Müsəlmanlar

Rum surəsi

 

Rum surəsi 60 ayədən ibarətdir. Rum kəlməsi, surənin ikinci ayəsində keçəməkdədir.

 

بسم الله الرحمن الرحيم

Mərhəmətli, Rəhmli Allahın adıyla!

الم

  1. Əlif, Lam, Mim![1]

 

غُلِبَتِ الرُّوم

  1. Rumlular məğlub oldular.

 

فِي أَدْنَى الْأَرْضِ وَهُم مِّن بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ

  1. Torpaqlarının (sizə) ən yaxın olan yerində[2]. Onlar məğlubiyyətlərinin ardından yaxın bir zamanda qalib gələcəklər,

 

فِي بِضْعِ سِنِينَ لِلَّهِ الْأَمْرُ مِن قَبْلُ وَمِن بَعْدُ وَيَوْمَئِذٍ يَفْرَحُ الْمُؤْمِنُونَ

  1. Bir neçə il içində[3]. Öncəsində də sonrasında da hər iş Allahın əlindədir. Elə o gün möminlər sevinəcəklər,

 

بِنَصْرِ اللَّهِ يَنصُرُ مَن يَشَاء وَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

  1. Allahın köməyi ilə.[4] O, lazım gördüyü kəsə[5] köməklik edir.[6] O Əzizdir/qüdrətlidir, rəhmlidir.

 

وَعْدَ اللَّهِ لَا يُخْلِفُ اللَّهُ وَعْدَهُ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

  1. Bunu Allah vəd etmişdir.[7] Allah vədindən dönməz. Lakin, insanların çoxu bunu bilməzlər.

 

يَعْلَمُونَ ظَاهِرًا مِّنَ الْحَيَاةِ الدُّنْيَا وَهُمْ عَنِ الْآخِرَةِ هُمْ غَافِلُونَ

  1. Onlar dünya həyatının zahirini bilirlər,[8] axirətdən isə onlar xəbərsizdirlər.[9]

 

أَوَلَمْ يَتَفَكَّرُوا فِي أَنفُسِهِمْ مَا خَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ وَأَجَلٍ مُّسَمًّى وَإِنَّ كَثِيرًا مِّنَ النَّاسِ بِلِقَاء رَبِّهِمْ لَكَافِرُونَ

  1. Məgər onlar Allahın göyləri, yeri və ikisi arasındakıları yalnız haqq ilə[10] və müəyyən bir əcəl/müddət üçün yaratdığını öz-özlüyündə heç fikirləşmədilərmi?[11] İnsanların əksəriyyəti Rəbbi ilə qarşılaşacağını tamamilə gözardı edir.[12]

 

أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلِهِمْ كَانُوا أَشَدَّ مِنْهُمْ قُوَّةً وَأَثَارُوا الْأَرْضَ

وَعَمَرُوهَا أَكْثَرَ مِمَّا عَمَرُوهَا وَجَاءتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ فَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَكِن كَانُوا أَنفُسَهُمْ يَظْلِمُونَ

  1. Yer üzündə heç gəzib dolaşmadılarmı ki, özlərindən əvvəliklərin aqibətinin necə olduğunu görsünlər.[13] Əvvəlkilər onlardan daha güçlü idi. Torpağı əkib becərir və yer üzünü onlardan daha çox abad etmişdilər. Elçiləri də onlara açıq-aşkar dəlillər gətirmişdi. Allah onlara əsla zülm etmədi, lakin, onlar özləri özlərinə zülm edirdilər.[14]

 

ثُمَّ كَانَ عَاقِبَةَ الَّذِينَ أَسَاؤُوا السُّوأَى أَن كَذَّبُوا بِآيَاتِ اللَّهِ وَكَانُوا بِهَا يَسْتَهْزِؤُون

  1. Sonra, pis işlər görənlərin sonu çox pis oldu. Çünki Allahın ayələrini yalanlamış və onlarla istehza edirdilər.[15]

 

اللَّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ

  1. Allah yaradılışı başladır, sonra isə onu (axirətdə dirildib) təkrarlayır.[16] Sonra da Onun huzuruna çıxarılırsınız.

 

وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُبْلِسُ الْمُجْرِمُونَ

  1. O saatın[17] gəldiyi gün, günahkarlar ümidlərini tamamilə itirəcəklər.[18]

 

وَلَمْ يَكُن لَّهُم مِّن شُرَكَائِهِمْ شُفَعَاء وَكَانُوا بِشُرَكَائِهِمْ كَافِرِينَ

  1. (Allaha) qoşduqları şəriklərindən heç biri onlara şəfaətçi olmayacaqdır.[19] Onlar qoşduqları şəriklər səbəbilə kafir olmuşdular.[20]

 

وَيَوْمَ تَقُومُ السَّاعَةُ يَوْمَئِذٍ يَتَفَرَّقُونَ

  1. O saatın gəldiyi gün, onların hər biri digərindən ayrılacaqdır.[21]

 

فَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَهُمْ فِي رَوْضَةٍ يُحْبَرُونَ

  1. İnanıb güvənən və xeyirxah işlər görənlərə gəlincə, onlar (cənnətdə) gözəl bir baxçada sevindiriləcəklər.[22]

 

وَأَمَّا الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا وَلِقَاء الْآخِرَةِ فَأُوْلَئِكَ فِي الْعَذَابِ مُحْضَرُونَ

  1. Kafirlik edən, ayələrimizə və axirətə qovuşacaqlarını yalan sayanlara gəlincə isə, onlar əzab içində olacaqlar.[23]

 

فَسُبْحَانَ اللَّهِ حِينَ تُمْسُونَ وَحِينَ تُصْبِحُونَ

  1. (Ey möminlər!) Elə isə axşama qovuşduğunuz zaman və səhərə çıxdığınız zaman[24] Allahı təsbih/ibadət edin.

