Müsəlmanlar

Həcc Surəsi

Həcc surəsi 78 ayədən ibarətdir. Daha çox Həcc ibadətindən bəhs edildiyi üçün surəyə bu ad verilmişdir.

 

يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ إِنَّ زَلْزَلَةَ السَّاعَةِ شَيْءٌ عَظِيمٌ

  1. Ey insanlar! Rəbbinizə qarşı çıxmaqdan çəkinin! Həqiqətən, o saatın[1]/yenidən diriliş saatının sarsıntısı[2] çox böyük bir şeydir.

 

يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّا أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى النَّاسَ سُكَارَى وَمَا هُم بِسُكَارَى وَلَكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ

  1. Onu görəcəyiniz gün, hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın da qarnında daşıdığını düşürər.[3] İnsanları sərxoş görəcəksən, halbuki, onlar sərxoş olmayacaqlar. Lakin, Allahın əzabı şiddətlidir.[4]

 

وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّبِعُ كُلَّ شَيْطَانٍ مَّرِيدٍ

  1. İnsanlardan eləsi var ki, Allah haqqında bir biliyə əsaslanmadan mübahisəyə girər[5] və hər inkarçı şeytana tabe olur.

 

كُتِبَ عَلَيْهِ أَنَّهُ مَن تَوَلَّاهُ فَأَنَّهُ يُضِلُّهُ وَيَهْدِيهِ إِلَى عَذَابِ السَّعِيرِ

  1. Şeytan haqqında yazılan budur: “Kim onu, özünə vəli tutarsa/yaxınlıq edərsə, o, mütləq onu yoldan çıxarır və alovlu atəşin/cəhənnəmin əzabına sürükləyər.[6]

 

يَا أَيُّهَا النَّاسُ إِن كُنتُمْ فِي رَيْبٍ مِّنَ الْبَعْثِ فَإِنَّا خَلَقْنَاكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ مِن مُّضْغَةٍ مُّخَلَّقَةٍ وَغَيْرِ مُخَلَّقَةٍ لِّنُبَيِّنَ لَكُمْ وَنُقِرُّ فِي الْأَرْحَامِ مَا نَشَاء إِلَى أَجَلٍ مُّسَمًّى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ وَمِنكُم مَّن يُتَوَفَّى وَمِنكُم مَّن يُرَدُّ إِلَى أَرْذَلِ الْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِن بَعْدِ عِلْمٍ شَيْئًا وَتَرَى الْأَرْضَ هَامِدَةً فَإِذَا أَنزَلْنَا عَلَيْهَا الْمَاء اهْتَزَّتْ وَرَبَتْ وَأَنبَتَتْ مِن كُلِّ زَوْجٍ بَهِيجٍ

  1. Ey insanlar! Əgər yenidən dirilmə məsələsindən şübhə edirsinizsə: Biz sizi torpaqdan, sonra mayalanmış yumurtadan, sonra da rəhm divarına asılı bir embriondan, sonra da tam bir şəklə düşmüş və ya düşməmiş bir ət[7] parçasından yaratdıq[8] ki, sizə bu (yenidən dirlişi) bəyan edək. Yaşamasını lazım gördüyümüzü[9] müəyyən bir müddətə qədər rəhmlərdə tutar, sonra sizi bir körpə olaraq çıxararıq. Sonra da güçlü qüvvətli çağa gələsiniz deyə (yaşadırıq). Kiminiz (erkən yaşda) vəfat etdirilir,[10] kiminiz də ömrün ən düşkün/möhtac halına geri döndürülür.[11] Beləcə, bilən biri ikən heç bir şey bilməz hala gətirilir. Torpağı da qurumuş bir halda görərsən, amma üzərinə suyu tökdüyümüz zaman hərəkətə gəlib qaparır və erkəkli-dişili cürbəcür gözəl bitkilər bitirir.[12]

 

ذَلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّهُ يُحْيِي الْمَوْتَى وَأَنَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

  1. Bax belə, şübhəsiz ki Allah, O, haqqın özüdür![13] O, ölülərə həyar verir,[14] hər şeyə bir ölçü qoyur.[15]

 

وَأَنَّ السَّاعَةَ آتِيَةٌ لَّا رَيْبَ فِيهَا وَأَنَّ اللَّهَ يَبْعَثُ مَن فِي الْقُبُورِ

  1. Heç bir şübhəsi olmayan o saat da mütləq gələcəkdir![16] Allah qəbirdəkiləri də mütləq dirildəcəkdir.[17]

 

وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَابٍ مُّنِيرٍ

  1. İnsanlardan eləsi də vardır ki, Allah haqqında bir biliyi, doğru bir rəhbəri və aydınladıcı bir kitabı olmadan Allah barəsində mübahisəyə girər.[18]

 

ثَانِيَ عِطْفِهِ لِيُضِلَّ عَن سَبِيلِ اللَّهِ لَهُ فِي الدُّنْيَا خِزْيٌ وَنُذِيقُهُ يَوْمَ الْقِيَامَةِ عَذَابَ الْحَرِيقِ

  1. Bunu, təkəbbürlü bir əda ilə Allahın yolundan azdırmaq üçün edər. Onun üçün dünyada rüsvaylıq vardır. Qiyamət/məzardan qalxma günündə də ona cəhənnəm odunun əzabını daddıracağıq.[19]

 

ذَلِكَ بِمَا قَدَّمَتْ يَدَاكَ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِّلْعَبِيدِ

  1. (Ona belə deyiləcək) Bax bu, öz əllərinlə etdiklərinə qarşılıqdır. Yoxsa Allah, bəndələrinə əsla haqsızlıq etməz!”[20]

 

وَمِنَ النَّاس مَن يَعْبُدُ اللَّهَ عَلَى حَرْفٍ فَإِنْ أَصَابَهُ خَيْرٌ اطْمَأَنَّ بِهِ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ انقَلَبَ عَلَى وَجْهِهِ خَسِرَ الدُّنْيَا وَالْآخِرَةَ ذَلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ

  1. İnsanlardan eləsi də, Allaha şərtli olaraq qulluq edər. Əgər bir xeyir toxunsa, onunla rahatlayır, başına bir sıxıntı gəlincə də üzü üstə geri dönər. Dünyasını da axirətini də pərişan edər. Həqiqi pərişanlıq bax budur![21]

 

يَدْعُو مِن دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُ وَمَا لَا يَنفَعُهُ ذَلِكَ هُوَ الضَّلَالُ الْبَعِيدُ

  1. Özünə bir zərəri olmayacaq və bir fayda da saxlamayacaq şeyləri Allah ilə öz arasına qoyaraq onlara yalvarır. Dərin bir zəlalət/Haqq yoldan uzaq düşmək bax budur![22]

 

يَدْعُو لَمَن ضَرُّهُ أَقْرَبُ مِن نَّفْعِهِ لَبِئْسَ الْمَوْلَى وَلَبِئْسَ الْعَشِيرُ

  1. Zərəri faydasından daha çox olana sidq ürəkdən yalvarır. O, nə pis bir himayəçi və nə pis bir yoldaşdır![23]

 

إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يُرِيدُ

  1. Şübhəsiz ki, Allah inanıb güvənən və xeyirxah işlər görənləri içindən çaylar axan cənnətlərə daxil edəcək.[24] Əlbəttə, Allah istədiyini edər.[25]

 

مَن كَانَ يَظُنُّ أَن لَّن يَنصُرَهُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ فَلْيَمْدُدْ بِسَبَبٍ إِلَى السَّمَاء ثُمَّ لِيَقْطَعْ فَلْيَنظُرْ هَلْ يُذْهِبَنَّ كَيْدُهُ مَا يَغِيظُ

