Müsəlmanlar

Züleyxa adının mənası nədir? Bu ad Quranda keçirmi?

Cavab: Züleyxa (زليخا), Azərbaycan türkcəsinə Ərəb dilindən keçmiş bir sözdür. Mənası “parlaq, gözəl, pəri kimi saf ” – deməkdir.

Züleyxa adı nə Quranda nə səhih hədislərdə nə də Qurandan əvvəlki ilahi kitab olan Tövratda keçməz. Lakin təfsir, tarix kitablarında və ədəbi əsərlərdə bu ada çox rast gələ bilərsiniz.

Quranda Fironun canişinlərindən olan Misir Əzizinin avradından bəhs edilir. Təfsir və tarix kitabları da bəhs edilən bu qadının məhz Züleyxa olduğunu söyləyirlər.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabları aşağıdakı linkdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/6265.html

https://www.muselmanlar.com/elanlar-xeberler/15250.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.