 

وَلَهُ الْحَمْدُ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَعَشِيًّا وَحِينَ تُظْهِرُونَ

  1. Göylərdə və yerdə həmd Ona məxsusdur![25] Gün batanda və günorta vaxtı çatanda Allahı təsbih/ibadət edin.[26]

 

يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَيُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَكَذَلِكَ تُخْرَجُونَ

  1. O, ölüdən dirini çıxarır və diridən də ölünü çıxarır. Ölümündən sonra yeri/torpağı canlandırır.[27] Siz də (torpaqdan) eyni şəkildə çıxarılacaqsınız.[28]

 

وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَكُم مِّن تُرَابٍ ثُمَّ إِذَا أَنتُم بَشَرٌ تَنتَشِرُونَ

  1. Sizi torpaqdan yaratması Allahın ayələrindəndir (qüdrətinin dəlillərindəndir).[29] Daha sonra siz, bəşər olub yer üzünə yayılırsınız.[30]

 

وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا لِّتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَرَحْمَةً إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ

  1. Onlarla hüzur tapasınız deyə sizin üçün öz cinsinizdən zövcələr yaratması, aranıza sevgi və mərhəmət qoyması da[31] Onun ayələrindən (qüdrətinin dəlillərindəndir). Şübhəsiz ki, bunda düşünən bir xalq üçün ayələr/dəlillər vardır.

 

وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافُ أَلْسِنَتِكُمْ وَأَلْوَانِكُمْ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّلْعَالِمِينَ

  1. Göylərin və yerin yaradılışı,[32] o cümlədən dillərinizin və rənglərinizin fərqli olması da[33] Onun ayələrindən/dəlillərindəndir. Şübhəsiz ki, bunda bilənlər üçün ayələr/dəlillər vardır.

 

وَمِنْ آيَاتِهِ مَنَامُكُم بِاللَّيْلِ وَالنَّهَارِ وَابْتِغَاؤُكُم مِّن فَضْلِهِ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَسْمَعُونَ

  1. Gecə və gündüz yatıb dincəlməyiniz də, Onun lütfündən ruzi axtarmağınız da[34] Onun ayələrindən/dəlillərindəndir. Şübhəsiz ki, bunda eşidən bir xalq üçün ayələr/dəlillər vardır.

 

وَمِنْ آيَاتِهِ يُرِيكُمُ الْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنَزِّلُ مِنَ السَّمَاء مَاء فَيُحْيِي بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ

  1. Qorxu və ümid verən şimşəyi sizə göstərməsi,[35] göydən su endirərək yeri ölümündən sonra onunla yer üzünü canlandırması da[36] Onun ayələrindəndir/dəlillərindəndir. Şübhəsiz ki, bunda ağlını doğru işlədən bir xalq üçün ayələr/dəlillər vardır.

 

وَمِنْ آيَاتِهِ أَن تَقُومَ السَّمَاء وَالْأَرْضُ بِأَمْرِهِ ثُمَّ إِذَا دَعَاكُمْ دَعْوَةً مِّنَ الْأَرْضِ إِذَا أَنتُمْ تَخْرُجُونَ

  1. Göylərin və yerin Onun əmri ilə durması da[37] Onun ayələrindən/dəlillərindəndir. Sonra sizi yerdən (qəbirlərinizdən çıxmağa)[38] bir kərə çağırdığı zaman dərhal çıxarsınız.[39]

 

وَلَهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ كُلٌّ لَّهُ قَانِتُونَ

  1. Göylərdə və yerdə nə varsa,[40] Hamısı Ona könüldən boyun əymişdir.[41]

 

وَهُوَ الَّذِي يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَهُوَ أَهْوَنُ عَلَيْهِ وَلَهُ الْمَثَلُ الْأَعْلَى فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

  1. Məxluqatı yaratmağa başlayan, sonra onu (axirətdə) təkrarlayacaq olan Odur! Bu Onun üçün çox asandır.[42] Göylərdə və yerdə olan ən üstün sifət/vəsf Ona məxsusdur.[43] O Əzizdir/qüdrətlidir, hökm və hikmət sahibidir.

 

ضَرَبَ لَكُم مَّثَلًا مِنْ أَنفُسِكُمْ هَل لَّكُم مِّن مَّا مَلَكَتْ أَيْمَانُكُم مِّن شُرَكَاء فِي مَا رَزَقْنَاكُمْ فَأَنتُمْ فِيهِ سَوَاء تَخَافُونَهُمْ كَخِيفَتِكُمْ أَنفُسَكُمْ كَذَلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْقِلُونَ

  1. O sizə özünüzdən bir misal verir: Hakimiyyətiniz altında olanları, sizə verdiyim ruzilərdə eyni hüquqa malik sayan,[44] özünüz üçün qayğılandığınız kimi, onlar üçün də qayğılandığınız şərikləriniz varmı? Biz, ağlını doğru işlədən bir xalq üçün ayələrimizi bu cür ətraflı izah edirik.

 

بَلِ اتَّبَعَ الَّذِينَ ظَلَمُوا أَهْوَاءهُم بِغَيْرِ عِلْمٍ فَمَن يَهْدِي مَنْ أَضَلَّ اللَّهُ وَمَا لَهُم مِّن نَّاصِرِينَ

  1. Əslində haqsızlıq edənlər, bilgisizcə arzularına uyarlar.[45] Allahın (zəlaləti seçmiş kimsəni) zəlalətə saldığını, kim doğru yola yönəldə bilər?[46] Onların heç bir yardımcısı olmayacaqdır.