  1. Hər kim Allahın dünyada və axirətdə özünə əsla yardım etməyəcəyini zənn edirsə, hədəfinə çatacaq bir yolda[26] göyə/Allaha əl açsın, digərlərini də (yalvardıqlarını) buraxsın.[27] Onun bu planı,[28] azmasına səbəb olan şeyi ortadan qaldırıb-qaldırmadığına bir baxsın![29]

 

وَكَذَلِكَ أَنزَلْنَاهُ آيَاتٍ بَيِّنَاتٍ وَأَنَّ اللَّهَ يَهْدِي مَن يُرِيدُ

  1. Bax belə… Onu/Quranı açıq ayələr şəklində nazil etdik.[30] Allah, istəyən kimsəyi[31] yoluna qəbul edər.

 

إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالصَّابِئِينَ وَالنَّصَارَى وَالْمَجُوسَ وَالَّذِينَ أَشْرَكُوا إِنَّ اللَّهَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ

  1. İnanıb güvənənlər ilə Yəhudilər,[32] Sabiilər,[33] Nəsranilər/Xristianlar,[34] Məcusilər[35] və bir də şərik qoşanlar var ha! Allah, qiyamət/yenidən qalxma günü onların arasını ayıracaqdır[36]. Allah hər şeyə şahiddir.

 

أَلَمْ تَرَ أَنَّ اللَّهَ يَسْجُدُ لَهُ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ وَالشَّمْسُ وَالْقَمَرُ وَالنُّجُومُ وَالْجِبَالُ وَالشَّجَرُ وَالدَّوَابُّ وَكَثِيرٌ مِّنَ النَّاسِ وَكَثِيرٌ حَقَّ عَلَيْهِ الْعَذَابُ وَمَن يُهِنِ اللَّهُ فَمَا لَهُ مِن مُّكْرِمٍ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يَشَاء

  1. Görmədinmi, göylərdə olanlarla yerdə olanlar, Günəş, Ay, ulduzlar, dağlar, ağaclar, hərəkət edən canlılar və bir çox insan Allaha səcdə edir/boyun əyirlər.[37] Bir çoxuna da əzab haqq oldu. Allah kimi dəyərsiz etmişsə, onu heç kim dəyərli edə bilməz. Allah, lazım gördüyü şeyi edər.

 

هَذَانِ خَصْمَانِ اخْتَصَمُوا فِي رَبِّهِمْ فَالَّذِينَ كَفَرُوا قُطِّعَتْ لَهُمْ ثِيَابٌ مِّن نَّارٍ يُصَبُّ مِن فَوْقِ رُؤُوسِهِمُ الْحَمِيمُ

  1. Bunlar, Rəbbi haqqında münaqişə edən iki tərəfdir. Kafirlik edən tərəf üçün atəşdən paltarlar biçiləcək və başlarından aşağı qaynaq sular töküləcəkdir.[38]

 

يُصْهَرُ بِهِ مَا فِي بُطُونِهِمْ وَالْجُلُودُ

  1. Onunla qarınlarının içində olanlar və dəriləri əridiləcəkdir.[39]

 

وَلَهُم مَّقَامِعُ مِنْ حَدِيدٍ

  1. Onlar üçün dəmirdən topuzlar hazırlanmışdır.[40]

 

كُلَّمَا أَرَادُوا أَن يَخْرُجُوا مِنْهَا مِنْ غَمٍّ أُعِيدُوا فِيهَا وَذُوقُوا عَذَابَ الْحَرِيقِ

  1. Çəkdikləri qəm səbəbiylə hər nə zaman oradan çıxmaq istəsələr, yenidən oraya qaytarılırlar və onlara: “Dadın yandırıb-yaxan əzabı!”[41] (deyilər).

 

إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَلُؤْلُؤًا وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌ

  1. Şübhəsiz Allah, inanıb güvənən və xeyirxah işlər görənləri isə içindən çaylar axan cənnətlərə qoyacaqdır. Onlara orada qızıl bilərziklər və incilər taxılacaq, oradaki paltarları isə ipəkdən olacaqdır.[42]

 

وَهُدُوا إِلَى الطَّيِّبِ مِنَ الْقَوْلِ وَهُدُوا إِلَى صِرَاطِ الْحَمِيدِ

  1. Onlar, həm sözün gözəlinə yönəldilmiş[43] həm də həmd/şükür edilməyə layiq Allahın yoluna yönəldilmişlər.[44]

 

إِنَّ الَّذِينَ كَفَرُوا وَيَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ وَالْمَسْجِدِ الْحَرَامِ الَّذِي جَعَلْنَاهُ لِلنَّاسِ سَوَاء الْعَاكِفُ فِيهِ وَالْبَادِ وَمَن يُرِدْ فِيهِ بِإِلْحَادٍ بِظُلْمٍ نُذِقْهُ مِنْ عَذَابٍ أَلِيمٍ

  1. Kafirlik edənlər, Allahın yolundan döndərənlər və istər orada yaşayan yerli, istər kənardan gəlmə olsun hər insan üçün bərabər səviyyədə tutduğumuz Məscidi-Haramdan[45] döndərənlər, bilsinlər ki, kim orada haqdan uzaqlaşmaq, zülm etmək istərsə, biz ona ağrılı-acılı bir əzab daddıracağıq.[46]

 

وَإِذْ بَوَّأْنَا لِإِبْرَاهِيمَ مَكَانَ الْبَيْتِ أَن لَّا تُشْرِكْ بِي شَيْئًا وَطَهِّرْ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْقَائِمِينَ وَالرُّكَّعِ السُّجُودِ

  1. Bir zaman İbrahimi o Beytin olduğu yerə[47] yerləşdirib, belə demişdik: “Mənə heç bir şeyi şərik qoşma! Təvaf edənlər,[48] qiyam, rüku və səcdə edənlər/namaz qılanlar üçün Beytimi təmiz saxla!”[49]

 

وَأَذِّن فِي النَّاسِ بِالْحَجِّ يَأْتُوكَ رِجَالًا وَعَلَى كُلِّ ضَامِرٍ يَأْتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٍ

  1. İnsanlara həcci elan et![50] İstər piyada, istərsə uzun yolları aşan hər cür yol yorğunu miniklər üzərində sənə gəlsinlər.[51]

 

لِيَشْهَدُوا مَنَافِعَ لَهُمْ وَيَذْكُرُوا اسْمَ اللَّهِ فِي أَيَّامٍ مَّعْلُومَاتٍ عَلَى مَا رَزَقَهُم مِّن بَهِيمَةِ الْأَنْعَامِ فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْبَائِسَ الْفَقِيرَ

  1. Öz mənfəətlərinə şahid olmaq[52] və Allahın onlara ruzi olaraq verdiyi ənam (qoyun, keçi, dəvə, inək) cinsi heyvanların üstündə, hərkəs tərəfindən bilinən günlərdə[53] Onun adını anmaq (qurban kəsmək) üçün[54] (gəlsinlər). O qurbanlardan siz də yeyin, fağır olub darda qalana da yedirin![55]

 

ثُمَّ لْيَقْضُوا تَفَثَهُمْ وَلْيُوفُوا نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا بِالْبَيْتِ الْعَتِيقِ

  1. Sonra vəzifələrini (Ərəfat və Müzdəlifə vəqfələrini) yerinə gətirsinlər,[56] nəzirlərini yerinə yetirsinlər[57] və Beyti Ətiqdə[58] (Kəbə, Səfa, Mərvə və Minada) təvaflarını etsinlər.[59]

 

ذَلِكَ وَمَن يُعَظِّمْ حُرُمَاتِ اللَّهِ فَهُوَ خَيْرٌ لَّهُ عِندَ رَبِّهِ وَأُحِلَّتْ لَكُمُ الْأَنْعَامُ إِلَّا مَا يُتْلَى عَلَيْكُمْ فَاجْتَنِبُوا الرِّجْسَ مِنَ الْأَوْثَانِ وَاجْتَنِبُوا قَوْلَ الزُّورِ

  1. (Həcc ibadəti) Bax belədir. Kim Allahın qadağalarına hörmət göstərərsə,[60] bu Rəbbinin dərgahında onun üçün xeyirli olar. Sizə bildirilənlər xaric[61] ənam (qoyun, keçi, inək və dəvə) cinsi heyvanlar sizə halal edilmişdir. Bütləşdirmə[62] pisliyindən uzaq durun! Yalan/uydurma sözlərdən də uzaq durun!

