Müsəlmanlar

İslamda hür qadın cariyə qadından fərqli şəkildə örtülməlidir?

İslamda hür qadın cariyə qadından fərqli şəkildə örtülməlidir?

Cavab: Uca Allah, Qurani Kərimdə istər hür, istər cariyə ya da əsir olsun qadınların örtünməsi ilə əlaqəli ümumi bir hökm qoymuşdur. Ali İmran surəsinin 13-cü ayəsində qadınların bir zinət olduğunu yəni, ümumiyyətlə bütün bədənlərinin qiymətli və çəkici olduğunu bildirmişdir. Bu bədən üzvlərinin hansı hissələrinin yad kişilər qarşısında açıq qala biləcəyini də Nur surəsi 31-ci ayəsində bildirmişdir:

“Mömin qadınlara da de ki, baxışlarında həddi aşmasınlar və ədəb yerlərini/namuslarını qorusunlar. Öz-özlüyündən görünən qisimlər xaric olmaqla, zinətlərini/vücudlarını açmasınlar. Baş örtüklərinin bir qismini də yaxalarının üstünə çəksinlər. Ərləri, ataları, atalarının ataları, oğulları, ərlərinin oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, güvəndikləri qadınlar, hakimiyyətləri altında olan əsirlər, qadınlara cinsi ehtiyac duymayan xidmətçi kişilər və qadınların məhrəm yerlərinin fərqində olmayan uşaqlar xaric, heç kimə zinətlərini/vücudlarını açmasınlar. Zinətlərindən/vücudlarından gizlətdikləri qisim bilinsin deyə, ayaqlarını yerə vurmasınlar/bədənlərini oynatmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız” (Nur 24/31).

Təəssüf ki, ənənə dininin bir çox din xadimləri, nə Allahın kitabına nə də səhih bir hədisə belə əsaslanmadan hür qadınlarla cariyə ya da əsir qadınları fərqli örtüyə tabe tutarlar. Cariyə və əsir qadınları sıradan qadın olaraq görməyib onların kişilər kimi göbək və diz qapaqları arası xaric hər tərəflərinin açıq ola biləcəyini, hətta onlarla nikahsız cinsi əlaqə belə qurula biləcəyini irəli sürmüşlər.

Bəzi din xadimləri isə, hür qadınların üzlərinin, əllərinin də örtülməsi lazım olduğunu və bunun bir təqva olduğunu iddia edirlər. Belə bir iddia həm Allaha həm də elçisinə iftiradan ibarətdir. Çünki, “Allah həddi aşanları sevməz!”[1] buyurmaqdadır.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabları aşağıdakı linkdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/5558.html

https://www.muselmanlar.com/sizden-gelenler/2795.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Maidə 5/87.