 

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا فِطْرَةَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ذَلِكَ الدِّينُ الْقَيِّمُ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ 

  1. Sən üzünü birbaşa bu dinə,[47] Allahın fitrətinə (yaratdığı varlıqların təbii özünə/şəklinə) çevir.[48] O, insanları ona uyğun yaratmışdır. Allahın yaratdığının yerini heç nə tuta bilməz. Doğru din budur.[49] Amma çox insan bunu bilmir. 

 

مُنِيبِينَ إِلَيْهِ وَاتَّقُوهُ وَأَقِيمُوا الصَّلَاةَ وَلَا تَكُونُوا مِنَ الْمُشْرِكِينَ

  1. Ona yönələn kəslərdən olun![50] Ona qarşı çıxmaqdan çəkinin! Namazı düzgün və davamlı qılın![51] Əsla müşriklərdən/Allaha şərik qoşanlardan olmayın![52]

 

مِنَ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا كُلُّ حِزْبٍ بِمَا لَدَيْهِمْ فَرِحُونَ

  1. O kəslərdən ki, dinlərini parçalayıb firqələrə bölündülər. Hər bir firqə özündə olanla fərəhlənir.[53]

 

 وَإِذَا مَسَّ النَّاسَ ضُرٌّ دَعَوْا رَبَّهُم مُّنِيبِينَ إِلَيْهِ ثُمَّ إِذَا أَذَاقَهُم مِّنْهُ رَحْمَةً إِذَا فَرِيقٌ مِّنْهُم بِرَبِّهِمْ يُشْرِكُونَ

  1. İnsanlara bir zərər toxunduğu zaman Rəbbinə yönələrək Ona dua edərlər. Sonra (Rəbbi) onlara Öz mərhəmətindən daddıran kimi onlardan bir qismi Rəbbinə şərik qoşar.[54]

 

لِيَكْفُرُوا بِمَا آتَيْنَاهُمْ فَتَمَتَّعُوا فَسَوْفَ تَعْلَمُونَ

  1. Bunu, özlərinə verdiyimiz şeylərə qarşı nankorluq etmək üçün edirlər. İndi keçici şeylərlə faydalanın! Yaxında biləcəksiniz.[55]

 

أَمْ أَنزَلْنَا عَلَيْهِمْ سُلْطَانًا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُوا بِهِ يُشْرِكُونَ

  1. Məgər Biz onlara güclü bir dəlil endirdik ki, o (dəlil) onlara şərik qoşmalarını söyləyir?

 

وَإِذَا أَذَقْنَا النَّاسَ رَحْمَةً فَرِحُوا بِهَا وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ إِذَا هُمْ يَقْنَطُونَ

  1. İnsanlara bir rəhmət daddırdığımız zaman ona sevinərlər. Əgər öz əlləri ilə etdikləri üzündən başlarına bir pislik gələrsə, o zaman da ümidsizliyə düşərlər.[56]

 

أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاء وَيَقْدِرُ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ

  1. Məgər onlar Allahın lazım gördüyü kimsəyə[57] ruzisini bol verdiyini görmürlərmi?[58] Şübhəsiz ki, bunda inanıb güvənən bir xalq üçün ayələr/dəlillər vardır.

 

فَآتِ ذَا الْقُرْبَى حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ ذَلِكَ خَيْرٌ لِّلَّذِينَ يُرِيدُونَ وَجْهَ اللَّهِ وَأُوْلَئِكَ هُمُ الْمُفْلِحُونَ

  1. Elə isə sən qohum-əqrabaya, çarəsizlərə və yolda qalmış müsafirə haqqını ver.[59] Bu, Allahın razılığını qazanmaq üçün daha xeyirlidir.[60] Elə onlar, əsl nicat tapacaq olanlardır.

 

وَمَا آتَيْتُم مِّن رِّبًا لِّيَرْبُوَ فِي أَمْوَالِ النَّاسِ فَلَا يَرْبُو عِندَ اللَّهِ وَمَا آتَيْتُم مِّن زَكَاةٍ تُرِيدُونَ وَجْهَ اللَّهِ فَأُوْلَئِكَ هُمُ الْمُضْعِفُونَ 

  1. İnsanların malları artsın deyə verdiyiniz faizli borç, Allah qatında artmaz.[61] Allahın rizasını istəyərək verdiyiniz zəkat isə (belə deyildir).[62] Elə onlar (zəkat verənlər), mallarını qat-qat artıracaq olanlardır.[63]

 

اللَّهُ الَّذِي خَلَقَكُمْ ثُمَّ رَزَقَكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ هَلْ مِن شُرَكَائِكُم مَّن يَفْعَلُ مِن ذَلِكُم مِّن شَيْءٍ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ

  1. Allah sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra isə sizə yenidən həyat verəndir.[64] Bəs, Allaha şərik qoşduqlarınızın içindən, bu şeylərin hər hansı birini edə bilən varmı?[65] O, onların şərik qoşduqlarından uzaq və ucadır.

 

ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِي النَّاسِ لِيُذِيقَهُم بَعْضَ الَّذِي عَمِلُوا لَعَلَّهُمْ يَرْجِعُونَ

  1. İnsanların öz əlləri ilə etdikləri ucbatından quruda və dənizdə fəsadlar/pozulmalar ortaya çıxdı. Bu, etdikləri əməllərin bir qismini özlərinə daddırması üçündür. Bəlkə (səhvlərindən) dönərlər.[66]

 

قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلُ كَانَ أَكْثَرُهُم مُّشْرِكِينَ

  1. De ki: “Yer üzündə gəzib dolaşın, əvvəlkilərin aqibətinin necə olduğuna bir baxın![67] Onların əksəriyyəti müşrik idi.”