 

حُنَفَاء لِلَّهِ غَيْرَ مُشْرِكِينَ بِهِ وَمَن يُشْرِكْ بِاللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ السَّمَاء فَتَخْطَفُهُ الطَّيْرُ أَوْ تَهْوِي بِهِ الرِّيحُ فِي مَكَانٍ سَحِيقٍ

  1. Ona şərik qoşmadan, birbaşa Allaha yönələnlərdən olun! Hər kim Allaha şərik qoşarsa, sanki göydən düşmüş quşlar onu qapmış ya da rüzgar onu sovurub uzaq bir yerə atmış kimi olur.[63]

 

ذَلِكَ وَمَن يُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِن تَقْوَى الْقُلُوبِ

  1. (Şirk qoşanın halı) Bax belə… Kim ki, Allahın nişanələrinə[64] hörmət göstərərsə (bilsin ki) bu, qəlblərdəki təqvadan[65] qaynaqlanır.

 

لَكُمْ فِيهَا مَنَافِعُ إِلَى أَجَلٍ مُّسَمًّى ثُمَّ مَحِلُّهَا إِلَى الْبَيْتِ الْعَتِيقِ

  1. Onlarda (Qurbanlıqlarda) müəyyən bir vaxta qədər sizin üçün faydalar vardır. Sonra gətirilib kəsiləcəkləri yer[66] Beyti-Ətiqdir (Harəm bölgəsidir).

 

وَلِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنسَكًا لِيَذْكُرُوا اسْمَ اللَّهِ عَلَى مَا رَزَقَهُم مِّن بَهِيمَةِ الْأَنْعَامِ فَإِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَلَهُ أَسْلِمُوا وَبَشِّرِ الْمُخْبِتِينَ

  1. Biz hər ümmət üçün müəyyən bir ibadət zamanı təyin etdik ki,[67] Allahın özlərinə ruzi olaraq verdiyi ənam (qoyun, keçi, inək və dəvə) cinsi heyvanların üzərinə (qurban kəsəndə) Onun adını çəksinlər. Nəticədə hamınızın ilahı tək bir ilahdır, elə isə təkcə Ona təslim olun! Təvazökar olanlara müjdə ver![68]

 

الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَالصَّابِرِينَ عَلَى مَا أَصَابَهُمْ وَالْمُقِيمِي الصَّلَاةِ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ

  1. Onlar, Allahın adı çəkiləndə qəlbləri ürpərən, başlarına gələnlər qarşısında səbrli davranan/dirayətli olan, namazı davamlı qılan və özlərinə verdiyimiz ruzidən xeyrə xərcləyənlərdir.[69]

 

وَالْبُدْنَ جَعَلْنَاهَا لَكُم مِّن شَعَائِرِ اللَّهِ لَكُمْ فِيهَا خَيْرٌ فَاذْكُرُوا اسْمَ اللَّهِ عَلَيْهَا صَوَافَّ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْقَانِعَ وَالْمُعْتَرَّ كَذَلِكَ سَخَّرْنَاهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

  1. Sizin üçün qurbanlıq heyvanların (ənamın) bədən inkişafını tamamlamış olanlarını da[70] Allaha qulluğun nişanələrindən[71] Onlarda sizin üçün xeyrinizə olacaq şeylər vardır. Səf-səf düzüldükləri sırada üzərlərinə Allahın adını çəkin (və kəsin)![72] Yanları üstə düşdükləri zaman onlardan yeyin, əl açıb istəməyənə də istəyənə də yedirin![73] Beləcə, şükür edəsiniz deyə, onları sizin xidmətinizə verdik.

 

لَن يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَكِن يَنَالُهُ التَّقْوَى مِنكُمْ كَذَلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا اللَّهَ عَلَى مَا هَدَاكُمْ وَبَشِّرِ الْمُحْسِنِينَ

  1. Onların ətləri də qanları da Allaha əsla çatmaz. Lakin, Ona sizin təqvanız çatar! Onları bu şəkildə sizin xidmətinizə verdi ki, sizi doğruya yönləndirdiyi üçün Allahı təkbirlərlə yad edəsiniz (bayram namazı qılasınız).[74] Gözəl davrananları müjdələ!

 

إِنَّ اللَّهَ يُدَافِعُ عَنِ الَّذِينَ آمَنُوا إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٍ كَفُورٍ

  1. Şübhəsiz Allah, inanıb güvənənləri qoruyar.[75] Əlbəttə Allah heç bir xaini, nankoru sevməz![76]

 

أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا وَإِنَّ اللَّهَ عَلَى نَصْرِهِمْ لَقَدِيرٌ

  1. Özlərinə savaş açılanlara, zülmə məruz qalmaları səbəb ilə savaş izni verildi.[77] Şübhəsiz ki, Allah onlara yardım etməyə əlbəttə qadirdir.[78]

 

الَّذِينَ أُخْرِجُوا مِن دِيَارِهِمْ بِغَيْرِ حَقٍّ إِلَّا أَن يَقُولُوا رَبُّنَا اللَّهُ وَلَوْلَا دَفْعُ اللَّهِ النَّاسَ بَعْضَهُم بِبَعْضٍ لَّهُدِّمَتْ صَوَامِعُ وَبِيَعٌ وَصَلَوَاتٌ وَمَسَاجِدُ يُذْكَرُ فِيهَا اسْمُ اللَّهِ كَثِيرًا وَلَيَنصُرَنَّ اللَّهُ مَن يَنصُرُهُ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ

  1. Onlar sırf “Rəbbimiz Allahdır!” dedikləri üçün haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah, insanların bir qismini digər bir qismi ilə dəf etməsəydi; monastırlar, kilsələr, sinaqoqlar və içində Allahın adı çox zikr edilən məscidlər mütləq yerlə bir edilərdi.[79] Allah, özünə/dininə yardım edənə[80] əlbəttə yardım edər. Şübhəsiz ki, Allah qvvətlidir, əzizdir/qüdrətlidir!

 

الَّذِينَ إِن مَّكَّنَّاهُمْ فِي الْأَرْضِ أَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنكَرِ وَلِلَّهِ عَاقِبَةُ الْأُمُورِ

  1. Onlar elə kəslərdir ki, əgər onlara güc və imkan versək namazı davamlı qılar, zəkatı verər, yaxşı işləri əmr edər və pis işləri isə qadağan edər.[81] Bütün işlərin aqibəti Allaha aiddir.

