Müsəlmanlar

Muhamməd surəsi

Muhamməd surəsi 38 ayədən ibarətdir. Peyğəmbərimizin adı surənin ikinci ayəsində keçməkdədir. Bu surə həmçinin “Qital” surəsi olaraq da adlanır.

بسم الله الرحمن الرحيم

Mərhəmətli, Rəhmli Allahın adıyla!

 

الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَن سَبِيلِ اللَّهِ أَضَلَّ أَعْمَالَهُمْ

  1. Kafirlik edən/ayələri görməzlikdən gələn və Allahın yolundan döndərənlərin əməllərini Allah boşa çıxarır.[1]

 

 

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَآمَنُوا بِمَا نُزِّلَ عَلَى مُحَمَّدٍ وَهُوَ الْحَقُّ مِن رَّبِّهِمْ كَفَّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ

  1. İnanıb güvənən, xeyirxah işlər görən və Muhəmmədə nazil olana iman edənlərə gəldikdə – belə ki Rəbbindən ona nazil olan bir həqiqətdir- Allah onların pis işlərini örtəcək və vəziyyətini yaxşılaşdıracaqdır.[2]

 

ذَلِكَ بِأَنَّ الَّذِينَ كَفَرُوا اتَّبَعُوا الْبَاطِلَ وَأَنَّ الَّذِينَ آمَنُوا اتَّبَعُوا الْحَقَّ مِن رَّبِّهِمْ كَذَلِكَ يَضْرِبُ اللَّهُ لِلنَّاسِ أَمْثَالَهُمْ   

  1. Çünki kafirlik edənlər batilə,[3] inanıb güvənənlər isə Rəbbindən gələn həqiqətə tabe olmuşlar. Allah, insanlara öz hallarını bax belə misal çəkir.

 

 فَإِذا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا فَضَرْبَ الرِّقَابِ حَتَّى إِذَا أَثْخَنتُمُوهُمْ فَشُدُّوا الْوَثَاقَ فَإِمَّا مَنًّا بَعْدُ وَإِمَّا فِدَاء حَتَّى تَضَعَ الْحَرْبُ أَوْزَارَهَا ذَلِكَ وَلَوْ يَشَاء اللَّهُ لَانتَصَرَ مِنْهُمْ وَلَكِن لِّيَبْلُوَ بَعْضَكُم بِبَعْضٍ وَالَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ فَلَن يُضِلَّ أَعْمَالَهُمْ

  1. Kafirlərlə qarşılaşdığınız zaman boyunlarını vurun![4] Nəhayət, onları təsirsiz hala gətirdiyiniz zaman[5] kəndirlə möhkəm bağlayın (əsir tutun). Sonra onları ya fidyəsiz, ya da fidyə müqabilində azad edin[6] ki, müharibənin verdiyi sıxıntılar aradan qalxsın.[7] Etməli olduğunuz şey budur! Əgər bu işlər Allaha qalsaydı, əlbəttə ki, onların öhdəsindən gələrdi. Bu işi Özü etməməsi, sizi bir-birinizə qarşı ağır sınaqdan keçirmək üçündür. Allah yolunda öldürülənlərə gəldikdə isə, Allah onların əməllərini heç vaxt boşa çıxarmaz!

 

سَيَهْدِيهِمْ وَيُصْلِحُ بَالَهُمْ

  1. (Allah) onları doğru yola yönəldəcək və vəziyyətlərini yaxşılaşdıracaqdır.

 

وَيُدْخِلُهُمُ الْجَنَّةَ عَرَّفَهَا لَهُمْ

  1. Onları özlərinə tanıtmış olduğu Cənnətə[8] daxil edəcəkdir.

 

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِن تَنصُرُوا اللَّهَ يَنصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ

  1. Ey inanıb güvənənlər! Siz Allaha yardım edərsəniz,[9] O da sizə yardım edər[10] və ayaqlarınızı/mövqeyinizi sabit tutar.[11]

 

وَالَّذِينَ كَفَرُوا فَتَعْسًا لَّهُمْ وَأَضَلَّ أَعْمَالَهُمْ

  1. Kafirlik edənlərə gəldikdə isə, məhv edilməyə layiqdirlər. Allah onların əməllərini boşa çıxarır.[12]

 

ذَلِكَ بِأَنَّهُمْ كَرِهُوا مَا أَنزَلَ اللَّهُ فَأَحْبَطَ أَعْمَالَهُمْ

  1. Çünki onlar Allahın nazil etdiyini bəyənmədilər.[13] O da onların əməllərini puç eylədi.