 

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ الْقَيِّمِ مِن قَبْلِ أَن يَأْتِيَ يَوْمٌ لَّا مَرَدَّ لَهُ مِنَ اللَّهِ يَوْمَئِذٍ يَصَّدَّعُونَ

  1. O halda sən, Allah tərəfindən geri dönüşü olmayacaq bir gün gəlmədən öncə üzünü bu xalis/mükəmməl dinə çevir.[68] O gün (insanlar) bir-birlərindən ayrılacaqlar.

 

مَن كَفَرَ فَعَلَيْهِ كُفْرُهُ وَمَنْ عَمِلَ صَالِحًا فَلِأَنفُسِهِمْ يَمْهَدُونَ

  1. Kim kafirlik edərsə, kafirliyi öz əleyhinədir. Kim də xeyirxah işlər görərsə, onlar özləri üçün (cənnətdə) yer hazırlamış olarlar.[69]

 

لِيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِن فَضْلِهِ إِنَّهُ لَا يُحِبُّ الْكَافِرِينَ

  1. Bu, inanıb güvənən və xeyirxah işlər görənləri (Allahın) Öz lütfündən mükafatlandırması üçündür.[70] O, kafirləri sevməz!

 

وَمِنْ آيَاتِهِ أَن يُرْسِلَ الرِّيَاحَ مُبَشِّرَاتٍ وَلِيُذِيقَكُم مِّن رَّحْمَتِهِ وَلِتَجْرِيَ الْفُلْكُ بِأَمْرِهِ وَلِتَبْتَغُوا مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

  1. Rüzgarları müjdəçilər olaraq göndərməsi də Onun ayələrindən/dəlillərindəndir.[71] Sizə mərhəmətindən daddırması, gəmilərin əmri ilə (qoyduğu qanuna görə) üzüb getməsi, Onun lütfündən axtarmağınız da həmçinin. Bəlkə, şükür edəsiniz![72]

 

وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ رُسُلًا إِلَى قَوْمِهِمْ فَجَاؤُوهُم بِالْبَيِّنَاتِ فَانتَقَمْنَا مِنَ الَّذِينَ أَجْرَمُوا وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ الْمُؤْمِنِينَ

  1. Şübhəsiz ki, səndən əvvəl də necə elçiləri öz xalqlarına göndərdik. Onlara açıq ayələr/dəlillər gətirdilər. Sonra günah işləyənlərdən intiqam aldıq.[73] Möminlərə yardım etmək, Bizim üzərimizə bir haqqdır.[74]

 

اللَّهُ الَّذِي يُرْسِلُ الرِّيَاحَ فَتُثِيرُ سَحَابًا فَيَبْسُطُهُ فِي السَّمَاء كَيْفَ يَشَاء وَيَجْعَلُهُ كِسَفًا فَتَرَى الْوَدْقَ يَخْرُجُ مِنْ  خِلَالِهِ فَإِذَا أَصَابَ بِهِ مَن يَشَاء مِنْ عِبَادِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَ

  1. Allah rüzgarları göndərəndir. Onlar buludu hərəkətə keçirir. Allah da onu göydə lazım olduğu şəkildə yayar[75] və parça-parça edər. Sonra yağmuru buludun arasından çıxdığını görürsən. Onu, bəndələrindən lazım bildiyinə çatdıran kimi sevinməyə başlayırlar.[76]

 

وَإِن كَانُوا مِن قَبْلِ أَن يُنَزَّلَ عَلَيْهِم مِّن قَبْلِهِ لَمُبْلِسِينَ

  1. Halbuki, onlar üzərlərinə yağmur yağdırılmadan öncə, tam bir ümitsizlik içində idilər.[77]

 

فَانظُرْ إِلَى آثَارِ رَحْمَتِ اللَّهِ كَيْفَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا إِنَّ ذَلِكَ لَمُحْيِي الْمَوْتَى وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

  1. Allahın rəhmətinin əsərlərinə bir bax! Yer üzünü ölümündən sonra gör necə canlandırır? Şübhəsiz ki, bunu edən ölüləri də, əlbəttə, dirildir![78] O, hər şeyə qadirdir.

 

وَلَئِنْ أَرْسَلْنَا رِيحًا فَرَأَوْهُ مُصْفَرًّا لَّظَلُّوا مِن بَعْدِهِ يَكْفُرُونَ

  1. Əgər bir rüzgar göndərsək, onlar onu (bitki və bağlarının) saraldığını görsələr, arxasından nankorluq etməyə başlayarlar.[79]

 

فَإِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَى وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاء إِذَا وَلَّوْا مُدْبِرِينَ

  1. Şübhəsiz ki, sən nə ölülərə bir şey eşitdirə bilərsən, nə də arxalarını dönüb gedən karlara dəvəti eşitdirə bilərsən.[80]

 

وَمَا أَنتَ بِهَادِي الْعُمْيِ عَن ضَلَالَتِهِمْ إِن تُسْمِعُ إِلَّا مَن يُؤْمِنُ بِآيَاتِنَا فَهُم مُّسْلِمُونَ

  1. Sən korları da düşdükləri zəlalətdən/əyri yoldan çıxardıb doğru yola yönəldə bilməzsən.[81] Sən ancaq, ayələrimizə inanıb güvənənlərə eşitdirə bilərsən. Məhz onlar müsəlmanlardır.[82]

 

