Müsəlmanlar

Bir kimsə ya da bir molla öz nikahını özü qıya bilərmi?

Sual: Nikah qıya bilən biri öz nikahını özü qıysa olarmı? Yəni bir kimsə həm bəy həm də özü nikah məmuru bilərmi? Belə bir hikahın ya da kəbinin hökmü nədir?

Cavab: Əvvəlcə bunu qeyd edək ki, nikah da kəbin də eyni şeydir. Biri ərəbcə digəri farscadır. Nikahın xüsusi səlahiyyətlisi, məmuru sonradan ortaya çıxan şeylərdir. Rəsmi nikah və dini nikah ayrıcalığı da 1926- cı ildən sonra qeyri-müsəlmanlar tərəfindən ortaya atılmış şeydir. Belə bir ayrıcalıq da olmaz. Kim tərəfindən olur-olsun, əsas olan, nikahın şərtlərinin yerinə yetirilməsidir. Nikah, ailə qurmaq üçün iki tərəfin qarşılıqlı razılaşma yoluyla aralarında bağladığı əhd-peymandır. Evlənmələrinə hər hansı bir maneə yoxdursa, qızın mehri verilmək surətiylə, bu evlilikləri insanlara duyurulur. Bu duyurma; evlənən bəy və gəlin xaric ən azı üç nəfərin də hazır şahidliyi (nikahı qıyan və iki şahid) ilə həyata keçirilməlidir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabları aşağıdakı linkdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/7657.html

https://www.muselmanlar.com/elanlar-xeberler/7898.html

Yeni suallarınızıhttp://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.