Müsəlmanlar

Kəbənin güvənli olduğunu bildirən ayədə ziddiyyət yoxdurmu?

Sual: Kəbə güvənli bir yerdirmi? Bu mövzudakı ayəni necə başa düşməliyik?

Cavab: Quranda bu ayənin məalı belədir:

“O evi, insanların toplanacaqları və əmin-amanlıq içində olacaqları bir yer etdik. Siz «İbrahim məqamı»nı (İbrahimin ibadət etmək üçün dayandığı yerləri) ibadət yerləri edin. İbrahimə və İsmailə tapşırıq verdik: «Evimi (Kəbəni) təvaf edənlər, etikafda olanlar, ruku və səcdə edənlər üçün tərtəmiz saxlayın!» – dedik.” (Bəqərə, 2/125).

Bəli, Allah, bu ayədə Kəbəni insanlar üçün bərəkətli və əmin-amanlıq üçün inşa etdiyini bildirir. Ancaq bu əmin-amanlıq Allahın xüsusi nəzarəti altındadır, demək deyildir. Buna insanların rəayət etməsi istənilir.  Bu səbəblə orası müminlər üçün müqəddəsdir və orada qan tökmək qadağan edilir. Ama insanların bir qismi bəzi hallarda bu qanunu çeynəyir hətta Kəbənin özünü də yıxırlar. Allahın qoyduğu qadağaları, güvənli bölgələri insanlar çeynəyirsə, bu, Allahın acizliyi deyil, insanların qoyulan qanunlara tabe olmamasıdır. Allah, Öz qanunlarında insanları sərbəst buraxmış istəyən qoyulan bu qanunlara tabe olar istəyən olmaz. Zorla onlara maneəçilik törətməz. İmtahan da elə bunun üçündür.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/elanlar-xeberler/13101.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.