اللَّهُ الَّذِي خَلَقَكُم مِّن ضَعْفٍ ثُمَّ جَعَلَ مِن بَعْدِ ضَعْفٍ قُوَّةً ثُمَّ جَعَلَ مِن بَعْدِ قُوَّةٍ ضَعْفًا وَشَيْبَةً يَخْلُقُ مَا يَشَاء وَهُوَ الْعَلِيمُ الْقَدِيرُ

  1. Allah sizi zəif/güçsüz olaraq yaradan, bu zəifliyin ardından güçlü/qüvvətli hala gətirən, qüvvətli olduqdan sonra təkrar zəif və qoca bir hala gətirən Allahdır. O, lazım gördüyü şeyi yaradır. O, hər şeyi biləndir, hər şeyə qadirdir.[83]

 

وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُقْسِمُ الْمُجْرِمُونَ مَا لَبِثُوا غَيْرَ سَاعَةٍ كَذَلِكَ كَانُوا يُؤْفَكُونَ

  1. Məzardan qalxma saatı gəldiyi gün, günahkarlar (dünyada) bir neçə saatdan artıq qalmadıqlarına dair and içərlər.[84] Onlar (dünyada da haqqdan) belə döndərilirdilər.[85]

 

وَقَالَ الَّذِينَ أُوتُوا الْعِلْمَ وَالْإِيمَانَ لَقَدْ لَبِثْتُمْ فِي كِتَابِ اللَّهِ إِلَى يَوْمِ الْبَعْثِ فَهَذَا يَوْمُ الْبَعْثِ وَلَكِنَّكُمْ كُنتُمْ لَا تَعْلَمُونَ

  1. Özlərinə elm və iman verilmiş olanlar deyərlər ki: “Əlbəttə, siz, Allahın kitabında söyləndiyi kimi, diriliş gününə qədər (dünyada) qaldınız.[86] Bax bu, diriliş günüdür! Lakin siz, (inkar etdiyiniz bu günün haqq olduğunu) bilmirdiniz.[87]

 

فَيَوْمَئِذٍ لَّا يَنفَعُ الَّذِينَ ظَلَمُوا مَعْذِرَتُهُمْ وَلَا هُمْ يُسْتَعْتَبُونَ

  1. Artıq o gün, zalımların/haqsızlıq edənlərin bəhanələri fayda verməyəcək! Onlardan üzrxahlıq etmələri də istənilməyəcək![88]

 

وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِي هَذَا الْقُرْآنِ مِن كُلِّ مَثَلٍ وَلَئِن جِئْتَهُم بِآيَةٍ لَيَقُولَنَّ الَّذِينَ كَفَرُوا إِنْ أَنتُمْ إِلَّا مُبْطِلُونَ

  1. Əlbəttə, Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik.[89] Əgər sən onlara bir möcüzə gətirsən, kafirlik edənlər mütləq: “Siz ancaq batıl/boş şeylər uyduranlarsınız!” – deyəcəklər.[90]

 

كَذَلِكَ يَطْبَعُ اللَّهُ عَلَى قُلُوبِ الَّذِينَ لَا يَعْلَمُونَ

  1. Allah (haqqı) bilməyənlərin qəlblərini belə möhürləyir.[91]

 

فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَلَا يَسْتَخِفَّنَّكَ الَّذِينَ لَا يُوقِنُونَ

  1. Ona görə də sən səbrli/dirayətli ol![92] Əlbəttə, Allahın vədi haqqdır. Buna yəqinliklə iman etməyənlər səni biganəliyə sövq etməsin!

 

 

 

 

 

[1] Bunlara “hurufu muqatta”, yəni tək-tək oxunan hərflər deyilir. Bunların Nəbimizdən soruşulmaması, onların bilinən bir mənası olduğunu göstərir. Yoxsa müşriklər bunu dillərinə dolayar, Nəbimizi hər zaman rahatsız edərdilər. Bu hərflərlə əlaqəli suallar, İslamın Ərəbistan yarımadası xaricinə yayılmasından sonra başlamışdır. Türkcədə belə bir ifadə tərzi yoxdur. Bu hərflərlə başlayan 29 surədən 25-ində  Qurana, dördündə də mühüm bir mövzuya diqqət çəkməsi, onların diqqətlərini cəlb etmək üçün işlədildiyi başa düşülür (Doğrusunu Allah bilir).

[2] Farsların Romalıları məğlub etdiyi yer, Roma torpaqlarının Məkkəyə ən yaxın olan yeri olaraq başa düşüləcəyi kimi, yer üzünün dəniz səviyyəsinə görə ən aşağı tərəfində olan Lut gölünün yaxınlığındakı yer də başa düşülə bilər.

[3] “Bıd’ (بضع)” kəlməsi üçdən doqquza qədər olan sayılar üçün ifadə edilir. Beşdən çox, ondan az rəqəmləri ifadə etmək üçün də ifadə edildiyi söylənir (Müfrədat).

