətinin yəni, Allahın qadın üçün uyğun gördüyü ölçünün bir parçasıdır ki, Allah onu başında xımar olduğu halda xatırlatmaqda, ayrıca bir əmr vermək ehtiyacı belə duymamaqdadır.
Qadın saçının təhrik edici olub-olmadığına gəlincə; Rəbbimizin bir əmri verəndə səbəbini izah etmək deyə bir borcunun olmadığı bilinməlidir. İnsanı yaradan və fitrətini müəyyən edən, onun üçün nəyin uyğun olduğunu ən yaxşı biləndir. Quranın heç bir yerində qadınların örtünməsinin səbəbi “kişiləri təhrik etməmək” olaraq müəyyən edilməmişdir.
NƏTİCƏ
Nur surəsinin 31-ci ayəsində cəmi “xumur” olaraq keçən “xımar” kəliməsinin Ərəb dili lüğətlərində nə məntiqi nə də əqli cəhətdən başörtüsü xaricində başqa bir mənaya gəldiğinə dair heç bir dəlil yoxdur. Əksinə, bütün bu sayılanların xımar kəliməsinə başörtüsündən başqa bir məna verilməyəcəyini ortaya qoymadadır.
Məsələnin bu qədər açıq və aydın olduğunu görənlərin bir qismi başörtüsünə tarixsəl yanaşmaqda və qadınların bu örtülərinin Ərəblərin o dövrünə məxsus bir ənənə olduğuna diqqət çəkərlər. Tarixsəl olan bir kitabın Allaha aid olması imkansızdır. Bizdən əvvəlki kitablarda da başörtüsünün mövcud olduğu bir həqiqətdir.
Bununla yanaşı, Quranda qadının başının örtülməsinin şərt olduğuna dair bir ayə daha vardır ki, bu, Əhzab surəsinin 59-cu ayəsidir:
يَا أَيُّهَا النَّبِيُّ قُل لِّأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاء الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِن جَلَابِيبِهِنَّ ذَلِكَ أَدْنَى أَن يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا
“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (Əhzab, 33/59).
Ayədə keçən cilbab kəliməsi Lisanul Ərəb lüğətində belə tərif edilməkdədir:
“الجلباب هو لباس أوسع من الخمار وأصغر من الرداء، تغطي به المرأة رأسها وصدريها.”
“Cilbab, xımardan daha geniş, ridadan daha kiçik bir geyimdir ki, qadın onunla başını və sinəsini örtər.”7
Cilbab kəliməsi, çölə çıxanda götürülən və başı da örtən xımardan daha böyük örtü mənasına gəlməkdədir. Ayədə yer alan, qadının bu örtü sayəsində tanınması və incidilməməsi ifadələri də cilbabın çölə çıxanda alınan örtü olduğunu göstərməkdədir.
Nəticə olaraq, qadının başını örtməsi, Rəbbimizin bütün kitablarında yer alan beynəlxalq bir əmridir. Bu səbəblə qadınların başlarını örtməsinə dair xüsusi bir əmr axtarmasına ehtiyac yoxdur. Başörtüsündən (xımar) bəhs edilməsi, qadının başının onsuz da örtülü olduğunu göstərməsi üçün kifayətdir. Quran da buna işarət edir.
Həqiqət belə olmasına baxmayaraq, əlbəttə anlamaq istəməyənə, Qurana öz fikrini demək istəyənə heç bir şey anlatmaq mümkün deyildir. Məqsədimiz, ayələri təhrif edən, oxuduqları və ya yazdıqları bir neçə Ərəbcə kəliməylə sanki doğru bir şeylər dediklərini iddia edənləri zorla yola gətirmək deyildir. Məqsədimiz, Allahın həqiqətdə nə dediyini ortaya qoymaq, bununla səmimi möminləri xəbərdar edərək Allaha olan vəzifələrini tam yerinə yetirməyə onlara köməklik göstərməkdir. Lakin onların seçimində biz nə söz nə də güc sahibi deyilik. Necə ki, içkinin haram olduğunu bilərək içki içənlər, faizin haram olduğunu bilərək kredi alanların olduğu kimi örtünmək əmrinin olduğunu bilərək açıq gəzməyi seçənlərin olması da bizi əlaqədar edən xüsuslar deyildir. Allahın əmrindən çıxmaq hürriyyəti yenə Allahın qullarına tanıdığı bir hürriyyətdir.
Allah, hürriyyətimizi fitrətimizə uyğun istiqamətə yönləndirməyi bizə nəsib etsin!
2 Rağib əl-İsfəhani, “Müfrədat”, “َمر ِخ ” maddəsi.
3 İbn Mənzur, Lisanul Arab جلب maddəsi
4 http://www.tdk.gov.tr/index.php?option=com_gts&arama=gts&guid=TDK.GTS.5b0e697765fd82.55543121
5 İbn Mənzur, Lisanul Arab جلب maddəsi
6 Edip Yüksel, Mesaj Kur’an Çevirisi, İstanbul 2012, s: 337.
7 İbn Mənzur, Lisanul Arab جلب maddəsi
MÜƏLLİF: Erdem Uygan
Tərcümə: Aydın Mülayim
Mətni PDF Oxumaq üçün TUŞLAYIN:HİCAB