 

وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَثَمُودُ

  1. Səni yalanlayırlarsa (bil ki) onlardan öncə Nuhun xalqını, Ad (Hudun xalqı) və Səmudu (Salihin xalqını) da yalanlamışdılar.[82]

 

وَقَوْمُ إِبْرَاهِيمَ وَقَوْمُ لُوطٍ

  1. İbrahimin xalqı ilə Lutun xalqı da həmçinin…

 

وَأَصْحَابُ مَدْيَنَ وَكُذِّبَ مُوسَى فَأَمْلَيْتُ لِلْكَافِرِينَ ثُمَّ أَخَذْتُهُمْ فَكَيْفَ كَانَ نَكِيرِ

  1. Mədyənlilər də o cümlədən. Musa da yalanlandı. O kafirlərə əvvəlcə möhlət verdim, sonra da onları yaxaladım. Məni inkar etmək necə olurmuş (görün)![83]

 

فَكَأَيِّن مِّن قَرْيَةٍ أَهْلَكْنَاهَا وَهِيَ ظَالِمَةٌ فَهِيَ خَاوِيَةٌ عَلَى عُرُوشِهَا وَبِئْرٍ مُّعَطَّلَةٍ وَقَصْرٍ مَّشِيدٍ

  1. Neçə-neçə məmləkəti zülm etməklə məşğul ikən həlak etdik. Artıq divarları tavanlarının üstünə çökmüş haldadır. Neçə-neçə quyular və möhtəşəm saraylar yiyəsiz/boş qalmış.[84]

 

أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آذَانٌ يَسْمَعُونَ بِهَا فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَكِن تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ

  1. Yer üzündə gəzib dolaşmadılarmı ki, düşünəcək qəlbləri yaxud dinləyəcək qulaqları olsun![85] Əlbəttə, gözlər kor olmaz, lakin sinələrdəki qəlblər kor olur.[86]

 

وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَلَن يُخْلِفَ اللَّهُ وَعْدَهُ وَإِنَّ يَوْمًا عِندَ رَبِّكَ كَأَلْفِ سَنَةٍ مِّمَّا تَعُدُّونَ

  1. Səndən əzabın tez gəlməsini istəyirlər.[87] Allah, vədinə əsla xilaf çıxmaz! Rəbbinin dərgahındakı bir gün sizin saydığınız min il kimidir.[88]

 

وَكَأَيِّن مِّن قَرْيَةٍ أَمْلَيْتُ لَهَا وَهِيَ ظَالِمَةٌ ثُمَّ أَخَذْتُهَا وَإِلَيَّ الْمَصِيرُ

  1. Zülm etməklə məşğul olan neçə məmləkətə möhlət verdim, sonra da onları yaxaladım.[89] Dönüb gələcəkləri yer Mənim huzurumdur.

 

قُلْ يَا أَيُّهَا النَّاسُ إِنَّمَا أَنَا لَكُمْ نَذِيرٌ مُّبِينٌ

  1. De ki: “Ey insanlar! Mən sizin üçün açıq-aşkar bir xəbərdar edənəm!”

 

فَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ

  1. İnanıb güvənən və xeyirxah işlər görənlərə gəlincə, onlar üçün məğfirət[90] və tükənməz ruzi vardır.[91]

 

وَالَّذِينَ سَعَوْا فِي آيَاتِنَا مُعَاجِزِينَ أُوْلَئِكَ أَصْحَابُ الْجَحِيمِ

  1. Ayələrimizi aciz/təsirsiz hala gətirməyə çalışanlar ki var,[92] bax onlar yaxıcı atəşin əhalisidir!

 

وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ وَلَا نَبِيٍّ إِلَّا إِذَا تَمَنَّى أَلْقَى الشَّيْطَانُ فِي أُمْنِيَّتِهِ فَيَنسَخُ اللَّهُ مَا يُلْقِي الشَّيْطَانُ ثُمَّ يُحْكِمُ اللَّهُ آيَاتِهِ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ

  1. Biz səndən əvvəl elə bir elçi və nəbi[93] göndərmədik ki, o, bir şeyi arzu etdiyi zaman şeytan onun arzusuna bir şey qatmış olmasın.[94] Ancaq Allah, şeytanın qatdığını yox edər, sonra da Allah Öz ayələrini möhkəmlədər.[95] Allah biləndir, hikmət sahibidir.

 

لِيَجْعَلَ مَا يُلْقِي الشَّيْطَانُ فِتْنَةً لِّلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ وَالْقَاسِيَةِ قُلُوبُهُمْ وَإِنَّ الظَّالِمِينَ لَفِي شِقَاقٍ بَعِيدٍ

  1. Şeytanın qatdığı şeyə (Allahın icazə verməsi), qəlblərində xəstəlik olanları[96] və qatı qəlbliləri[97] sınamaq üçündür. Şübhəsiz ki, zalımlar dərin bir ayrılıq içindədirlər.

 

وَلِيَعْلَمَ الَّذِينَ أُوتُوا الْعِلْمَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّكَ فَيُؤْمِنُوا بِهِ فَتُخْبِتَ لَهُ قُلُوبُهُمْ وَإِنَّ اللَّهَ لَهَادِ الَّذِينَ آمَنُوا إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ

  1. Bir də özlərinə elm verilmiş olanlar, onun/Quranın Rəbbindən gələn bir həqiqət olduğunu bilib inanmaları və qəlblərinin ona bağlı qalması üçündür. Allah, inanıb güvənənləri əlbəttə doğru yola yönləndirir.[98]

 

وَلَا يَزَالُ الَّذِينَ كَفَرُوا فِي مِرْيَةٍ مِّنْهُ حَتَّى تَأْتِيَهُمُ السَّاعَةُ بَغْتَةً أَوْ يَأْتِيَهُمْ عَذَابُ يَوْمٍ عَقِيمٍ

  1. Kafirlik edənlər, o saat/yenidən diriliş saatı[99] qəflətən onlara gələnədək və ya sabahı olmayan bir günün əzabı onlara gələnədək[100] onun (Allahın kitabı) barəsində tərəddüd içində qalmağa davam edəcəklər.

 

الْمُلْكُ يَوْمَئِذٍ لِّلَّهِ يَحْكُمُ بَيْنَهُمْ فَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فِي جَنَّاتِ النَّعِيمِ

  1. O gün, bütün hökm/səlahiyyət Allahındır.[101] Aralarında o hökm edəcəkdir.[102] İnanıb güvənən və xeyirxah işlər görənlər, Nəim cənnətlərində/nemətlərlə dolu cənnətlərdə olacaqlar.

 

وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا فَأُوْلَئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ

  1. Ayələrimizi görməzlikdən gələnlər və onları yalanlayanlar, bax onlar üçün alçaldıcı bir əzab vardır.[103]

 

وَالَّذِينَ هَاجَرُوا فِي سَبِيلِ اللَّهِ ثُمَّ قُتِلُوا أَوْ مَاتُوا لَيَرْزُقَنَّهُمُ اللَّهُ رِزْقًا حَسَنًا وَإِنَّ اللَّهَ لَهُوَ خَيْرُ الرَّازِقِينَ

  1. Allah yolunda hicrət[104] edən, sonra öldürülən və ya ölənləri Allah, əlbəttə, gözəl bir şəkildə ruziləndirəcəkdir.[105] Şübhəsiz Allah, ruzi verənlərin ən xeyirlisidir.

 

لَيُدْخِلَنَّهُم مُّدْخَلًا يَرْضَوْنَهُ وَإِنَّ اللَّهَ لَعَلِيمٌ حَلِيمٌ

  1. Əlbəttə, onları razı qalacaqları bir yerə daxil edəcəkdir. Əlbəttə Allah, hər şeyi biləndir, həlimdir.

 

ذَلِكَ وَمَنْ عَاقَبَ بِمِثْلِ مَا عُوقِبَ بِهِ ثُمَّ بُغِيَ عَلَيْهِ لَيَنصُرَنَّهُ اللَّهُ إِنَّ اللَّهَ لَعَفُوٌّ غَفُورٌ

  1. Bu belədir![106] Kim, özünə qarşı işlənən cəzaya misli ilə[107] cəza verər, sonra yenə təcavüzə məruz qalarsa, Allah ona mütləq yardım edər. Allah əfv edəndir, bağışlayandır!