 

أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلِهِمْ دَمَّرَ اللَّهُ عَلَيْهِمْ وَلِلْكَافِرِينَ أَمْثَالُهَا

  1. Yer üzündə heç gəzib dolaşmadılarmı ki, özlərindən əvvəliklərin aqibətinin necə olduğunu görsünlər.[14] Allah onları yerlə yeksan etmişdir. Bu kafirləri də eyni şeylər gözləyir!

 

ذَلِكَ بِأَنَّ اللَّهَ مَوْلَى الَّذِينَ آمَنُوا وَأَنَّ الْكَافِرِينَ لَا مَوْلَى لَهُمْ

  1. Bəli, Allah inanıb güvənənlərin mövlası/himayədarıdır.[15] Kafirlərin isə (cəzalandırıldıqları zaman) heç bir mövlası/himayədarı olmayacaq![16]

 

إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ وَالَّذِينَ كَفَرُوا يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ الْأَنْعَامُ وَالنَّارُ مَثْوًى لَّهُمْ

  1. Allah, inanıb güvənən və xeyirxah işlər görənləri altından çaylar axan cənnətlərə daxil edəcək.[17] Kafirlər isə keçici mənfəətlərdən faydalanır və heyvan[18] kimi yeyib-içərlər.[19] Onların yeri atəşdir.[20]

 

وَكَأَيِّن مِّن قَرْيَةٍ هِيَ أَشَدُّ قُوَّةً مِّن قَرْيَتِكَ الَّتِي أَخْرَجَتْكَ أَهْلَكْنَاهُمْ فَلَا نَاصِرَ لَهُمْ

  1. Səni qovub çıxaran şəhərdən daha qüvvətli neçə-neçə şəhərlər var idi ki, Biz onları həlak etdik.[21] Onlara köməklik edən də olmadı.[22]

 

أَفَمَن كَانَ عَلَى بَيِّنَةٍ مِّن رَّبِّهِ كَمَن زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ وَاتَّبَعُوا أَهْوَاءهُمْ

  1. Rəbbindən açıq-aydın bir dəlilə əsaslananlar, pis əməlləri özlərinə gözəl göstərilən[23] və həva-həvəslərinə uyan kimsələr kimi ola bilərlərmi?[24]

 

مَثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ فِيهَا أَنْهَارٌ مِّن مَّاء غَيْرِ آسِنٍ وَأَنْهَارٌ مِن لَّبَنٍ لَّمْ يَتَغَيَّرْ طَعْمُهُ وَأَنْهَارٌ مِّنْ خَمْرٍ لَّذَّةٍ لِّلشَّارِبِينَ وَأَنْهَارٌ مِّنْ عَسَلٍ مُّصَفًّى وَلَهُمْ فِيهَا مِن كُلِّ الثَّمَرَاتِ وَمَغْفِرَةٌ مِّن رَّبِّهِمْ كَمَنْ هُوَ خَالِدٌ فِي النَّارِ وَسُقُوا مَاء حَمِيمًا فَقَطَّعَ أَمْعَاءهُمْ

  1. Pislikdən çəkinənlərə vəd edilən Cənnət belədir:[25] Orada rəngi və qoxusu dəyişməyən su çeşmələri, dadı dəyişməyən süd çeşmələri, ləzzətli (sərxoşedici olmayan) içki çeşmələri və təmiz bal çeşmələri vardır. Orada hər cür meyvə və Rəbbindən bağışlanma[26] vardır.[27] O halda belə biri, o atəşin (Cəhənnəmin) içində davamlı qalan və bağırsaqlarını parçalayan[28] qaynar su içirdilən kimsə kimi ola bilərmi?[29]

 

وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ حَتَّى إِذَا خَرَجُوا مِنْ عِندِكَ قَالُوا لِلَّذِينَ أُوتُوا الْعِلْمَ مَاذَا قَالَ آنِفًا أُوْلَئِكَ الَّذِينَ طَبَعَ اللَّهُ عَلَى قُلُوبِهِمْ وَاتَّبَعُوا أَهْوَاءهُمْ

  1. Onların içindən bir qismi səni dinləyir,[30] sən yanlarından çıxıb getdiyin zaman, elm verilmiş olanlara: “O, bayaq nə dedi?” deyə soruşurlar. Onlar o kəslərdir ki, Allah onların qəlblərini (sanki) möhürləmiş[31] və öz həva-həvəslərinə tabe olmuşlar.