[4] Məkkədə nazil olan Rum 30/1-6-ci ayələrdə Romalıların (Perslərə/Farslara) məğlub olduğu amma üç ilə doqquz il arasında qalib gələcəkləri və o gün Allahın möminləri bir yardımla sevindirəcəyi bildirilmişdir. Uca Allah, Mədinəyə hicrət etməyə məcbur edilən Muhəmməd əleyhissəlama müharibəyə hazırlanma əmri verdi və özlərindən on qat artıq düşmənlə savaşma vəzifəsi yüklədi (Ənfal 8/65). Perslərlə Romalıların təkrar savaşacaqları xəbəri yayılanda Məkkənin ticarət karvanı Şamda idi. Karvana rəhbərlik edənlər dərhal karvanın müsəlmanların əlinə keçməsinin qarşısını almaq üçün yola düşdülər və savaşa ən münasib yerlərindən biri olan Bədirə çatdılar. Məkkəlilər karvanlarını qorumaq üçün bir ordu ilə Bədirə gəldilər. Müsəlmanlar da Allahın onlara karvanı verəcəyinə inanaraq Bədirə doğru yola düşdülər və özlərini Məkkə ordusunun və karvanın ortasında gördülər (Ənfal 8:42). Beləliklə, Ər-Rum surəsində təsvir edilən şərtlər yerinə yetirildi. Lakin müsəlmanların bir hissəsi, sanki onları ölümə aparırlarmış kimi, narazı bir halda idilər və Muhəmməd əleyhissəlamla mübahisə edirdilər (Ənfal 8:5-6). Digər bir hissə döyüşü deyil, karvanı istəyirdi. Lakin Allah müsəlmanların Məkkə qüvvələri ilə döyüşüb Məhəmmədin Məkkədən qovulması müqabilində Məkkəni ələ keçirmələrini istədi (Ənfal 8:7-8, 30; İsra 17:76-77). Müsəlmanlardakı zəifliyi görən Allah onların döyüşməli olduqları düşmənlərin sayını on nəfərdən iki nəfərə endirdi (Ənfal 8:66). Məkkə ordusu onların sayından iki dəfədən çox olduğundan, Allah Peyğəmbərə yuxuda onların sayının az olduğunu göstərdi ki, fikir ayrılığı olmasın və ordu dağılmasın (Ənfal 8:43). İki ordu qarşılaşdıqda, O, Məkkə ordusunu müsəlmanlara iki dəfə çox göstərdi (Ali-İmran 3:13). O, həmçinin Məkkə xalqına müsəlmanların sayının az olduğunu göstərdi ki, Məkkənin fəthi Bədrdə baş versin (Ənfal 8:44). Lakin bu, belə olmadı; çünki Məhəmməd əleyhissəlamla döyüşə rəhbərlik etdiyi Bədrdə iki mühüm səhv etdi. Birincisi, düşməni tamamilə dağıtmalı olduğu halda hücumu davam etdirmədi (Ənfal 8:57), ikincisi isə düşməni zərərsizləşdirmədən əsir götürdü (Ənfal 8:67, Məhəmməd 47:4). Buna baxmayaraq, Allah Rum surəsindəki vədinə əməl etdi və onlara qələbə qazandırdı. Bu iki günahın bağışlanması üçün Allah illər sonra Məkkənin fəthi üçün yol açdı (Fəth 48/1-3) və Məhəmmədə (ona Allahın salavatı və salamı olsun) fəthdən sonra tövbə edib bağışlanma diləməyi əmr etdi (Nəsr 110/1-3).

[5] “Şaə” ( شاء ) feili “bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Allahın bir şey etməsi o şeyi var etməsi, insanın bir şey etməsi də o şey üçün lazım olan səyi göstərməsidir (“Mufrədat”). Allah, hər şeyi bir ölçüyə görə var edər (Qəmər 54/49, Rad 13/48). Allah hər kəsin doğru yolda olmasını istəyər (Nisa 4/26) amma təkcə doğru işlər görəni doğru yolda sayar (Nur 24/46). Buna görə “şaə” feilinin icraçısı bəndə olarsa “seçib etdi”, Allah olarsa, “seçib yaratdı” mənasına gəlir. Allah, insanlara seçimlərinə görə davranma hürriyyəti verməsəydi, heç kimsə yanlış bir iş görə bilməz və imtahan deyə də bir şey olmazdı (Nəhl 16/93, Yunus 10/99). Yanlış bir qədər anlayışını İslama yerləşdirmək istəyənlər, böyük bir təhrifə yol verərək şaə ( شاء ) feilinə hər yerdə iradə yəni “istəmək və diləmək” mənasını vermiş və bunu təfsirlərə hətta sözlüklərə belə yerləşdirərək, bir çox ayənin məalını pozmuşlar.

[6] Rum 30/47, Mümin 40/51.

[7] Ənfal 8/5-8, 42, 68.

[8] Dünya həyatının gizli tərəfi, onun axirət həyatı üçün bir imtahan vasitəsi olmasıdır..

[9] Yunus 10/7, Müminun 23/63.

[10] Allah, göyləri, yeri və içindəkiləri Onun bir haqqı olaraq “haqq ilə”  onu əzəmətinə uyğun ən gözəl bir şəkildə adına layiq. Necə ki, Allahın adlarından biri də “Haqqdır”. Əsər, sahibinin kim olduğunu göstərir şəkildə. Həmçinin yaradılışın bir qayəsi də bizi və cinləri imtahan etmək üçündür (Mülk 67/2-4).

[11] Rad 13/2, Zümər 39/5, Əhqaf 46/3.

[12] Səcdə 32/10.

[13] Yusuf 12/109, Həcc 22/46, Ənkəbut 29/40, Fatır 35/44, Mümin 40/21, 82, Muhamməd 47/10.

[14] Ali İmran 3/182, Mümin 40/31, Fussilət 41/46.

[15] Ənam 6/10-11, Nahl 16/33-34.

[16] Yunus 10/4, 34; Nəml 27/64; Rum 30/ 27.

[17] Bu saat, yenidən diriliş saatıdır (Tə-ha 20/15).

[18] Zuxruf 43/74-75, Casiyə 45/27.

[19] Ənam 6/94, Mümin 40/18.

[20] İbrahim 14/21, Furqan 25/27-29, Şuəra 26/95-102.

[21] Ənkəbut 29/25, Rum 30/43, Yasin 3659, Vaqiə 56/7

 

[22] Şura 42/22.

[23] Bəqərə 2/39, Maidə 5/10, 86, Əraf 7/147, Həcc 22/57, Təğabun 64/10.