 

ذَلِكَ بِأَنَّ اللَّهَ يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَأَنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ

  1. Bax belə; Allah gecəni gündüzə qatar, gündüzü də gecəyə qatar.[108] Allah eşidəndir, görəndir!

 

ذَلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِن دُونِهِ هُوَ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ

  1. Bax belə; Allah haqdır, Onunla öz aralarına qoyub yardıma çağırdıqları isə batıldır.[109] O ucadır, böyükdür!

 

أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنزَلَ مِنَ السَّمَاء مَاء فَتُصْبِحُ الْأَرْضُ مُخْضَرَّةً إِنَّ اللَّهَ لَطِيفٌ خَبِيرٌ

  1. Allahın göydən su endirdiyini, beləcə yer üzünün yaşıllaşdığını görmürsənmi?[110] Allah lütfkardır, hər şeydən xəbərdardır.

 

لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَإِنَّ اللَّهَ لَهُوَ الْغَنِيُّ الْحَمِيدُ

  1. Göylərdə və yerdə nə varsa, hamısı Onundur! Əlbəttə Allah, heç bir şeyə ehtiyacı olmayan/zəngin, tərifəlayiqdir![111]

 

أَلَمْ تَرَ أَنَّ اللَّهَ سَخَّرَ لَكُم مَّا فِي الْأَرْضِ وَالْفُلْكَ تَجْرِي فِي الْبَحْرِ بِأَمْرِهِ وَيُمْسِكُ السَّمَاء أَن تَقَعَ عَلَى الْأَرْضِ إِلَّا بِإِذْنِهِ إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَؤُوفٌ رَّحِيمٌ

  1. Allahın quruda olanları və Onun əmri ilə/qoyduğu qanunla dənizdə üzüb gedən gəmiləri xidmətinizə verdiyini[112], Göyü də Onun izni olmadan yerə düşməməsi üçün tutub saxladığını görmədinmi?[113] Əlbəttə Allah, insanlara qarşı çox şəfqətlidir, mərhəmətlidir!

 

وَهُوَ الَّذِي أَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ إِنَّ الْإِنسَانَ لَكَفُورٌ

  1. O, sizə həyat verəndir! Sonra sizi öldürəcək, sonra təkrar həyat verəcək/dirildəcəkdir.[114] Həqiqətən, insan çox nankordur!

 

لِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنسَكًا هُمْ نَاسِكُوهُ فَلَا يُنَازِعُنَّكَ فِي الْأَمْر وَادْعُ إِلَى رَبِّكَ إِنَّكَ لَعَلَى هُدًى مُّسْتَقِيمٍ

  1. Biz hər ümmət üçün müəyyən bir ibadət zamanı təyin etdik. Onlar o ibadəti yerinə yetirirlər.[115] Elə isə, bu mövzuda səninlə mübahisə etməsinlər. Sən, Rəbbinə çağır.[116] Sən, əlbəttə doğru bir yol üzərindəsən![117]

 

وَإِن جَادَلُوكَ فَقُلِ اللَّهُ أَعْلَمُ بِمَا تَعْمَلُونَ

  1. Əgər səninlə mübahisə etsələr, de ki: “Allah, etdiyiniz əməlləri daha yaxşı bilir.”[118]

 

اللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ

  1. Allah, qiyamət/məzardan qalxma[119] günü, ixtilaf etdiyiniz mövzularda aranızda hökmünü verəcəkdir.[120]

 

أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاء وَالْأَرْضِ إِنَّ ذَلِكَ فِي كِتَابٍ إِنَّ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرٌ

  1. Bilmirsənmi ki, Allah göydə və yerdə olan hər şeyi bilir. Əlbəttə, bunların yazılı bir qeydi vardır. Bu, Allah üçün çox asandır.[121]

 

وَيَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَمَا لَيْسَ لَهُم بِهِ عِلْمٌ وَمَا لِلظَّالِمِينَ مِن نَّصِيرٍ

  1. Allah ilə öz aralarına qoyduqları elə bir şeyə qulluq edirlər ki, onun barəsində nə bir dəlil nazil edilmiş,[122] nə də bu barədə bir bilikləri var.[123] Zalımların bir yardımcısı da olmaz.

 

وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ تَعْرِفُ فِي وُجُوهِ الَّذِينَ كَفَرُوا الْمُنكَرَ يَكَادُونَ يَسْطُونَ بِالَّذِينَ يَتْلُونَ عَلَيْهِمْ آيَاتِنَا قُلْ أَفَأُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَلِكُمُ النَّارُ وَعَدَهَا اللَّهُ الَّذِينَ كَفَرُوا وَبِئْسَ الْمَصِيرُ

  1. Onlara ayələrimiz bir-birini açıqlayacaq şəkildə bağlantıları ilə birlikdə oxunduğu zaman, kafirlik edənlərin/görməzdən gələnlərin inkarcı tavırlarını üzlərindən oxuyarsan. Özlərinə ayələrimizi bağlantıları ilə birlikdə oxuyanlara az qalır ki, hücum çəksinlər.[124] De ki: “Sizə bundan da pisini xəbər verimmi? Cəhənnəm atəşi! Allah onu, kafirlərə söz vermişdir. O nə pis dönüş yeridir!”

 

يَا أَيُّهَا النَّاسُ ضُرِبَ مَثَلٌ فَاسْتَمِعُوا لَهُ إِنَّ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللَّهِ لَن يَخْلُقُوا ذُبَابًا وَلَوِ اجْتَمَعُوا لَهُ وَإِن يَسْلُبْهُمُ الذُّبَابُ شَيْئًا لَّا يَسْتَنقِذُوهُ مِنْهُ ضَعُفَ الطَّالِبُ وَالْمَطْلُوبُ

  1. Ey insanlar! Sizə bir məsəl çəkilir,[125] onu dinləyin! Allah ilə aranıza qoyub yardıma çağırdıqlarınız bir araya gəlsələr, bir milçək belə yarada bilməzlər.[126] Əgər milçək onlardan bir şey qapıb aparsa, onu geri ala bilməzlər. İstəyən də aciz, istənilən də!

 

مَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ

  1. Allaha haqqı ilə dəyər vermədilər.[127] Şübhəsiz, Allah çox qüvvətlidir, Əzizdir/güçlüdür.

 

اللَّهُ يَصْطَفِي مِنَ الْمَلَائِكَةِ رُسُلًا وَمِنَ النَّاسِ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ

  1. Allah, mələklərdən də[128] insanlardan da elçilər seçər. Allah eşidəndir, görəndir.

 

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَإِلَى اللَّهِ تُرْجَعُ الأمُورُ

  1. Allah onların önlərindəkini də arxalarındakını da bilir. [129] Bütün işlər Allaha ərz edilir.

 

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ارْكَعُوا وَاسْجُدُوا وَاعْبُدُوا رَبَّكُمْ وَافْعَلُوا الْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ

  1. Ey inanıb güvənənlər! Ruku edin, səcdə edin və Rəbbinizə qulluq edin! Xeyirxah işlər görün ki, qurtuluşa nail olasınız.[130]

 

وَجَاهِدُوا فِي اللَّهِ حَقَّ جِهَادِهِ هُوَ اجْتَبَاكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ مِّلَّةَ أَبِيكُمْ إِبْرَاهِيمَ هُوَ سَمَّاكُمُ الْمُسْلِمينَ مِن قَبْلُ وَفِي هَذَا لِيَكُونَ الرَّسُولُ شَهِيدًا عَلَيْكُمْ وَتَكُونُوا شُهَدَاء عَلَى النَّاسِ فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَاعْتَصِمُوا بِاللَّهِ هُوَ مَوْلَاكُمْ فَنِعْمَ الْمَوْلَى وَنِعْمَ النَّصِيرُ