 

وَالَّذِينَ اهْتَدَوْا زَادَهُمْ هُدًى وَآتَاهُمْ تَقْواهُمْ

  1. Doğru yola gələnlərə gəlincə, Allah onların hidayətini/doğruluğunu artırar və onlara pisliklərdən qorunub çəkinmə qərarlığı verir.[32]

 

فَهَلْ يَنظُرُونَ إِلَّا السَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً فَقَدْ جَاء أَشْرَاطُهَا فَأَنَّى لَهُمْ إِذَا جَاءتْهُمْ ذِكْرَاهُم

  1. Məgər o saatın/məzardan qalxma saatının qəfildən başlarına gəlməsinimi gözləyirlər?[33] Halbuki onun bütün şərtləri (Qiyamətin əlamətləri) artıq yerinə gəlmişdir.[34] O Saat gələndə ağıllarını başlarına almanın onlara nə faydası olacaq?![35]

 

 فَاعْلَمْ أَنَّهُ لَا إِلَهَ إِلَّا اللَّهُ وَاسْتَغْفِرْ لِذَنبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَاللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَاكُمْ

  1. (Ey Muhəmməd!) Bil ki, Allahdan başqa heç bir ilah yoxdur![36] Həm öz günahlarının, həm də mömin kişi və qadınların günahlarının bağışlanmasını dilə![37] Allah gəzib-dolaşdığınız yeri də, dayanıb-qalacağınız yeri də bilir.[38]

 

وَيَقُولُ الَّذِينَ آمَنُوا لَوْلَا نُزِّلَتْ سُورَةٌ فَإِذَا أُنزِلَتْ سُورَةٌ  مُّحْكَمَةٌ وَذُكِرَ فِيهَا الْقِتَالُ رَأَيْتَ الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ يَنظُرُونَ إِلَيْكَ نَظَرَ الْمَغْشِيِّ عَلَيْهِ مِنَ الْمَوْتِ فَأَوْلَى لَهُمْ

  1. İnanıb güvənənlər: “Kaş bir surə nazil olaydı!” – deyirlər. Elə ki açıq hökm ehtiva edən bir surə nazil olub, müharibədən bəhs edildikdə, qəlbində xəstəlik olanların sənə ölüm ayağında bayılan birinin baxdığı kimi baxdıqlarını görərsən.[39] Halbuki onlara yaraşan,

 

طَاعَةٌ وَقَوْلٌ مَّعْرُوفٌ فَإِذَا عَزَمَ الْأَمْرُ فَلَوْ صَدَقُوا اللَّهَ لَكَانَ خَيْرًا لَّهُمْ

  1. Könüldən boyun əymək və mərufa/özlərinə uyğun olanı danışmaqdı. (Müharibə) işi qətiləşdiyi zaman Allaha qarşı sadiq qalsaydılar özləri üçün daha xeyirli olardı.[40]

 

 فَهَلْ عَسَيْتُمْ إِن تَوَلَّيْتُمْ أَن تُفْسِدُوا فِي الْأَرْضِ وَتُقَطِّعُوا أَرْحَامَكُمْ

  1. Əgər müharibədən üz çevirsəniz, olduğunuz yerdə fitnə-fəsad törətmək və əqrabalıq bağlarını qoparmaqdan başqa sizdən nə gözlənilir?[41]

 

أُوْلَئِكَ الَّذِينَ لَعَنَهُمُ اللَّهُ فَأَصَمَّهُمْ وَأَعْمَى أَبْصَارَهُمْ

  1. Belələri Allahın lənətlədiyi/uzaqlaşdırdığı kimsələrdir. (Sanki)[42] Allah, onları kar etmiş və bəsirətlərini alıb aparmışdır.