[24] “Axşam vaxtı, Günəşin batmasından gecənin qaranlığına qədər davam edən axşam və gecə namazlarının vaxtıdır. Səhər vaxtı sübhün sonundan və əsl sübhün əvvəlindən günəşin doğmasına qədər sürən vaxtdır. Quranda “günəş” sözü yalnız günorta vaxtı üçün istifadə olunur (İsra 17/78). Bu, dünyanın hər yerində asanlıqla müşahidə olunur. Günəşin vaxtında çıxıb batmadığı qütb bölgələrində axşam namazının vaxtı havanın sakitləşməsi (Duha 93/2) və quşların yuvalarına qayıtmağa başlaması ilə başa düşülür. Səhər namazının vaxtı bitdikdə yüngül bir meh əsir və quşlar yuvalarını tərk edirlər. Hava soyuduqda gecə namazının vaxtı bitir.”

[25] Həmd, birini etdiyi işdən ötrü tərifləməkdir. “Hər cür tərif Aləmlərin Rəbbi Allaha məxsusdur!” demək, Onu ən gözəl tərif etməyin yoludur. Həmd, şükür kəlməsindən daha geniş məna ifadə edir. Quranda Allahı həm digər bütün canlılar həm də insanlar “həmd=tərif” edərlər. Ancaq “şükür” kəlməsi təkcə insanlarla əlaqəlidir. Şükür, daha çox bir şeyin qarşılığını ifadə etmək üçün işlədilir. Buna görə Rəbbimiz “Mənə şükr edin, nankorluq etməyin!” buyurmaqdadır (Bəqərə 2/152).

[26] Quranda fərz namazların vaxtlarını göstərən iki ayə “Namazı qılın!” əmri ilə başlayır (Hud 11/114, İsra 17/78). Bu iki ayə ilə yanaşı, cəmi səkkiz ayədə müəyyən vaxtlarda Allahı təsbih etməkdən bəhs olunur (Taha 20/130, Qaf 50/39-40, Tur 52/49, İnsan 76/25-26). Bu vaxtlarda Allahı təsbih etmək, Onun haqqında həqiqi biliyi şifahi şəkildə ifadə etmək, yəni Onu xatırlamaq deməkdir. Uca Allah namazı zikr məqsədi ilə əmr etdiyi üçün (Nisa 4/103, Taha 20/14), burada əmr edilən təsbih vacib və ya könüllü namazlar vasitəsilə yerinə yetirilir.

[27] Ali İmran 3/27, Ənam 6/95, Yunus 10/31.

[28] Əraf 7/57, Tə-ha 20/55, Fatır 35/9, Fussilət 41/39, Zuxruf 43/11, Kaf 50/9-11.

[29] Allahın ayələri ikiyə ayrılır: İlk olan yaradılmış ayələrdir. Bunlar, kainatdakı bütün varlıqlardır (Casiyə 45/3-6). İkincisi endirilmiş ayələrdir ki onlar ilahi kitablardadır. (Füssilət 41/39; Şura 42/13-14). Yaradılmış ayələr, endirilmiş ayələrin doğruluğunun bir işarəsidir. Çünki, həm kainatı yaradan həm də onunla əlaqəli ən doğru məlumatları verən Allahdır. Endirilmiş və yaradılmış ayələr arasında təzad olmaz, əksinə qopmaz bir bağ vardır (Füssilət 41/53).

[30] Furqan 25/54, Fatır 35/11, Casiyə 45/4.

[31] Əraf 7/189, Nahl 16/72, Şura 42/11.

[32] Mümin 40/57, Şura 42/29.

[33] Hucurat 49/13.

[34] Furqan 25/47, Nəbə 78/9.

[35] Rad 13/12-13.

[36] Nəhl 16/65, Ənkəbut 29/63, Fatır 35/9, Zuxruf 43/11, Casiyə 45/5.

[37] Rad 13/2, Həcc 22/65, Fatır 35/41, Loğman 31/10.

[38] Həcc 22/7, İnfitar 82/4, Adiyat 100/4.

[39] Əraf 7/25, Tə-ha 20/55, Nuh 71/1718.

[40] Ali İmran 3/83.

[41] Bəqər 2/116, Ənbiya 21/19.

[42] Yunus 10/4, 34, Nəml 27/64, Rum 30/11.

[43] Nəhl 16/60.

[44] Nəhl 16/75.

[45] Şûrâ 42/44, Casiye 45/23, Muhammed 47/17.

[46] Bir insan yola gəlmədən Allah onu yola gəlmiş saymaz. Doğru yola gəlmələri üçün könüldən inanmaları lazımdır. Onu da ən yaxşı bilən Allahdır (Əraf 7/186, Nəhl 16/37, Qəsas 28/56).

[47] Ənam 6/161, Yunus 10/104-105, Rum 30/43.

[48] Ayədəki “fətarə (فطر)” sözü “fitrət (فطرة)” kökündən gəlir, yəni bir şeyi bölmək (Lisanul-Ərəb) deməkdir. Allah göyləri, yeri və insanları fitrətə, yəni bölünmə qanununa əsasən yaratmışdır (İsra 17/51, Fatir 35/1, Şura 42/11) və dinini fitrət olaraq təyin etmişdir (Rum 30/30). Buna görə, fitrət həm bütün varlıqların əmələ gəlməsinə, inkişafına, dəyişməsinə və çevrilməsinə tətbiq olunan bölünmə qanunu, həm də varlıqların Yaradanına ağıllı və şüurlu şəkildə ibadət etməsini tələb edən təbii quruluşun adıdır (Ali-İmran 3/83). Bu səbəbdən varlıqlar Allahın əmrinə itaət edirlər (Ənam 6/14, 79; Yusif 12/101; Taha 20/72; Yasin 36/22; Fussilet 41/11). Yalnız insanlar və cinlər istisnadır. Fitrətlərinə uyğun hərəkət edənlər Allaha təslimdirlər. Bu təslimiyyət İslam adlanır. Buna görə də Allah Öz dininə İslam adını vermişdir (Ali-İmran 3/19, Maide 5/3). İslama uyğun yaşayanlar nə qorxu, nə də kədər yaşamırlar (Bəqərə 2/38). Fitrətlərinə zidd hərəkət edənlər əvvəlcə öz bədənləri, sonra isə ətrafları ilə problemlər yaşamağa başlayır və özlərini günaha sürükləyirlər. Bunun səhv olduğunu bilərək, həqiqəti gizlətmək üçün yalanlara əl atırlar və kafir olurlar (Bəqərə 2/39).