  1. Allah uğrunda haqqı ilə cihad edin![131] O sizi seçdi.[132] Dində sizə bir çətinlik yaratmadı.[133] Atanız İbrahimin dini yaşama şəklinə uyun![134] Allah həm daha əvvəl həm də bu kitabda sizi müsəlman/təslim olan” adlandırdı ki, elçi sizə şahid olsun, siz də insanlara şahid olasınız.[135] Elə isə namazı düzgün və davamlı qılın, zəkatı verin və Allaha möhkəm sarılın![136] O sizin himayədarınız/ən yaxınınızdır. O nə gözəl himayədar və nə gözəl yardımcıdır![137]

[1] Ənam 6/31, Əraf 7/187, Nahl 16/77, Kəhf 18/21, 36, Həcc 22/6-7, Rum 30/12-16, 55, Loğman 31/34, Əhzab 33/63, Səbə 34/3, Zuxruf 43/66, Muhamməd 47/18, Naziat 79/42-46).

[2] Zilzal 99/1-8.

[3] Müzzəmmil 73/17, Naziat 79/6-7, Abəsə 80/33-40.

[4] Şədid, güçlü bir bağla bağlı, güçlü mənasına gəlir.

[5] Həcc 22/8, Loğman 31/20, Mümin 40/35, 56.

[6] Nisa 4/118-120, Furqan 25/29, Zuxruf 43/36-37, Mücadələ 58/19.

[7] Mudga (مضغة), dişlənmiş ət parçası mənasına gəlir. Bətndəki “Alaka”dan sonrakı halıdır (Müfrədat). Bu da embrionun aşamalarından biridir. Dişlənmiş ət parçasında dişlər iz buraxır. İnkişaf etməkdə olan emrionun onurğa sümüklərininn yaranmağa başladığı bölgədə görüntü bu şəkildədir.

[8] Muminun 23/12-16, Zümər 39/6, Mümin 40/67, Qiyamət 75/37-40.

[9] “Şaə” ( شاء ) feili “bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Allahın bir şey etməsi o şeyi var etməsi, insanın bir şey etməsi də o şey üçün lazım olan səyi göstərməsidir (“Mufrədat”). Allah, hər şeyi bir ölçüyə görə var edər (Qəmər 54/49, Rad 13/48). Allah hər kəsin doğru yolda olmasını istəyər (Nisa 4/26) amma təkcə doğru işlər görəni doğru yolda sayar (Nur 24/46). Buna görə “şaə” feilinin icraçısı bəndə olarsa “seçib etdi”, Allah olarsa, “seçib yaratdı” mənasına gəlir. Allah, insanlara seçimlərinə görə davranma hürriyyəti verməsəydi, heç kimsə yanlış bir iş görə bilməz və imtahan deyə də bir şey olmazdı (Nəhl 16/93, Yunus 10/99). Yanlış bir qədər anlayışını İslama yerləşdirmək istəyənlər, böyük bir təhrifə yol verərək şaə ( شاء ) feilinə hər yerdə iradə yəni “istəmək və diləmək” mənasını vermiş və bunu təfsirlərə hətta sözlüklərə belə yerləşdirərək, bir çox ayənin məalını pozmuşlar.

[10] Vəfat, ruhun bədəndən ayrılmasıdır. Ruh, bədəndən iki halda ayrılır: Biri, yuxuda; digəri ölüm əsnasında. Allah, həm yatan həm də ölən insanın ruhunu nəzarəti altına alır. Yatan insanın ruhu oyananda, ölən insanın ruhu isə axirətdə yenidən diriliş zamanı vücuda geri dönər (Ənam 6/60,  Zümər 39/42,  Təkvir 81/7).

[11] Nəhl 16/70, Rum 30/54, Yasin 36/68.

[12] İnsanın yenidən dirilişi, bir toxumun torpaq altında yenidən dirilişi kimidir (Əraf 7/25, Rum 30/19, Zuxruf 43/11).

[13] Həcc 22/62, Loğman 31/30.

[14] Yunus 10/56, Müminun 23/80, Mümin 40/68, Duhan 44/8.

[15] Qəmər 54/49.

[16] Mümin 40/59. Casiyə 45/26, 32.

[17] Taha 20/55, Nuh 71/17-18, Abese 80/21-22, İnfitar 82/4-5, Adiyat 100/9.

[18] Hac 22/3, Lokman 31/20, Mü’min 40/35, 56.

[19] Loğman 31/6-7, Casiyə 45/7-10.

[20] Ali İmrân 3/182, Nisa 4/40, Ənam 6/160, Ənfal 8/51, Fussilət 41/46, Kaf 50/29.

[21] Allah, sistemini imtahan üçün qurmuşdur. Hər kəsə verdiyi nemətlər də çəkdiyi sıxıntılar da imtahandır. (Bəqərə 2/155-157, Kəhf 18/7, Ənbiya 21/35, Muhamməd 47/31). Ancaq bəzi inşaların tək hədəfi, dünyalıq mal, mülk və etibardır. İbadəti də o məqsədlə edər. İşləri yaxşı gedəndə, “Rəbbim mənə verdi!” deyər. Ona sıxıntı yaşatdığı zaman isə dönər, “Rəbbim mənə pislik etdi” deyər və ümidsizliyə qapılıb yoldan çıxar. (Hud 11/9-11, İsra 17/83, Fussilət 41/49-50, Fəcr 89/15-16).

[22] Bunlar, Allahın dəstəyini  almaq üçün böyük insanları, Ona yaxın gördüklərini araya qoyub, Allahdan yardım istəyərlər (Yunus 10/18, Furqan 25/55, Əhqaf 46/4-6).

[23] Qəbirdəkilərdən kömək istəyənlər, bir nəticə ala bilmədikləri zaman, təriqət və camaat liderlərinə gedib onları vasitə edib Allaha yaxınlaşmağa çalışırlar.

[24] Həcc 22/23, Muhamməd 47/12.

[25] Buruc 85/16.

[26]Hədəfinə çatacaq bir yol” mənası verməyimizin səbəbi (سبب), bu kəlmənin Ərəbcədə “özüylə bir yerə varılan şey” anlamına gəlməsidir (Müfrədat). Quranda Zülqərneyni qütblərə, Yəcuc və Məcucun olduğu yerə çatdıran yollar üçün səbəb (سبب) kəlməsi işlədilmişdir (Kəhf 18/84, 85, 89-92).

[27] Yəni, sözü keçən digər varlıqlara yalvarmağı buraxsın (Həcc 22/12-13).

[28] Plan deyə məna verdiyimiz kəlmə “كَيْدُ/keyd”dir. Yəni, arzuladığı hədəfə çatmaq üçün araya bir yardımcı qoymadan birbaşa Allaha yalvarsın.

[29] İnsanların yoldan çıxması, fitrətlərinə tərs düşünüb yaşamalarındandır. Allah, bu səbəblə onlara fitrətlərinə yerləşdirdiyi dəyərlərlə (göstərdiyi dinlə) yaşamağı əmr edir. Ancaq insanlar, buna məhəl qoymadıqları təqdirdə, Allahla aralarına başqa şəxsləri qoyub onlara qulluq etdikləri, yalvardıqları zaman azğınlığa və nəticədə peşmanlığa və bunalıma girərlər. Uca Allah da onlara, buna səbəb olan şeyləri tərk edin, görün düşdüyünüz vəziyyətdən çıxıb, huzura qovuşursuz yoxsa yox, bir baxın, mahiyyətində tövsiyə verir.