 

أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ أَمْ عَلَى قُلُوبٍ أَقْفَالُهَا

  1. Bunlar Quranı heçmi ətraflı düşünüb anlamırlar?[43] Yoxsa qəlbləri qıfıllıdır?

 

إِنَّ الَّذِينَ ارْتَدُّوا عَلَى أَدْبَارِهِم مِّن بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَى الشَّيْطَانُ سَوَّلَ لَهُمْ وَأَمْلَى لَهُمْ

  1. Doğru yol özlərinə açıq-aydın olduqdan sonra arxasını dönənlər ki var, Şeytan onlara etdiklərini gözəl göstərmiş və boş ümidlər vermişdir.[44]

 

  ذَلِكَ بِأَنَّهُمْ قَالُوا لِلَّذِينَ كَرِهُوا مَا نَزَّلَ اللَّهُ سَنُطِيعُكُمْ فِي بَعْضِ الْأَمْرِ وَاللَّهُ يَعْلَمُ إِسْرَارَهُمْ

  1. Bunun səbəbi, onların Allahın nazil etdiyini bəyənməyənlərə: “Biz bəzi işlərdə sizə tabe olacağıq”[45] demələridir. Allah onların gizli söhbətlərini bilir.[46]

 

فَكَيْفَ إِذَا تَوَفَّتْهُمْ الْمَلَائِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُمْ

  1. Mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını aldığı zaman[47] halları necə olacaq?!

 

ذَلِكَ بِأَنَّهُمُ اتَّبَعُوا مَا أَسْخَطَ اللَّهَ وَكَرِهُوا رِضْوَانَهُ فَأَحْبَطَ أَعْمَالَهُمْ

  1. Çünki onlar Allahın razı qaldığı şeyləri bəyənmədilər və Onu qəzəbləndirən şeylərə uydular. Allah da onların əməllərini puça çıxardı.[48]

 

أَمْ حَسِبَ الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ أَن لَّن يُخْرِجَ اللَّهُ أَضْغَانَهُمْ

  1. Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini heç vaxt üzə çıxarmayacaq?[49]

 

وَلَوْ نَشَاء لَأَرَيْنَاكَهُمْ فَلَعَرَفْتَهُم بِسِيمَاهُمْ وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْلِ وَاللَّهُ يَعْلَمُ أَعْمَالَكُمْ

  1. Əgər Biz başqa cür seçim etsəydik, onları sənə göstərərdik və sən də onları görünüşlərindən tanıyardın.[50] Yenə də sən onları sözlərini əyib-bükmələrindən[51] mütləq tanıyacaqsan. Allah sizin bütün əməllərinizi bilir.

 

وَلَنَبْلُوَنَّكُمْ حَتَّى نَعْلَمَ الْمُجَاهِدِينَ مِنكُمْ وَالصَّابِرِينَ وَنَبْلُوَ أَخْبَارَكُمْ

  1. Biz içinizdəki cihad edənləri,[52] səbrli davrananları bilənə qədər və iç üzünüzü ortaya çıxarana qədər sizi mütləq ağır bir imtahandan keçirəcəyik.[53]

 

 إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَن سَبِيلِ اللَّهِ وَشَاقُّوا الرَّسُولَ مِن بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الهُدَى لَن يَضُرُّوا اللَّهَ شَيْئًا وَسَيُحْبِطُ أَعْمَالَهُمْ

  1. Kafirlik edən, insanları Allah yolundan döndərən və doğru yol özlərinə açıq-aydın olduqdan sonra bu rəsula/elçiyə qarşı çıxanlar Allaha əsla zərər verə bilməzlər.[54] Allah onların əməllərini puça çıxaracaqdır.[55]

 

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَلَا تُبْطِلُوا أَعْمَالَكُمْ

  1. Ey inanıb güvənənlər! Allaha itaət edin, bu rəsula/elçiyə itaət edin[56] və əməllərinizi puça çıxarmayın![57]

 

إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَن سَبِيلِ اللَّهِ ثُمَّ مَاتُوا وَهُمْ كُفَّارٌ فَلَن يَغْفِرَ اللَّهُ لَهُمْ

  1. Kafirlik edən və (insanları) Allahın yolundan döndərən, sonra da kafir olaraq ölənləri[58] Allah əsla bağışlamayacaqdır.[59]

 

فَلَا تَهِنُوا وَتَدْعُوا إِلَى السَّلْمِ وَأَنتُمُ الْأَعْلَوْنَ وَاللَّهُ مَعَكُمْ وَلَن يَتِرَكُمْ أَعْمَالَكُمْ