[49] Beyyinə 98/5.

[50] Zümər 39/54.

[51] Bəqərə 2/238, Hud 11/114, İsra 17/78.

[52] Ənam 6/14, Qəsas 28/87.

[53] Ali İmran 3/103, 105, Ənam 6/159, Ənbiya 21/92-93, Muminun 23/53

[54] Yunus 10/12, 21, Hud 11/9-10, Zümər 39/8, Fussilət 41/50-51.

[55] Nəhl 16/53-55, Ənkəbut 29/65-66.

[56] Yunus 10/21, Hud 11/9-10, Rum 30/33, Şura 42/48.

[57] “Şaə” feili üçün bax: Rum 30/5-ci ayənin dipnotu.

[58] Rad 13/26, İsra 17/30, Qəsas 28/82, Ənkəbut 29/62, Səbə 34/36, 39, Zümər 39/52, Şura 42/12.

[59] Nisa 4/36, Nahl 16/90, İsra 17/26, Məaric 70/24.

[60] Bəqərə 2/272, İnsan 76/9, Leyl 92/18-20.

[61] Bəqərə 2/276, Ali İmran 3/130, Nisa 4/29.

[62] Faizlə borc verən borc verdiyindən daha çox pul alır, zəkat verən isə malını əlindən çıxarır. Ayədə nəticənin tam əksi olduğu bildirilir. Zəkat cəmiyyətin bütün təbəqələrinə müsbət təsir göstərir. Zəkat verənlər bundan ən çox faydalanırlar. Faiz bazarda daralmaya səbəb olur. Bu, bazarın təbii strukturuna, eləcə də faiz alanların təbiətinə də mənfi təsir göstərir.

[63] Hədid 57/18.

[64] Bəqərə 2/28, Hac 22/66, Casiyə 45/26.

[65] Yunus 10/34-35.

[66] 4/79, Şura 42/30.

[67] Ali İmran 3/137, Ənam 6/11, Nəhl 16/36, Nəml 27/69. Nisa

[68] Ənam 6/161, Yunus 10/104-105, Rum 30/30, Şura 42/47

[69] Kəhf 18/29, Zümər 39/7, Fatır 35/39, Fussilət 41/46, Casiyə 45/15

[70] Yunus 10/4, Nur 24/38, Nəcm 53/31.

[71] Əraf 7/57, Furqan 25/48, Nəml 27/63.

[72] Nahl 16/14, İsra 17/66, Loğman 31/31, Fatır 35/12.

[73] Tövbə 9/70, Yunus 10/13, Rum 30/9-10, Fatır 35/25-26, Mümin 40/21-22.

[74] Yunus 10/103, Hac 22/40, Mü’min 40/51.

[75] “Şaə” feili üçün bax: Rum 30/5-ci ayənin dipnotu.

[76] Hicr 15/22, Nur 24/43, Fatır 35/9, Şura 42/28.

[77] Fussilət 41/49.

[78] Rum 30/19, Fussilət 41/39, Əhqaf 46/33, Qiyamət 75/37-40.

[79] Ənam 6/36, Yunus 10/42, Hud 11/9, Ənbiya 21/45, Rum 30/48-49.

[80] Nəml 27/80, Fatır 35/22.

[81] Yunus 10/43, Həcc 22/46, Zuxruf 43/40.

[82] Nəml 27/81, Fatır 35/18, Yasin 36/11

[83] Həcc 22/5, Müminun 23/12-16, Yasin 36/68, Mümin 40/67.

[84] Yunus 10/45, İsra 17/52, Tə-ha 20/103-104, Müminun 23/112-114, Əhqaf 46/35, Naziat 79/46.

[85] Nahl 16/38.

[86] Mələklər ölən insanın ruhunu göylərə çıxarır, bədəni isə yerdə qalır. Qiyamət günü bədən yenidən yaradılanda ru bədənə geri dönər və insan özünü təzə yuxudan oyanmış zənn edər (Bəqərə 2/28, Əraf 7/29, 40, Məaric 70/4, Yasin 36/52, Təkvir 81/7).

[87] Ölmüş adamın yenidən dirilişi əsnasında keçən zamanı sanki bir göz açıb yumana qədər, hətta daha qısa bir zaman keçdiyini düşünür (Nəhl 16/77, Qəmər 54/50).

[88] Nəhl 16/84, Mümin 40/52, Casiyə 45/35, Tahrim 66/7, Mürsəlat 77/3536.

[89] İsra 17/89, Kəhf 18/54, Zümər 39/27.

[90] Ənam 6/25.

[91] Nəhl 16/108, Mümin 40/35, Muhamməd 47/16.

[92] Yunus 10/109, Hud 11/115, Nəhl 16/127, Mü’min 40/55, Əhqaf 46/35, Tur 52/48, Məaric 70/5, Müddəssir 74/7.