[30] Bəqərə 2/99, Hadid 57/9.

[31] Yunus 10/108, Rad 13/27, İsra 17/15.

[32] “Yəhudi” kəlməsi, Davud əleyhissəlamın krallığından sonra ortaya çıxmışdır. Davud əleyhissəlam, Yəqub əleyhissəlamın oğullarından Yəhudanın nəslindən gəlir. Buna görə onun krallığına “Yəhuda Krallığı” deyilmişdir. Bu kəlmə daha sonra İsrail oğullarının dini-milli kimliyi olaraq göstərilməyə başlandı. Quranın nazil olduğu dövrdə də yəhudilik, doğru ya da əyri İsrail oğulllarının bütün dini inanç və adətlərini təmsil etməkdədir.

[33] Sabiilər, Yəhya əleyhissəlamın ümməti olduğu bildirilir. Sabiilərin əsas kitabı “Ginza” (Xəzinə) dır.

[34] “Nəsrani”, Xristian mənasında və bu kəlmənin cəmi olan “Nasara” Quranda 14 dəfə keçməkdədir. Köməkçilər mənasına gəlir.

[35] Məcusilər, digər bir adla Zərdüştlər, atəşə sitayiş edənlər olaraq bilinir. Halbuki, Məcusi mənbələrində Zərdüşdün gətirdiyi təlimlər, tək tanrı olan Ahura Mazdaya (yəni ərəbcə Allah kəlməsinin qarşılığı olaraq) əsaslandırılır. Bu səbəblə Mazdeizm də deyilir. Müqəddəs kitabları olan Avesta, Qatalar deyilən 17 bölümdən meydana gəlir. Dəstəmaz, 5 vaxt namaz, sədəqə, qurban və bir çox ibadətlər Avestada yer almaqdadır. (Pordavut, Hurda-i Avesta Bahş-i ez Kitab-i Avesta, s. 103-106; Avesta, Yasna, 32.)

[36] Bəqərə 2/62, Maidə 5/69.

[37] Səcdə, əyilmə və boyun əymə mənalarına gəlir (Müfrədat). Bəqərə 2/34, 58, Nisa 4/154, Əraf 7/11, 161, Yusuf 12/4, 100, Rad 13/15 ve Nahl 16/48-49 ayələri bu anlamdadır.

[38] İbrahim 14/49-50, Duhan 44/47-49.

[39] Nisa 4/56, Duhan 44/43-46, Vaqiə 56/51-56.

[40] Haqqa, 69/32, Müzəmmil 73/12-13, İnsan 76/4.

[41] Maidə 5/36-37, Səcdə 32/20, Fatır 35/36-37, Casiyə 45/35.

[42] Kəhf 18/31, Fatır 35/33, Duhan 44/5153, İnsan 76/21.

[43] Zümər 39/18.

[44] Ali İmran 3/101, Ənam 6/126, Şura 42/52-53.

[45] Bəqərə 2/125, Ali İmran 3/96.

[46] Bəqərə 2/114, 217, Ənfal 8/34, Fəth 48/25.

[47] Beyt, ev deməkdir. İnsanlar üçün ilk tikilən Beyt, Bəkkədədir (Ali İmran 3/96). Bəkkə, tazıl bitməyən bir bölgədir. Tövratda oraya Bəkkə vadisi deyilir (Məzmurlar 84/4-7). Bəkkə vadisinin içində yerləşən şəhərin adı Məkkədir.

[48] Təvaf, bir şeyin çevrəsində dolaşmaqdır (Müfrədat). Buradakı təvaf əmri, həcc və ümrə ibadətlərinin yerinə gətirildiyi bütün yerləri əhatə edir (Bəqərə 2/158; Ali İmran 3/96-97) Bunlar, Kəbə ətrafında dönmək, Səfa və Mərvə arasında gedib gəlmək, Ərafat, Müzdəlifə və Minaya gedib gəlməkdir.

[49] Bəqərə 2/125-129.

[50] Buradakı elan, həcc ibadətinin təkrar başladığını duyurmaqdır. Adəm əleyhissəlamdan bu yana həcc ibadəti edilən yerlər, Nuh tufanından sonra itmişdi. İbrahim və İsmayıl əleyhissəlam, Kəbənin yerini Allahın göstərişi ilə müəyyənləşdirib əvvəlki təməllər üzərinə yenidən yüksəltdikdən sonra, həcci təkrar elan etməsini əmr etdi. Allah ona, həcc vəümrə ibadətlərinin yerinə yetirildiyi yerləri göstərmişdir Bu yerlər: Ərafat, Müzdəlifə, Mina, Kəbə, Səfa və Mərvədir (Bəqərə 2/128,158,196).

[51] Ali İmran 3/96-97.

[52] Maidə 5/2.

[53]hərkəs tərəfindən bilinən günlər” Qurban bayramı günləridir. Bu ayə, həcc günləri ilə qurban bayramı günlərinin eyni olduğunu göstərir.

[54] Buradakı qurban, qurban bayramı qurbanıdır.

[55] Həcc 22/36.

[56] Həcc ibadəti edənlərin ilk vəzifələri, Ərafat və Müzdəlifə vəqfələridir (Bəqərə 2/198). Bundan sonrakı vəzifələri ayənin davamında bildirilir.

[57]nəzirlərini yerinə yetirsinlər” ifadəsi,  ihrama girən insanın özünə qadağan olunan; cinsi əlaqə, dava-dalaş kimi şeyləri etməməsidir. (Bəqərə 2/197).

[58] Ətiq, gözəl, soylu, azad, şərəfli, qədim kimi mənalara gəlir. Bu da bu yerin insanlar tərəfindən keçmişdən bilindiyini göstərir.

[59] Təvaf, bir şeyin çevrəsində dolaşmaqdır (Müfrədat). İbadət məqsədi ilə gedilməsi lazım olan bütün yerləri əhatə edir.

[60] Həcc 22/32.

[61] Bəqərə 2/173, Maidə 5/1, 3, Ənam 6/145, Nəhl 16/115.

[62]Bütləşdirmə” deyə, məal verdiyimiz “əvsan (أَوْثان)”, “vesen (وثن)” kəlməsinin cəmidir. Vəsən, görünən adi “sənəm” kimi bütlərdən fərqli olaraq, görünən –görünməyən, canlı-cansız hər cür bütü ifadə edir (Lisanul Ərəb). Buna, hər cür ideologiya, təşkilat və insan və hər canlı girər.

[63] Nisa 4/48, 116.

[64] Bəqərə 2/158, Maide 5/2, Hac 22/36.

[65] Təqva, Allaha qaşı çıxmaqdan, pis işlərdən çəkinməkdir.

[66] Həcinin yanında gətirdiyi qurbanlığa “hədy” deyilir (Maidə 5/2). Kəsilənə qədər bunun südündən və yunundan faydalanmaq olar. Ayədə keçən “mahillə” kəsim yeri və ya vaxtı deməkdir. Hədyin kəsilmə yeri harəm bölgəsi, kəsilmə vaxtı da qurban bayramı günləridir (Həcc 22/28).

[67] “Mənsək”, ibadət yeri, zamanı və ibadət mənalarına gəlir.

[68] Hud 11/23.

[69] Ənfal 8/2-4, Səcdə 32/15, Zümər 39/23.