  1. Buna görə də zəiflik göstərməyin, güzəştə getməyə çağırmayın![60] Üstünlük sizdədir![61] Allah sizinlə bərabərdir. O, sizi heç vaxt işinizdə tək qoymaz![62]

 

إِنَّمَا الحَيَاةُ الدُّنْيَا لَعِبٌ وَلَهْوٌ وَإِن تُؤْمِنُوا وَتَتَّقُوا يُؤْتِكُمْ أُجُورَكُمْ وَلَا يَسْأَلْكُمْ أَمْوَالَكُمْ

  1. Dünya həyatı oyun və əyləncədən ibarətdir.[63] Əgər iman gətirər və pislikdən qorunub çəkinsəniz, Allah sizə mükafatlarınızı verəcəkdir.[64] O, sizdən bütün malınızı da istəməz.[65]

 

إِن يَسْأَلْكُمُوهَا فَيُحْفِكُمْ تَبْخَلُوا وَيُخْرِجْ أَضْغَانَكُمْ

  1. Əgər sizdən (malınızın) hamısını istəsəydi, sizi bu yöndə sıxışdırsaydı, siz xəsislik edərdiniz və O da sizin bütün pis yönlərinizi üzə çıxarardı.[66]

 

هَاأَنتُمْ هَؤُلَاء تُدْعَوْنَ لِتُنفِقُوا فِي سَبِيلِ اللَّهِ فَمِنكُم مَّن يَبْخَلُ وَمَن يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَن نَّفْسِهِ وَاللَّهُ الْغَنِيُّ وَأَنتُمُ الْفُقَرَاء وَإِن تَتَوَلَّوْا يَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ ثُمَّ لَا يَكُونُوا أَمْثَالَكُمْ

  1. Budur, siz Allah yolunda xərcləməyə çağırılırsınız. İçinizdə xəsislik edənlər də vardır. Kim xəsislik edərsə, yalnız öz əleyhinə xəsislik etmiş olar.[67] Allah zəngin/heç bir şeyə ehtiyacı olmayan, siz isə fağırsınız.[68] Əgər üz çevirsəniz, O, sizi başqa bir xalqla əvəz edər. Onlar isə sizin kimi olmazlar.[69]

 

[1] Ənfal 8/34-37, Nəhl 16/88, Kəhf 18/103-106, Muhəmməd 47/8-9, 28, 32.

[2] Ənkəbut 29/7.

[3] Muhamməd 47/28.

[4] Ənfal 8/12.

[5] Ənfal 8/57, 67.

[6] Bu ayəyə görə, hərbi əsirlər ya qeyd-şərtsiz, ya da fidyə müqabilində azad edilməlidir. Heç bir ayədə onların öldürülməsi və ya kölə edilməsi nəzərdə tutulmayıb. Peyğəmbərimiz bu ayəyə uyğun olaraq aldığı bütün əsirləri azad etmişdir. Lakin həm şiə, həm də sünni məzhəblərindən olan alimlər də daxil olmaqla, böyük əksəriyyəti müvafiq ayələri və Peyğəmbərin tətbiqatlarını görməzdən gələrək, əsirlərin öldürülə, kölə edilə və ya hətta nikahsız cariyələrlə cinsi əlaqədə ola biləcəyini qəbul ediblər. Bu məqsədlə onlar bəzi ayələri (Bəqərə 2/221, Nisa 4/25, Nur 24/32-33) görməzdən gəliblər və digərlərinin mənasını təhrif ediblər (Nisa 4/3, Muminun 23/5-6, Məaric 70:29-30).

[7] Əsirə, azadlığına qovuşana qədər yaxşı davranılmalıdır (Nur 24/58-59). Müsəlmanları öldürməyə gələn birinə qarşı bu cür xoş münasibət düşmənçiliyi dostluğa çevirir (Fussilət 41/34-35). Məkkənin fəthindən sonra insanların İslamı dəstə-dəstə qəbul etmələrinin və İslamın bütün dünyaya sürətlə yayılmasının səbəblərindən biri də budur (Nəsr 110/1-3).

[8] Bəqərə 2/154, Ali İmran 3/169-171, 195, Həcc 22/58, Yasin 36/26-27.

