Kəbə sözünün mənası nədir?
Cavab: Kəbə sözünün Ərəb dilində, “dörkünc, kub, aşıq sümüyü və ev” kimi mənaları olduğu deyilir.
Quranda iki dəfə keçir. Ayələrin birində Uca Allah Kəbəni Öz evi kimi tanıdır.[1]
Yer üzündə ilk tikilən ev də Kəbədir. Kəbəni ziyarət etmək, imkanı olan insanlara Rəbbimiz vacib buyurub.[2]
Allah, insanlara Kəbəni mübarək, mənəvi bir yer olaraq təyin etdi ki, insanlar gəlib oranı ziyarət etsin, təvaf edib birlikdə dua etsin və günahlarından da tövbə edib bağışlanma diləsinlər. Beləliklə həm Allaha qarşı həm də öz aralarında məhəbbət yaransın.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:
https://www.muselmanlar.com/elanlar-xeberler/13879.html
https://www.muselmanlar.com/elanlar-xeberler/14139.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz
[1] Bax: Bəqərə 125.
[2] Bax: Ali İmran 97, 196.