[70] “Bədən inkişafını tamamlamış olanları” deyə məna verdiyimiz kəlmə “əl-budn  (الْبُدْنَ)”, bədənin cəmidir və bədən inkişafını tamamlamış anlamına gəlir (Əl-Ayn). Nəbimiz onu “musinn” deyə izah etmiş və “Musinn olandan başqasını kəsməyin” buyurmuşdur. (Müslim, “Ədahi” 2-13/1963). Qoyun və keçi bir yaşını, inək cinsi iki yaşını, dəvənin də dörd yaşını bitirmə şərti, bu ayə səbəbiylədir.

[71] Bəqərə 2/158, Maidə 5/2, Həcc 22/32.

[72]Səf-səf düzüldükləri sırada üzərlərinə Allahın adını çəkin” ayəsi, qurban kəsmək bir ibadət məqsədi ilə olduğu üçün heyvan kəsilmədən Allahın adını çəkmək şərt, olduğunu göstərir.

[73] Həcc 22/28.

[74] Təkbir, Allahın ucalığını dilə gətirmək yəni “Allahu Əkbər” deyə, Onu zikr etməkdir. Qurbanla əlaqəli hökmlər bildirildikdən sonra, müsəlmanlara təkbir gətirmə əmri verildiyi üçün bu əmr qurban bayramını göstərir.

[75] Yunus 10/103, Rum 30/47, Mümin 40/51.

[76] Nisa 4/107.

[77] Bəqərə 2/190-191, Tövbə 9/13, Mümtahinə 60/1, 8-9.

[78] Muhamməd 47/7, Saf 61/10-13.

[79] Bəqərə 2/251.

[80] Allahın dininə yardım, Onun dinini öyrənmək, öyrətmək və daşıdığı vəzifəni yerinə yetirməklə olur (Muhamməd 47/7, Hədid 57/25, Saf 61/14).

[81] Nur 24/55-56.

[82] Ali İmran 3/184, Ənam 6/ 34, 147, Fatır 35/4, 25.

[83] Rad 13/ 32, Səbə 34/45, Fatır 35/26, Mülk 67/18.

[84] Ənam 6/6, Məryəm 19/74, Rum, 30/9, Kaf 50/36.

[85] Yusuf 12/109, Rum 30/9, Fatır 35/44, Mümin 40/21, 82, Muhamməd 47/10.

[86] Ənam 6/104, Əraf 7/179, 195, İsra 17/72, Furqan 25/73, Nəml 27/66.

[87] Ənam 6/57-58, Yunus 10/50-51, Nəhl 16/1, Ənkəbud 29/53-54.

[88] Səcdə 32/5.

[89] Həcc 22/44-45.

[90] Əraf 7/184, Hud 11/12, Hicr 15/89, Ənkəbud 29/50, Fatır 35/23, Sad 38/70, Əhqaf 46/9, Zariyat 51/50-51, Mülk 67/26.

[91] Maidə 5/9, Enfal 8/4, Fatır 35/7.

[92] Səbə 34/5, 38; Mümin 40/4, 35, 56, 69; Fussilət 41/26.

[93] Elçi və Nəbi üçün bax:

[94] Şeytan doğru yolun üstündə oturur. O yoldan ayrılmayan hər kəs, peyğəmbərlər dazil, şeytanın vəsvəsəsinə məruz qalır (Ənam 6/112,  İsra 17/73-75). Ancaq bu vsvəsə, vəhy əsnasında ola bilməz, çünki, Allah bunun üçün ayrı bir tədbir alır (Cin 72/26-28).

[95] Əraf 7/200-202, Ala 87/6.

[96] Bəqərə 2/8-10, Tövbə 9/125, Muhamməd 47/29.

[97] Nəhl 16/ 98-100, Zümər 39/22.

[98] Səbə 34/5-6.

[99] Həcc 22/1.

[100]sabahı olmayan bir gün” insanların ömrünün bitdiyi gündür. Artıq heç kimin “sabah bunu edərəəm” deməyə imkanı olmaz (Enbiya 21/95, Müminun 23/99-100, Yasin, 36/31, Munafiqun 63/10-11).

[101]Ənam 6/73, Furqan 25/26, Mümin 40/16.

[102] Həcc, 22/69, Mümin 40/48.

[103] Bəqərə 2/39, Maidə 5/10, 86, Rum 30/16, Təğabun 64/10.

[104] Hicrət, insanın bir şeydən bədəni ilə, dili ilə və ya qəlbi ilə uzaqlaşmasıdır (Nisa 4/97-100, Ənfal 8/72-75, Məryəm 19/46, Furqan 25/30, Mümtehinə 60/10, Müzzəmmil 73/10, Müddəssir 74/5).

[105] Bəqərə 2/218, Ali İmran 3/195, Ənfal 8/72, 74, Tövbə 9/20, Nahl 16/41, 110.

[106] Allahın qoyduğu qayda budur: Hər kəs etdiyinin qarşılığını görəcəkdir (Tə-ha 20/15, Mümin 40/17, Casiyə 45/22, Nəcm 53/39-41).

[107] Bəqərə 2/194, Nəhl 16/126,  Şura 42/40

[108] Kosmosda çəkilən şəkilləri diqqətlə incələyənlər, gecə ilə gündüzün daim var olduğunu və dünyanı bir kürə kimi əhatə etdiyini görürlər (Ali İmran 3/27, Loğman 31/29, Fatır 35/13, Hədid 57/6).

[109] Həcc 22/6, Loğman 31/30.

[110] Həcc 22/5, Səcdə 32/27.

[111] Nəhl 16/52, Tə-ha 20/6,  Rum 30/26, Loğman 31/26, Səbə 34/1.

[112]  Bəqərə 2/164, İbrahim 14/32-33, Nəhl 16/12, Loğman 31/20, Casiyə 45/12-13.

[113] Rad 13/2, Loğman 31/10, Fatır 35/41.

[114]  Bəqərə 2/28, Rum 30/40, Casiyə 45/26.

[115] Həcc 22/28, 34, 36.

[116] Qəsas 28/87, Şura 42/15.

[117] Özlərinə kitab verilənlər, kitablarındakı bir çox hökmü gizlətmişlər. Bu ayələrə görə qurban ibadəti də gizlənən hökmlərdəndir (Maidə 5/15)

[118] Ənam 6/25, Mümin 40/69.

[119] Qiyamət, ayağa qalxma və qalxış deməkdir. Qiyamət günü, insanların yenidən dirilib qəbrlərindən qalxması ilə başlayan və sonsuza qədər davam edən bir zaman sürəsidir (Əraf 7/32).

[120] Həcc 22/56.

[121] Ənam 6/59, Hud 11/6, Kəhf 18/49, Nəml 27/75, Fatır 35/11, Hədid 57/22-23.

[122] Əhqaf 46/4.

[123] Ali İmran 3/151, Əraf  7/33, Yusuf 12/40, Nəcm, 53/23.

[124] Ənfal 8/31, Yunus 10/15, İsra 17/41, 46, Loğman 31/7, Casiyə 45/8, Əhqaf 46/7.

[125] Bəqərə 2/26-27.

[126] Əraf 7/191, Nəhl 16/20, Furqan 25/3

[127] Ənam 6/91, Zümər, 39/67.

[128] Tə-ha 20/110.

[129] Bəqərə 2/43, Necm 53/62

[130] Maidə 5/54. Cihad (جهاد), Allah yolunda verilən hər cür mücadələnin adıdır (Müfrədat). Savaş bunun ən uca mərhələlərindən biridir.

[131] Maidə 5/35, Tövbə 6/41.

[132] Ali İmran 3/110, 164.

[133] Bəqərə 2/286, Maide, 5/6.

[134] Bəqərə 2/130, 135, Ali İmran 3/95, Nisa 4/125, Ənam 6/161, Nəhl 16/123.

[135] Bəqərə 2/143, Əhzab 33/21.

[136] Ali İmran 3/101.

[137] Ənfal 8/40.