[9] Allahın dininə kömək etmək, onu öyrənmək, öyrətmək və Onun fərz etdiyi vəzifələri yerinə yetirməklə əldə edilir (Həcc 22/40-41, Hədid 57/25, Saf 61/14).

[10] Ali İmran 3/160.

[11] Bəqərə 2/250, İbrahim 14/27.

[12] Muhamməd 47/1.

[13] Müminun 23/70, Zuhruf 43/78.

[14] Yusuf 12/109, Həcc 22/46, Rum 30/9, Fatır 35/44, Mümin 40/21, 82.

[15] Bəqərə 2/257, Əraf 7/196, Yusuf 12/101.

[16] Allah Rəhman sifəti ilə kafirləri belə bu dünyada qoruyur, ehtiyaclarını təmin edir, lakin onları cəzalandırmaq istədikdə, Onun qarşısını ala biləcək heç bir varlıq yoxdur (Rad 13/11, Ənkəbut 29/22, Şura 42/6, 31, Əhqaf 46/28).

[17] Həcc 22/14, 23.

[18] Ənam 6/143-144.

[19] Onlar mal-qara kimi davranırlar, istədikləri hər şeyi doymaq bilmədən yeyirlər, yemədiklərini isə yeyilməz hala salırlar.

[20] Fussilət 41/24.

[21] Zuxruf 43/8, Duxan 44/37.

[22] Əhqaf 46/27-28.

[23] Pis əməlləri yaxşı göstərənlər həm insan, həm də cin şeytanlarıdır (Ənam 6/43, 112, Nəhl 16/63, Taha 20/117-121).

[24] Hud 11/17, Fatır 35/8.

[25] Rad 13/35, Zuxruf 43/71-72.

[26] “Bağışlanmaq” kimi tərcümə olunan söz “məğfirat (مَغْفىرةٌ)”-dir. Məğfirat sözünün kök mənası örtmək (Sıhah, Məkâyisü’l-lüğa) deməkdir. Artıq cənnəti qazanmış birini bağışlanması, onun dünyəvi günahlarını örtmək və onlara xatırlatmamaq kimi başa düşülməlidir.

[27] Saffat 37/45-47, Tur 52/23, Qəmər 54/54, Vaqiə 56/17-19, İnsan 76/15-18.

[28] Duxan 44/43-46.

[29] Furqan 25/15.

[30] Nisa 4/81-83, Ənam 6/25, Yunus 10/42-43, İsra 17/47.

[31] Bu vəziyyət, insan tövbə edib özünü islah edənə qədər davam edir (Nisa 4/17-18, Furqan 25/68-71). Əgər tövbə edib özünü islah etməsə, cəhənnəmə gedəcəklər (Ali-İmran 3/86-90).

[32] Məryəm 19/76, Ənkəbut 29/69.

[33] Zuxruf 43/66.

[34] Muhəmməd əleyhissəlamın son Nəbi olması (Əhzab 33/40), bütün dünyaya elçi kimi göndərilməsi (Səba 34/28), Allahın kamilləşdirdiyi İslamı bütün digər dinlərə hakim edəcəyini elan etməsi (Maidə 3) (Tövbə 9/32-33, Fəth 48/28, Saf 61/9) və Qurandan başqasına tabe olmamasını əmr etməsi (Maide 48-50), Qiyamət günündən əvvəl Allah tərəfindən göndəriləcək başqa bir əlamətin qalmadığının, yəni Qiyamət gününün bütün əlamətlərinin artıq baş verdiyinin göstəricisidir.

[35] Fəcr 89/23.

[36] Ali İmran 3/18, Ənbiya 21/25.

[37] Ənfal 8/67-68, Mümin 40/55, Fətih 48/1-2, Nasr 110/1-3.

[38] Hud 11/6, Hadid 57/4.

[39] Tövbə 9/64, 86, 124-125, 127.

[40] Ənfal 8/5-8, 15-16, Tövbə 9/111.

[41] Tövbə 9/38-39, 41.

[42] Bu ayədə istihare-i təfiliyye (alleqoriya) adlanan məcazi ifadə var.

[43] Nisa 4/82, Müminun 23/68, Sad 38/29.b

[44] Bəqərə 2/217, Ali İmran 3/86-88, Maidə 5/54, Nahl 16/63.

[45] Bəqərə 2/14, Nisa 4/142-143, Haşr 59/11-12.

[46] Bəqərə 2/77.

[47] Ənam 6/93, Ənfal 8/50.

[48] Muhamməd 47/3.

[49] Tövbə 9/64.

[50] Tövbə 9/101.

[51] Sözləri əyib bükənlərə bəzi Yəhudilər daxildir: Nisa 4/46 ayəsinə və onun dipnotlarına baxın.

[52] Cihad (جهاد) düşmənin, şeytanın və ya nəfsin zülmünə (Mufradat) qarşı Allahın əmrinə itaət etmək üçün edilən hər hansı bir mübarizədir. Allah yolunda vuruşmaq cihadın ən vacib hissəsidir. Cihad sözü həmçinin kimisə doğru yoldan azdırmaq üçün göstərilən səy üçün də istifadə olunur (Ənkəbut 29/8).

[53] Allah hər şeyi müəyyən bir ölçüyə görə yaratmışdır (Qəmər 54/49) və imtahan sistemini qurmuşdur (Hud 11/7, Kəhf 18/7, Ənbiya 21/35, Mülk 67/1-2). Bu, bilik sınağı deyil, cihad və səbr sınağıdır (Bəqərə 2/155-157, 214, Tövbə9/16, Nur 24/47-50). Bu ayə, Ali-İmran 3/142 və Ənkəbut 29/2-3 ilə birlikdə, Allahın imtahanın nəticəsini əvvəlcədən təyin etmədiyinin və ya bilmədiyinin açıq sübutudur. Həqiqətən də, imtahanın nəticəsi artıq məlumdursa, onu imtahan adlandırmaq olmaz. Oxşar ifadələrə Tövratda da rast gəlinir: “Ey Rəbbim, məni sınadın və mənə xəbər verdin” (Məzmur 139:1). Qədərə inam çoxsaylı təhriflər yolu ilə yaradılmışdır. Daha ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz: https://www.muselmanlar.com/dusunce-sahesi/5139.html

[54] Ali İmran 3/176-177, Nisa 4/115.

[55] Muhamməd 47/1-3.

[56] Nisa 4/59, Maidə 5/92, Nur 24/54, Təğabün 64/12.

[57] Bəqərə 2/264; Hucurat 49/2.

[58] Hər bir kafirin ölmədən əvvəl tövbə etmək hüququ var (Ali-İmran 3/86-89, Nisa 4/17-18, Furqan 25/68-71).

[59] Nisa 4/48, 116, 167-169\ Muhammed 47/1.

[60] Müharibə yalnız düşmən hücumunun qarşısını almaq üçün aparıldığı üçün (Bəqərə 2/190), hücum edən tərəfə sülh təklif edilə bilməz. Lakin düşmən sülh təklif edib geri çəkilərsə, təklif qəbul edilir (Ənfal 8/61). Buna görə də, bu ayəni müharibə ilə əlaqələndirmək olmaz. Bu ayədən əvvəl möminlərin çətin bir sınaqdan keçəcəyi və səbirli və bütün çətinliklərə dözənlərin sınaqdan keçəcəyi qeyd olunur (Muhəmməd 47/31). Allaha iman gətirən və Ona güvənənlər həmişə üstün mövqedə olduqları üçün kafirlərlə münasibətlərində möhkəm durmalı və Allahın dinindən güzəştə getməməlidirlər. Güzəştə gedən və kafirlərlə barışmağa çalışan hər kəs, hətta Allahın elçisi olsa belə, çox şiddətli bir cəza ilə cəzalandırılacaq (İsra 17/73-75). Həqiqətən də, Məhəmməd Peyğəmbər (əs) heç vaxt güzəştə getməmişdir və Məkkədə qalmaq ehtimalı tamamilə yox olduqda, hər şeyi geridə qoyub Mədinəyə hicrət etmişdir (Tövbə 9/38-40).

[61] Ali İmran 3/139-140, 160, Tövbə 9/38-40.

[62] Mümin 40/51.

[63] Ənam 6/32, Ənkəbut 29/64, Hadid 57/20.

[64] Ali İmran 3/179.

[65] Bəqərə 2/219, Tövbə 9/103.

[66] İsra 17/29.

[67] Ali İmran 3/180.

[68] Fatır 35/15.

[69] Maidə 5/54.